Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2436/2023 21.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, X2, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin baş inspektoru, polis mayoru X3 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X4 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, o, etibarnamə əsasında idarə etdiyi “Ford Fusion” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində baş yol olan Ziya Bünyadov kənar yolla hərəkət edərək məhəlləyə dönmək istəyərkən (Karl Marks dairəsini keçən kimi) ikinci dərəcəli yolla Azadlıq prospektindən Ziya Bünyadova hərəkət edən “Opel” markalı avtomobil onunla toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Dərhal tərəfindən DİN-in 102 qaynar xəttinə zəng edilərək hadisə barədə məlumat verilmiş, hadisə yerinə polis əməkdaşı yaxınlaşmış və sənədləri götürərək xx.xx.2023-cü il tarixdə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edən İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli protokol tərtib etmişdir. Həmin protokol xx.xx.2023-cü il tarixdə qərar qüvvəsini almış və elektron kabinetə yerləşdirilmişdir. Həmin qərar inzibati xəta hadisəsi olmadığından ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Maddənin dispozisiyasında göstərilərdən heç biri onun tərəfindən törədilməmişdir. O, baş yolla hərəkətdə olarkən günün pik saatlarında, yəni səhər və axşam vaxtı girməsi qadağan olan avtobus zolağı ilə hərəkət edərək məhəlləyə dönmüş, ikinci dərəcəli yolla hərəkətdə olan “Opel” markalı avtomobilin hərəkət istiqamətində isə “Yol ver” nişanı mövcud olmuşdur. “Opel” markalı avtomobilin sürücüsü ona və həmin istiqamətdə olan bütün avtomobillərə yol verdikdən sonra hərəkətini davam etdirməli olduğu halda bunu etməmişdir. “Opel” markalı avtomobilin sürücüsü nişanın tələbini pozduğundan bu yol-nəqliyyat hadisəsi baş vermişdir. Bu səbəbdən yol-nəqliyyat hadisəsinin səbəbkarı o, deyil, “Opel” markalı avtomobilin sürücüsü olmuşdur. Qeyd edilənlərə əsasən xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayəti müdafiə edib məhkəmədən Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin baş inspektoru, polis mayoru X5 bildirmişdir ki, baş vermiş yol- nəqliyyat hadisəsi ilə bağlı yol kənarında quraşdırılmış müşahidə kameralarının görüntülərinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, “Ford Fusion” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 tərəfindən “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin 5-ci bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. X1 idarə etdiyi “Ford Fusion” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə sağa dönərkən ondan sağda düzünə hərəkət edən “Opel” markalı avtomobilə yol verməmiş və manevr qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 40 manat cərimə olunmuşdur. Odur ki, X4 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 15:20-də Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində “X9” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Materiala əlavə edilmiş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində “X9” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən sağ istiqamətdə manevr etməklə sağ hərəkət zolağında hərəkət edən “Opel” markalı avtomobilə yol verməmiş manevr qaydalarını pozaraq yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X2 Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin V bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X4 xx.xx.2023-cü il tarixdə saat 15:20-də Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində “X9” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə də, Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən əsaslı olaraq xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə hazırda baxılan iş üzrə X4 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X2 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2436/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2436/2023
21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver