Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2457/2024 25.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X6 iclas katibliyi, X1 iştirakı ilə, X1 Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə rəisi X5 “inzibati tənbeh vermə haqqında” EPQ ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayətlə müraciət edərək bildirmişdir ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cii Polis bölməsinin Sahə rəisi X5 “inzibati tənbeh vermə haqqında” EPQ seriyalı ******* nömrəli 31 mart 2024-cü il tarixli qərarı ilə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə, barəsində 80 (səksən) manat tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Hesab edir ki, barəsində tərtib edilmiş EPQ seriyalı ******* nömrəli 31 mart 2024-cü il tarixli qərar qanunsuz və əsassızdır, sübutlara ədalətli hüquqi qiymət verilmədən çıxarılmışdır. Odur ki, aşağıda qeyd edilən hallara görə Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin Sahə rəisi X9 tərəfindən 31 mart 2024-cü il tarixdə barəmdə İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə tərtib edilmiş qərarı ləğv edilməlidir : 1) Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin Sahə rəisi X5 barəmdə İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə tərtib edilmiş “inzibati xəta haqqında” EXP seriyalı ******* nömrəli 31 mart 2024-cü il tarixli protokola əsasən güya ki, o, xx.xx.2024-cü il tarixində Binəqədi rayonu, Binəqədi-Xırdalan yolu 14 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus mağazada “qanunsuz küçə ticarəti” ilə məşğul olmuşdur. Qeyd edir ki, həmin gün o da daxil olmaqla marketdə “rəsmi fəaliyyət göstərən” digər şəxsləri də heç bir hüquqi əsas olmadan polis xidməti maşını ilə əynində "xxxx" uniforması ilə Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinə aparmışdır. 2) 2) X3-Xırdalan yolu 14 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Tam Topdan” mağazasında rəsmi olaraq işçi kimi fəaliyyət göstərir və polis əməkdaşları tərəfindən qanunsuz olaraq saxlandığı vaxt da öz vəzifə öhdəliklərini icra etməkdə idi. Belə ki, X7 ilə "xxxx" MMC arasında hal-hazırda davam edən xx.xx.2024-cü il tarixli “ 4H7NUY8000500 " nömrəli əmək müqaviləsi vardır. Əmək müqaviləsi üzrə vəzifəsi "fəhlə "dir. Məhz həmin əmək müqaviləsi əsasında fəaliyyət göstərir və şəxsin adına heç bir fəaliyyət növü ilə məşğul olmur.3)İşçisi olduğu "xxxx" MMC Azərbaycan Respublikasında rəsmi olaraq qeydiyyatdan keçmiş ********** nömrəli VÖEN-lə fəaliyyət göstərən pərakəndə satış sektorunda ölkə iqtisadiyyatına töhvə verən marketlər şəbəkəsidir. Müəssisə cənab X12 imzaladığı sosial proqramları özünə rəhbər tutaraq məşğulluğu stimullaşdırmağı, pərakəndə satış sektorunu daha da canlandırmağı özünə hədəf qoymuşdur. Belə ki, müəssisə fəaliyyətə başladığı gündən daima yeni iş yerləri (mağazalar) açmaqda davam edir və bu yolda bütün səylərini səfərbər etməkdədir. Əməkdaşı olduğu “Tam Topdan” mağazası həmin mağazalardan biridir və yuxarıda qeyd etdiyi kimi burada əmək müqaviləsi üzrə öz vəzifə öhədliklərimi icra etməkdədir. Düşünür ki, əməlində hər hansı inzibat xəta tərkibi yoxdur, olsa belə tərtib olunan protokollar qanuna ziddir. Çünki burada birincisi “qanunsuz küçə ticarəti” tərkibi yoxdur, ikincisi isə “lap həmin əməl sübuta yetirilsə belə həmin əməli icra edən subyekt fiziki şəxs olaraq o, deyil, fəaliyyət göstərdiyi marketlər şəbəkəsi olmalı idi. Əlavə olaraq bir də qeyd edir ki, sözügedən protokol istənilən halda qanunazidd tərtib olunmuş və inzibati orqan tərəfindən əsassız olaraq qərar çıxarılmışdır. 3) “Qanunsuz küçə ticarəti” termininin açılışı Azərbaycan Respubliksmm İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində təsbit edilmişdir. Həmin maddənin dispozisiya hissəsinə əsasən “Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsi”dir. Maddəni daha da açsaq, burada malların satılması və ya işlərin (xidmətlərin) görülməsi hərəkətləri nəzərdə tutulmuşdur. İşdə həmin hərəkətləri bilavasitə icra edən tərəf onları işə götürən "xxxx" MMCdir. Onlar fiziki şəxs olaraq həmin müəssisə adından əmək müqaviləsində göstərilən hədlər çərçivəsində əmək funksiyalarını icra edirlər. Dispozisiyada göstərilən digər ifadə “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlər” ifadəsidir. "xxxx" MMC-yə məxsus “Tam Topdan” marketi fəaliyyət göstərdiyi yer (ərazi) notarial təsdiqli icarə müqaviləsi əsasında "xxxx" MMC-yə məxsusdur və müqavilə üzrə nəzərdə tutulan yer (marketin yerləşdiyi sahə və onun həyəti) 10 (on) il müddətinə "xxxx" MMC-nin icarəsindədir. "xxxx" MMC-nin həmin ərazidə qanuni faəliyyətini tam və ya qismən məhdudlaşdırlan nə məhkəmə qərarı var nə də ki, hər hansı inzibati orqanın qərarı. Əlavə olaraq bildirmək istəyir ki, həmin ərazidə satış marketin içində, rəsmi olaraq yalnız kassdan keçməklə icra olunur. Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin Sahə rəisi X9 barəmdə İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə EPQ seriyalı, ******* nömrəli, 31 mart 2024-cü il tarixli “inzibati tənbeh vennə haqqında qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi məhkəmə iclasında iştirak edərək şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə rəisi X5 “inzibati tənbeh vermə haqqında” EPQ ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən X7 Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə-səksən manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Heç kim inzibati xəta hesab edilməyən əmələ görə inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati xəta haqqında protokol və qərardan görünür ki, X7 tərəfindən inzibati xəta törədilməsini özündə əks etdirən heç bir sübut olmamaqla, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs inzibati xəta törətmədiyini sübut etməli olmadığından, hazırki vəziyyətdə X7 inzibati xəta hadisəsi törətməmiş hesab edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda nzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə qəbul edilmiş Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə rəisi X5 “inzibati tənbeh vermə haqqında” EPQ ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-2457/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2457/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver