Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2446/2023 21.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin X7 şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin X7 şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. X3 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, Binəqədi Rayon Dövlət X6 Yol Patrul Xidmətinin polis serjantı X2 tərəfindən barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən inzibati xəta haqqında ******* nömrəli elektron protokol tərtib edilmişdir. 23 mart 2023-cü il tarixli qərarla həmin protokol əsasında təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Həmin protokol ilə razılaşmır və onu qanunsuz hesab edir. Belə ki, iş üzrə prossesual hüquq normaları kobud şəkildə pozulmuş və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. O, Bakı-Zərdab istiqamətində bəzən taksi fəaliyyəti göstərmişdir. 23 mart 2023-cü il tarixdə idarə etdiyi avtomaşını Bakı Mərkəzi Avtovağzalının yaxınlığındakı körpünün altında saxlayıb arxa hissəsini əski ilə silmiş və nəm əskini qurumaq üçün maşının arxasında qoyub cəmi 5-10 metrlik məsafədə olan aptekə dərman almaq üçün girmişdir. Əksi nömrəni örtməmiş, yalnız uc hissəsi nömrənin 027 olan hissəsinin üzərinə sallanmışdır. Cəmi bir neçə dəqiqədən sonra geri qayıdanda avtomaşının yanında post patrul xidmətinin bir serjantının dayandığını görmüş, sonuncu ona bildirmişdir ki, nömrənin üstünü örtmüş və cərimə olunmaq istəmirsə DYP əməkdaşına 200 manat pul verməlidir. O, üstündə cəmi 100 manatı olduğunu bildirmiş, lakin serjant DYP əməkdaşının razı olmadığını bildirmişdir. Bundan sonra o, DYP avtomaşınına çağırılmış və ona protokol verilmişdir. Protokola hər hansı əlavə və düzəliş etməyinə imkan verilmədiyindən, vəkil xidmətindən istifadəsinə imkan yaradılmadığından protokolu imzalamamışdır. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan pozuntunu törətməmişdir. Həmin norma nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutur. Onun avtomobili həmin vaxt hərəkətdə olmamışdır. Nömrə nişanını örtməyən, nişanın bir hissəsinin üzərinə qurumaq üçün qoyulmuş əski parçasının sallanması (həm də cəmi bir neçə dəqiqə ərzində) məsuliyyət yarada bilməz. Qərar onun mobil telefonuna elektron qaydada göndərildikdən sonra Binəqədi rayon X7 şöbəsinə çağırılmış və ona həmin gün İXP ******* saylı, xx.xx.2023-cü il tarixli bildiriş və bildirişlə eyni zamanda TR ******* saylı, xx.xx.2023cü il tarixli "inzibati təhbeh vermə haqqında" qərarın surəti verilmişdir. Binəqədi rayon X7 şöbəsinin rəisi cənab Cəmşid Hənifəyev tərəfindən imzalanmış həmin qərara görə İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən inzibati xəta haqqında ******* nömrəli elektron protokol əsasında təqsirli bilinərək 500 manat cərimə edilmişdir. 23 mart 2023-cü il tarixli qərarın ləğv edilməsinə dair həmin qərarda heç nə göstərilməmişdir. Yəni eyni xətaya görə iki dəfə, fərqli tarixli iki qərarla hər biri üzrə 500 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında ******* saylı protokol qanunsuz və əsassız olmuş, protokol onun vəzifəli şəxsin qanunsuz tələbini yerinə yetirməməsi ilə bağlı tərtib edilmiş, əslində heç bir inzibati xəta törətmişdir. Şərh olunanlara əsasən 06 aprel 2023-cü il tarixli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edib məhkəmədən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin X7 şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə saat 10:29-da Bakı şəhəri, Rəşid İsmayılov küçəsində “Mercedes Benz C220 CDİ Minik” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin X7 şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 1-ci bəndinin 10-cu hissəsinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmasını təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X3 xx.xx.2023-cü il tarixdə saat 10:29-da Bakı şəhəri, Rəşid İsmayılov küçəsində “Mercedes Benz C220 CDİ Minik” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının üzərində əski parçası qoyaraq nömrənin görünüşünü çətinləşdirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə də, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin X7 şöbəsi tərəfindən əsaslı olaraq xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə hazırda baxılan iş üzrə X3 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin X7 şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X1 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin X7 şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin X7 şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2446/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2446/2023
21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver