Məhkəmə qərarları › İş №3(001)-2447/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2447/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2447/2025 15.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 08 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4929/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədini icra etməmiş, onun 3000 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında protokolla razılaşmadığını bildirərək izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4929/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədini icra etmədiyinə görə Azərbaycan Respublikası CM-in 306-cı maddəsilə təqsirli bilinərək müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmə əsasən onun 3600 manat aliment borcu olmuşdur. Cəza çəkdiyi müddətdə anası aylıq aliment ödənişlərini lazımınca ödəmiş, azadlığa çıxdıqdan sonra isə özü aliment borcundan 2400 manat ödəniş etmişdir. Hal-hazırda onun 1100- 1200 manat aliment borcu qalmışdır. Hər ay aliment ödəməklə yanaşı aliment borcundan ödənişlər də edir ki, borc tam bağlansın. İcra məmuru protokolu düzgün tərtib etməmiş, aliment borcu düzgün hesablanmamışdır. Məhkəmə iclasında tələbkar X5 inzibati xəta haqqında protokoldakı aliment borcunun məbləği ilə razılaşmadığını bildirərək izahatında göstərmişdir ki, Şəxs 6000 manata yaxın aliment borcu vardır. Belə ki, o, vaxtılə imtina etdiyi aliment pulunu yenidən tələb etmişdir. Aliment borcunun 3000 manat olması ilə razılaşmır, icra məmuru aliment borcunu düzgün hesablamamışdır. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4929/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədini icra etmədiyinə görə Azərbaycan Respublikası CM-in 306-cı maddəsilə təqsirli bilinərək müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi hökm üzrə 3600 manat aliment borcu olduğunu, cəza çəkdiyi və azadlığa çıxdıqdan sonra aylıq ödənişləri lazımınca ödədiyini və aliment borcundan 2400 manat ödəniş etdiyini təsdiq edərək, belə olduğu halda Şəxs hal-hazırda 3000 manat aliment borcunun necə yarandığını izah edə bilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, icra məmurunun və tərəflərin izahatlarını dinləyib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün olmadığından həmin materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, məhkəmədə öyrənilmiş Şəxs Azərbaycan Respublikası CM-in 306-cı maddəsilə təqsirli bilinərək müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi hökmdən görünür ki, onun 3600 manat aliment borcu olmuşdur. Tərəflərin izahatlarından görünür ki, o, cəza çəkdiyi və azadlığa çıxdıqdan sonra aylıq aliment ödənişlərini lazımınca ödəmiş, əlavə olaraq aliment borcundan 2400 manat ödəniş etmişdir. Belə olduğu halda Şəxs hal-hazırda 3000 manat aliment borcunun necə yarandığını icra məmuru məhkəmədə izah edə bilməmiş, bununla bağlı məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, icra məmuru inzibati xəta haqqında protokol tərtib etməzdən öncə icra işini lazımınca öyrənməmiş, yuxarıda qeyd olunan xüsusatları tərəflərin iştirakı ilə aydınlaşdırmamış, Şəxs barəsində 3000 manat aliment borcunun olduğuna görə inzibati xəta haqqında protokol tərtib etsə də, iş materiallarında və icra işində bu barədə hər hansı sübut mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iş materialında mövcud natamamlıqları məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə geri qaytarılmalı, şöbədə tərəflərin iştirakı ilə ödəniş sənədləri əsasında aliment borcunun məbləği aydınlaşdırılmalı və nəticəsindən asılı olaraq Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün əsasların olub-olmadığı müzakirə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 08 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə geri qaytarılsın. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar