Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2458/2024 16.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə, X2 Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-in xx.xx.2024-cü il tarixli EPQ seriyalı № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-in xx.xx.2024-cü il tarixli EPQ seriyalı № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə rəisi X1 inzibati tənbeh vermə haqqında EPQ seriyalı ******* nömrəli 31 mart 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 80 (səksən) manat cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir. İnzibati xəta haqqında EXP seriyalı ******* nömrəli 31 mart 2024-cü il tarixli protokola əsasən guya ki, o, xx.xx.2024-cü il tarixə Binəqədi rayonu, Binəqədi-Xırdalan yolu 14 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus mağazada “qanunsuz küçə ticarəti” ilə məşğul olmuşdur. Həmin gün o da daxil olmaqla marketdə “rəsmi fəaliyyət göstərən” digər şəxsləri də heç bir hüquqi əsas olmadan polis xidməti maşını ilə "xxxx" geyim uniforması ilə Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə aparmışlar. O, Binəqədi-Xırdalan yolu 14 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Tam Topdan” mağazasında rəsmi olaraq işçi kimi fəaliyyət göstərir və polis əməkdaşları tərəfindən qanunsuz olaraq saxlandığı vaxt da öz vəzifə öhdəliklərini icra etməkdə imiş. Belə ki, onunla "xxxx" MMC arasında hal-hazırda qüvvədə edən xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi üzrə vəzifəsi “mal qəbulçusu”dur. Həmin əmək müqaviləsi əsasında fəaliyyət göstərir və şəxsi işi yoxdur. İşçisi olduğu "xxxx" MMC Azərbaycan Respublikasında rəsmi olaraq qeydiyyatdan keçmiş marketlər şəbəkəsidir. Əməlində hər hansı inzibati xəta tərkibi yoxdur, olsa belə tərtib olunan protokollar qanuna ziddir. Çünki burada birincisi “qanunsuz küçə ticarəti” tərkibi yoxdur, ikincisi isə “lap həmin əməl sübuta yetirilsə belə həmin əməli icra edən subyekt fiziki şəxs olaraq o deyil, fəaliyyət göstərdiyi marketlər şəbəkəsi olmalı idi. Qeyd olunanlara əsasən Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-in xx.xx.2024-cü il tarixli EPQ seriyalı № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-yə bildiriş göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 31 mart 2024-cü il tarixli EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı inzibati xəta haqqında protokolda göstərilməlidir. Bundan əlavə, inzibati xəta haqqında protokolda Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməsi barədə qeyd yoxdur, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə inzibati xəta haqqında protokolun surəti verilməmişdir, Protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən imzalanmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.2-ci maddəsinə görə Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə görə Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. xx.xx.2024-cü il tarixli EPQ seriyalı № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən işə baxılması ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin bir sıra tələblərinin pozulması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.1.4-cü maddəsinə görə işə baxılarkən müəyyən edilmiş hallar inzibati tənbeh vermə haqqında qərarda göstərilməlidir. xx.xx.2024-cü il tarixli EPQ seriyalı № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, qanunun bu tələbi pozulmuş, işə baxılarkən müəyyən edilmiş hallar inzibati tənbeh vermə haqqında qərarda göstərilməmişdir. Bundan başqa, X3 tərəfindən 31 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 454-cü maddəsi ilə qayda pozuntusunun törədilməsi də kifayətedici aydınlıqla sübut edilmir. Səlahiyyətli orqan tərəfindən məhkəmədə inzibati xəta hadisəsinin birmənalı şəkildə sübuta yetirilməməsi onun tam əsaslılığına dair şübhələr yaradır. Qərarı qəbul etmiş orqan isə yaranmış şübhələrin aradan qaldırılması və inzibati xəta hadisəsinin mövcudluğuna dair hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzinati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, qayda pozuntusunun birmənalı şəkildə sübuta yetirilməməsinə görə onun tam əsaslılığına dair yaranmış şübhələr qanuna əsasən X2 xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X2 Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-in xx.xx.2024-cü il tarixli EPQ seriyalı № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-in xx.xx.2024-cü il tarixli EPQ seriyalı № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-2458/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2458/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver