Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2439/2022 26.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 Xidməti 1-ci ərazi X14 İdarəsinin daxili xidmət leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs X5 iştirakları ilə, Vəzifəli şəxs X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 Xidməti 1-ci ərazi X14 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 Xidməti 1-ci ərazi X14 İdarəsi tərəfindən X5 İXM-in 602.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsinə dair 04 avqust 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, X14 Xidmətinin 1-ci ərazi X14 İdarəsi Binəqədi, Qaradağ, Abşeron və Qobustan rayonlarında X14 funksiyasını həyata keçirir. "X4 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il tarixli, qanunun 16-cı maddəsinin 11-ci bəndindən irəli gələn qanuni tələblər əsasında tənzimlənir. “X4 X9 reyestri”ndən xx.xx.2022-ci il tarixli, KY221753943 nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında fəaliyyət göstərən “Kənd Məhsulları” mağazasında planlı yanğın-texniki müayinə keçirilməsinin nəzərdə tutulmasına baxmayaraq, sözügedən obyektin rəhbərliyi tərəfindən planlı yanğın-texniki müayinənin keçirilməsinə məqsədyönlü şəkildə şərait yaradılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü bəndinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə ünvan 2 ünvanında fəaliyyət göstərən “Kənd Məhsulları” mağazasının məsul şəxsi X10 (VÖEN **********) barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən vəzifəli şəxs qismində xx.xx.2022-ci il tarixli, MN №0505299 saylı protokol tərtib edilmişdir və bu barədə vətəndaşa onun İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2022-ci il tarixli, 37/0-01448 saylı məktub ünvanlanmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 Xidməti 1-ci ərazi X14 İdarəsinin daxili xidmət leytenantı X6 inzibati xəta haqqında protokolla bağlı izahat verərək bildirmişdir ki, 27 iyul 2022-ci il tarixdə yanğın-texniki müayinənin aparılması haqqında qərarla ünvan 3 ünvanında fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı mağazasında planlı yoxlamanın keçirilməsi qərara alınmışdır. Bundan sonra yoxlamanın X9 reyestrində qeydə alınmasını təsdiq edən 27 iyul tarixli çıxarış əsasında yoxlamanın aparılmasında iştirak edəcək şəxslər X12, X11 ilə birlikdə 04 avqust 2022-ci il tarixdə həmin ünvana yaxınlaşmışlar. Lakin, göstərilən ünvanda planlı yanğın-texniki müayinənin aparılmasına imkan verilməmiş, şərait yaradılmamışdır. Göstərilən hal inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş yoxlamanın aparılmasına dair çıxarışın sahibkarlıq obyektinə təqdim edilməsini, lakin yoxlamanın aparılmasına şərait yaradılmamasını əks etdirən video görüntülərlə də təsdiq edilir. Eyni zamanda həmin gün “Vüqar” adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlamış,həmin şəxs “gedin kimə nə deyirsiniz deyin, nə edirsiniz edin mən sizə heç bir sənəd vermirəm və yoxlamanın həyata keçirilməsinə hər hansı bir köməklik göstərmirəm” ifadələrini işlətmişdir. Göstərilən hal da bir daha fərdi sahibkar X10 tərəfindən İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibti xətanın törədildiyini təsdiq edir. Odur ki, ünvan 3 ünvanında fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı mağazasında yoxlamanın həyata keçirilməsinə şərait yaradılmadığı üçün həmin mağazada fəaliyyət göstərən fərdi sahibkar X10 barəsində İXM-nin 602.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 Xidməti 1-ci ərazi X14 İdarəsinin daxili xidmət leytenantı X6 ona verilən suallara cavab olaraq, ünvan 4 ünvanında 29 iyul 2022-ci il tarixdən 04 avqust 2022-ci il tarixə qədər planlı yoxlamanın həyata keçirilməsinə dair məlumatın “X4 X9 Resyetri” nə 14 sentyabr 2021-ci il tarixdə daxil edildiyini, sahibkarın aşağı risk qrupuna aid olmasını, inzibati xəta haqqında toplanmış bütün materialların tam şəkildə məhkəməyə təqdim edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 izahat verərək bildirmişdir ki, 13 yanvar 2017-ci il tarixdən o fərdi sahibkar kimi fəaliyyət göstərir. ünvan 3 ünvanında fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı mağazasını isə icarə müqaviləsi əsasında işlədir. Sözügedən ünvada onun barəsində yoxlamanın aparılmasından ümumiyyətlə məlumatsız olmuşdur. Belə ki, o öz şəxsi işləri ilə əlaqədar olaraq rayona getmişdir. Sonradan ona həmin obyektdə işləyən işçilər zəng edərək yoxlamanın aparılması ilə bağlı X14 Xidmətinin işçilərinin oraya gəldiklərini bildirmişlər. İcarə müqaviləsi əsasında işlətdiyi həmin obyektdə onun barəsində yanğıntexniki müayinənin aparılmasına etiraz etməmişdir, hazırda da etiraz etmir, sadəcə olaraq, qeyd edilən tarixdə yəni 29 iyul 2022-ci il tarixdən 04 avqust 2022-ci il tarixədək həmin müəssisədə yoxlamanın keçirilicəyi barədə ona əvvəldən məlumat verilməmişdir, bu səbəbdən o həmin tarixlərdə işlərini həll etmək məqsədi ilə rayona getmişdir. Sözügedən obyektdə işləyən işçilərin isə bununla bağlı heç bir səlahiyyəti olmadığından çıxarışı qəbul etməmişlər. Eyni zamanda məhkəməyə nəzarət kasa aparatının qeydiyyat vərəqəsinin surətini təqdim edərək həmin mağazada nəzarət-kassa aparatının 05 avqust 2021-ci il tarixdə quraşdırıldığını, elə həmin tarixdən də sözügedən ünvanda sahibkar kimi fəaliyyət göstərdiyini bildirdi. Göstərilənlərin nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 ona verilən suallara cavab olaraq 29 iyul 2022-ci il tarixdən 04 avqust 2022-ci il tarixə qədər sahibkarlıq fəaliyyətində yoxlamanın həyata keçiriləcəyi, eyni zamanda yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı haqqında bildirişin ona rəsmi qaydada təqdim edilmədiyini bildirdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin “Yanğıntexniki müayinənin aparılması haqqında” 2706 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, 1-ci Ərazi X14 İdarəsi tərəfindən xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək illik plana əsasən yoxlama aparılması nəzərdə tutulmuşdur. X4 X9 reyestrindən 27 iyul 2022-ci il tarixli çıxarışdan görünür ki, yoxlayıcı orqan- Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyekti – X10, yoxlama müddəti -xx.xx.2022-xx.xx.2022, yoxlamanın tipi plan üzrədir (növbəti). xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş yoxlama suallarının siyahısından görünür ki, X14 Xidmətinin xx.xx.2022-ci il tarixli, 2706 nömrəli qərarı və X4 X9 reyestrindən KY221753943 nömrəli çıxarış əsasında ünvan 5 ünvanında aparılan planlı (növbəti) yoxlama ilə bağlı yoxlama sualları tərtib edilmişdir. 01 avqust 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X8 tərəfindən X7 3 il müddətinə icarəyə verilmişdir. 1-ci Ərazi X14 İdarəsi tərəfindən X7 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, ********** saylı VÖEN ilə fəaliyyət göstərən kənd təsərrüfatı mağazasında planlı-yanğın texniki müayinə keçirmək istəyərkən xoşagəlməz hallarla bağlı İXM-in 602.4-cü maddəsi ilə MN ******* nömrəli protokol tərtib edilməsi və məsələnin hüquqi müstəvidə araşdırılması üçün iş materialları ilə birgə Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə məlumat verilmişdir. X4 X9 reyestrindən çıxarışdan görünür ki, yoxlama aparılması üçün müraciət xx.xx.2021-ci il tarixdə edilmişdir. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməsinin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN açılmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X10 tərəfindən İXM-in 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. İXM-in 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında inzibati xəta haqqında işə baxılan zaman müəyyən edildi ki. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 Xidməti 1-ci ərazi X14 İdarəsi tərəfindən X10 barəsində onun fəaliyyət göstərdiyi ünvan 7 ünvanında yerləşən kənd təsərüfatı mallarının satışı mağazasında xx.xx.2022-ci il tarixdən 04 avqust 2022-ci il tarixədək planlı yoxlamanın həyata keçirilməsinə dair 14 sentyabr 2021-ci il tarixdə X4 X9 reyestrinə məlumat daxil edilmişdir. 27 iyul 2022-ci il tarixdə sahibkarlıq subyektinin təsərrüfat ünvanında yoxlamanın həyata keçirilməsinə dair qərar qəbul edilmiş və X9 reyestrində qeydiyyata alınması barədə çıxarış elektron qaydada əldə edilmişdir. Eyni zamanda həmin tarixdə sahibkarlıq subyektinin təsərrüfat ünvanında aparılacaq olan yoxlama suallarının siyahısı təsdiq edilmişdir. Bundan sonra yoxlmanın həyata keçirilməsində iştirak edəcək şəxslər X6, X12 və X2 ünvana yaxınlaşaraq orada planlı yanğın-texniki müayinənin keçirilməsi barədə çıxarışı təqdim etmək və planlı yoxlamanı həyata keçirtmək istəmişlər. İXM-nin 602.4-cü maddəsinin dispoziyasında göstərilən hərəkətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı aparılan yoxlamalarla bağlı olduğundan, göstərilən fəaliyyət “X4 yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyindən məhkəmə inzibati xəta haqqında işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması məqsədi ilə həmin qanunun normalarına istinad edilməsini məqsədəmüvafiq hesab edir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risk qiymətləndirilməsi sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır. Həmin qanunun 15.3-cü maddəsinə əsasən plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risk qiymətləndirilməsi sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır. Həmin qanunun 17.3-cü maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Hazırki inzibati xəta haqqında işdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 Xidməti 1-ci ərazi X14 İdarəsi tərəfindən yoxlamanın aparılması haqqında qərar qəbul edilsə də, qanunverciliyin yuxarıda göstərilən normalarının tələblərinə əsasən həmin qərarın ən geci 20 iyul 2022-ci il tarixdə qəbul edilməli və sahibkara təqdim edilməli olmasına baxmayaraq, sözügedən qərar 27 iyul 2022-ci il tarixdə qəbul edilmiş, sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı haqqında bildiriş göndərilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat parılan şəxs X10 məhkəmə iclasında verdiyi izahatında yoxlamanın aparılmasına etiraz etmədiyini, sadəcə yoxlamanın aparılmasından məlumatsız olduğunu, ona bu barədə qərarın və yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı haqqında bildirişin rəsmi şəkildə təqdim edilmədiyini bildirmişdir. Eyni zamanda məhkəmə tərəfindən inzibati xəta haqqında protoklu tərtib edən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 Xidməti 1-ci Ərazi X14 İdarəsinin nümayəndəsindən sahibkar Əlibaba Osmanova sözügedən sənədlərin rəsmi şəkildə təqdim edilməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan videogörüntülərdə X14 Xidməti 1-ci Ərazi X14 İdarəsinin əməkdaşı X1 qərarın deyil, 27 iyul 2022-ci il tarixli KY221753943 çıxarışın təqdim edildiyini, yoxlamanın həyata keçirilməsinə şərait yaradılmadığını bildirmişdir. Eyni zamanda həmin videogörüntüdən də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əlibaba Osmanovun orada olmadığı görünür. Beləliklə məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri, iş üzrə tərəflərin izahtlarını, digər sübutları araşdıraraq belə nəticəyə gəlir ki, X7 X14 Xidməti 1-ci ərazi X14 İdarəsi tərəfindən yoxlamanın aparılması barədə məlumat verilməmiş, şəxs ümumiyyətlə, yoxlamanın keçirilməsindən məlumatsız olmuşdur. X14 Xidməti 1-ci Ərazi X14 İdarəsinin əməkdaşı X6 tərəfindən çıxarışın təqdim edilməsi şəxsin yoxlamanın həyata keçirilməsi barəsində məlumatlandırılması kimi qəbul edilə bilməz. İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, təhrif olunmuş, yanlış məlumatın verilməsi və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olma kimi aktiv hərəkətlər edilməlidir. Hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X10 tərəfindən göstərilən hərəkətlərə yol verilməsi öz təsdiqini tapmır. Belə ki, inzibati xəta haqqında protokolda X10 tərəfindən sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olma halları müəyyən olunmur. Belə ki, X10 yoxlamanın həyata keçirilməsindən məlumatsız olmuş, bu səbəbdən X14 Xidməti 1-ci ərazi X14 İdarəsinin əməkdaşları həmin təsərrüfat subyektinə məxsus müəssisədə yoxlamanı həyata keçirtmək istəyən zaman orada olmamışdır. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İXM-in 602.4-cü maddəsinin tərkib əlamətlərinin olması istisna edilir. Bundan əlavə məhkəmə iş materiallrında olan 04 avqust 2022-ci il tarixli X14 Xidməti 1-ci ərazi X14 İdarəsinin rəisinə X6 tərəfindən ünvanlanmış məktuba münasibətdə qeyd etməyi zəruri hesab edir ki, göstərilən təsərrüfat mağazasında fərdi sahibkar X10 ********** saylı VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur, bu hal inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş və məhkəmə iclasında tədqiq edimiş sübitlarl təsdiq edilir. Yoxlamanı həyata keçirən şəxs X3 isə telefon vasitəsi ilə Vüqar adlı şəxslə danışması sahibkarı məlumatlandırma kimi qiymətləndirilə bilməz, belə ki, Vüqar adlı şəxsin həmin obyektin sahibi olması və ya səlahiyyətli şəxs olmasına dair hər hansı bir sübut iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığından X10 barəsində başlanmış İXM-in 602.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə tərtib MN seriyalı ******* nömrəli, 04 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2439/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2439/2022
26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver