Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2459/2020 14.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Məmmədov Vüqar Nemət oğlu, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayətçi X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN Xİİİ X11 Xidmətinin inspektoru polis serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN Xİİİ X11 Xidmətinin inspektoru polis serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta üzrə işin icraatına xitam verilməsini xahiş etmişdir. A.C.Cəfərov həmçinin ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə müraciət edərək şikayət etmək müddətinin ötürülməsini üzrlü hesab edərək müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 şikayətini onunla əsaslandırılmışdır ki, ona məlumat gəlmişdir ki, cərimə olunmuş və cərimə ödənilməlidir. Lakin ona nə protokol, nə də qərar verilməmişdir. Sonda ona məlum olmuşdur ki, qanunsuz olaraq onun barəsində xx xxxx 2020-ci il tarixdə protokol tərtib edilimiş və həmin protokol əsasında xx xxxx 2020-ci il tarixdə AR DİN Xİİİ X11 Xidməti tərəfindən onun AR İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi və 100 manat məbləğində cərimə edilməyi barədə qərar qəbul edilmişdir. Bu qərar tamamilə qeyri-qanuni və əsassızdır, qanunvericliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir. Belə ki, o, cənazə daşıyan avtomobili idarə edir və o Ələt postunda yoxlamadan keçərkən avtomobildə tək olmuş və onun maskadan istifadə etməyi zərurəti olmamışdır. Məlum olduğu kimi tibbi maskalardan yalnız qapalı yerlərdə, ictimai nəqliyyatda, ictimai yerlərdə istifadə edilməsi nəzərdə tutulmuşdur və şəxsi avtomobillərdə isə başqa şəxslər olmadığı halda istifadə edilməsi məcburi deyildir. Lakin bu amil nəzərə alınmadan protokol verilmiş və qərar qəbul edilmişdir. O, əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmişdir . Bu barədə o, ərizə ilə Baş Dövlət X7 müraciət etmiş, qərardan narazı olduğu halda məhkəmə orqanlarına müraciət etməyi barədə cavab verilmişdir. Qərar ona xx xxxxxx 2020-ci il tarixdə verilmişdir. Bu qərar tamamilə əsassızdır. Araşdırılmadan çıxarılmış və onun əməlində AR İXM-nin 211.2-ci maddəsinin tərkibi olmadığı halda inzibati məsuliyyətə cəlb edilmişdir. Onun əməlində inzibati xəta törədilməsi halı mövcud olmamış, qanunvericliyin tələblərini kobud şəkildə pozaraq belə bir əsassız qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən barəsində qəbul edilmiş qərarın təğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında Atamoğlan Cavanşir oğlu şikayətini müdafiə edərək bildirmişdir ki, barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə onun heç bir günahı yoxdur və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərar əsassızdır. Göstərilənləri nəzərə alaraq barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xİİİ X11 Xidmətinin inspektoru polis serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X3 Azərbaycan respublikasının İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 rəis müavini, yol-patrul xidməti alayının komandiri Fuad Mayılov tərəfindən X2 ünvanlanan xx.xx.2020-ci il tarixli 016-62971C- 4220 saylı məktubdan görünür ki, X1 müraciətlərinə baxılmış və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində tətbiq edilmiş karantin qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunan inzibati protokol üzrə qəbul edilmiş qərardan narazı olduğu halda məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu bildirilmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası DİN Xİİİ X11 Xidmətinin inspektoru polis serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 128.2.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində inzibati tənbeh olunmuşdur. İnzibati xəta haqqında materialda olan sübutlarla X1 avtomobil idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı kifayət qədər mübahisə yaratması üçün əsas verir. Belə ki, X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələblərinə riayət etməməsini nədə ehtiva olunduğunu müəyyən etmək mümkün olmamışdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında aparılan fiziki şəxsin izahatı alınmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, sələhiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərardan şikayət vermə müddəti üzrlü səbəbdən buraxıldığından şikayət məhkəmənin icraatına qəbul edilərək baxılmalıdır. Beləliklə məhkəmə, şikayətçi X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə və yuxarıda qeyd olunmuş əsaslara əsasən hesab edir ki, X3 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası DİN Xİİİ X11 Xidmətinin inspektoru polis serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və İXM-in 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası DİN Xİİİ X11 Xidmətinin inspektoru polis serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-2459/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2459/2020
14.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver