Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2434/2020 09.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, X4 Nəciməli oğlunun iştirakı ilə, xx.xx.2020-ci il tarixdə Bakı şəhərində X4 Nəciməli oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarından verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şikayətçi X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarından şikayət ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Şikayətçi X2 şikayətini onunla əsaslandırmışdır ki, o, https://my.gov.az/ portalında cərimələr bölməsini yoxlayarkən xx.xx.2020-ci il tarixində səhər saat 08:40-da onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə karantin rejiminin pozulması halı ilə bağlı inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilməsi məlum olmuşdur.Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli, 208 nömrəli qərarına uyğun olaraq məlumatların icazə.egov.az portalında daxil olub təsdıqlənməsinə baxmayaraq xx.xx.2020-ci il tarixində o, yaşayış yerini icazəsiz tərk etməmişdir. Şikayətçi göstərmişdir ki, işinin xarakterindən, yənı hər an işə çağırılma ehtimalından asılı alaraq və o da məsafədən işlədiyı üçün onun şəhər xaricinə çıxması, ümumiyyətlə isə Bakı şəhərindən kənara çıxmağı hazırkı şəraitdə mumkun deyil, belə bır hal olmamışdır.Lakin ASAN ödənış portalına daxıl edilmiş qeyddə əsasən məlum olur ki, inzibatı xətanın törədildiyi yer kimi Bakı-Quba yolunun 52-ci kilometri göstərilmişdir Şikayətçi göstərmişdir ki, qərarın ləğv edilməsi və inzibatı xəta haqqında iş uzrə icraata xitam verilməsi ilə bağlı daxili işlər orqanının aidiyyatı çağrı mərkəzinə zəng etdiyində bunun texniki xəta nəticəsində baş verdiyi və tezliklə aradan qaldırılacağı barədə ona məlumat vermişdirlər.Lakin indiyədək onunla bağlı texniki xəta aradan qaldırılmamışdır.Eyni zamanda o, DİN-nin rəhbərliyinə şikayət ərizəsi ünvanlamış, lakin şikayət ərizəsinə isə əvvəlcədən formalaşdırıldığı bəlli olan formal cavab verilmişdir.Onun barəsində tərtib edilən protokolun sadəcə texniki xəta nəticəsində baş verdiyi uçun daxili işlər orqanının əməkdaşları ilə əlaqə saxlayan zamanı protokol tərtib edildiyi vaxt və məkanda onun olmağı ilə bağlı hər hanst texniki vasitə və ya digər fiziki usulla göstərmələri mümkün olmamışdır.DİN əməkdaşları bu faktı etiraf etmışdirlər. Şikayətçi yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 134-cü maddələrinin tələblərini rəhbər tutaraq xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, elektron kabinetə yerləşdirilmiş cərimə məbləğinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X4 Nəciməli oğlu xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, elektron kabinetə yerləşdirilmiş cərimə məbləğinin ləğv edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X6 nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Elektron Hökumətin İnkişafı Mərkəzinin icaze.egov.az saytında olan X5 oğlu barəsində məlumatdan görünür ki, AA0555990 seriya və nömrəli şəxsiyyət vəsiqəsi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xidməti icazəsi olmuşdur. İş materiallarında olan https://my.gov.az/ portalında olan İXP ******* saylı protokoldan məlum olur ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə karantin rejimlərinin pozulması halı ilə inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət təmin olunmalıdır.Belə ki, iş materiallarında olan Elektron Hökumətin İnkişafı Mərkəzinin icaze.e-gov.az saytında olan X5 oğlu barəsində məlumatdan görünür ki, AA0555990 seriya və nömrəli şəxsiyyət vəsiqəsi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xidməti icazəsi olmuşdur.Lakin, iş materiallarında olan https://my.gov.az/ portalında olan İXP ******* saylı protokoldan məlum olur ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə karantin rejimlərinin pozulması halı ilə inzibati tənbeh tədbiri kimi cərimə tətbiq edilmişdir.Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilmiş inzibati orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və X1 İXM-nin 211-ci maddsinin tələblərini pozduğunu tutarlı faktlarla və video görüntülərə əsasən subut edə bilməmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, X5 oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinin tələbinin pozulduğunu müəyyən etmək mümkün deyildir.Buna görə də, məhkəmə hesab edir ki, şikayət təmin olunmalı və X5 oğlu barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X5 oğlu barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2434/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2434/2020
09.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver