Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-245/2022 19.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 17.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X4 Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin rəisi İlham Həsənov tərəfindən verilmiş 18.01.2022ci il tarixli məktubu məhkəməyə təqdim edərək, icra sənədi üzrə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 17.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 17.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. 18.01.2022-ci il tarixli ərizədən görünür ki, iş üzrə tələbkar olan zərərçəkmiş şəxs X3 icra şöbəsinə müraciət edərək, Şəxs ilə razılığa gəldiklərini, sonuncunun ona olan borcunu ayda 300 manat olmaqla ödəyəcəyini bildirib, icra tədbirlərinin dayandırılmasını xahiş etmişdir. 18.01.2022-ci il tarixli Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin rəisi İlham Həsənovun məktubundan görünür ki, məhkəmədən tələbkarın müraciətinin nəzərə alınaraq, Şəxs barəsində olan materialın geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 17.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola məhkəmədə baxılması üçün predmet qalmadığından toplanmış material geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 17.01.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoləsasında toplanmış material baxılmadan geri qaytarılsın. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-245/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-245/2022
19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver