Məhkəmə qərarları › İş №3(001)-2460/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2460/2020

11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2460/2020 11.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Şikayətçi X1 Azərbaycan Respublikası DİN-nin Bakı Qazax Yolunun 238-ci karantin postunun Vİİİ Tağım Yol Patrul Xidmətinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarından verdiyi şikayətə Binəqədi rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X3 İbiş oğlu Azərbaycan Respublikası DİN-nin Bakı Qazax Yolunun 238-ci karantin postunun Vİİİ Tağım Yol Patrul Xidmətinin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarından şikayət verərək göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin Bakı - Qazax yolunun 238-ci km karantin postunun Vİİİ Tağım YPX inspektoru polis baş serjantı X5 tərəfindən yazılmış İXP ******* nömrəli, xx.xx.2020-ci il tarixli protokola əsasən o, X4 İXMnin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin Bakı - Qazax yolunun 238ci km qarantin postunun Vİİİ Tağım YPX inspektoru olan polis bas serjantı X5 tərəfindən yazılmış İXP ******* nömrəli, xx.xx.2020-ci il tarixli protokolu aşağıdakı əsaslara görə düzgün hesab etmir.Belə ki, o, həmin tarixdə Bakı istiqamətinə şəxsi avtomobildə daimi qeydiyyatda olduğu və yaşadığı ünvanına gələrkən Bakı - Qazax yolunun 238-ci km karantin postunun Vİİİ Tağım YPX inspektoru polis baş serjantı X5 tərəfindən cərimə edilmişdir.Halbuki, onun daimi qeydiyyatda olduğu və yaşadığı ünvana qayıtmaq üçün iki əsası vardır. Belə ki, birincisi xx.xx.2020-ci il tarixində Daxili İşiər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidovun müsahibəsində və Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ağgül Həmidzadənin video müsahibəsində qeyd olunur ki, "Respublikanın digər şəhər və rayonlarına getmiş, Bakı şəhəri üzrə daimi qeydiyyatda olan və orada yaşayan şəxslər şəxsi avtomobilləri ilə, avtomobil olmayanlar isə rayonun və ya şəhərin hüdudunadək taksilərdən istifadə etməklə Bakı şəhərinə geri qayıda bilərlər".Hər iki Daxili İşlər Nazirliyinin rəsmisinin müsahibəsində açıq aydın qeyd olunur ki, vətəndaşlar qeydiyyatda olduğu və yaşadıqları ünvanlarına qayıda bilərlər. Şikayətçi göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi bina 12, mənzil 13 ünvanında daimi qeydiyyatdadır və orada yaşayır. Lakin qeyd edilənlərə baxmayaraq o, (AZE08233671) xx.xx.2020-ci il tarixində şəxsi avtomobillə daimi qeydiyyatda olduğu və öz yaşadığı ünvana qayıdarkən Bakı- Qazax yolunun 238-ci km qarantin postunda YPX inspektoru polis baş serjantı X5 tərəfindən saxlanılaraq İXM-nin 211-ci maddəsi ilə cərimə edilmişdir.Ona cərimə Daxili İşlər Nazirliyinin rəsmilərinin həmin mövzu barədə müsahibə verildiyi gün yazılmışdır.Onun tərəfindən heç bir qanun pozuntusu olmamışdır.Ona görə də, şikayətçi yuxarıda göstərilənləri nəzərə alaraq xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokolun ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş şikayətçi və protokolu qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Bakı - Qazax yolunun 238-ci km karantin postunun Vİİİ Tağım YPX-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə şikayətçinin və inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı - Qazax yolunun 238-ci km karantin postunun Vİİİ Tağım YPX-nin inspektoru polis baş serjantı X2 xx.xx.2020-ci il tarixli İXP ******* saylı nömrəli protokolunun surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də o, 100 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı Qazax Yolunun 238-ci karantin postunun Vİİİ Tağım Yol Patrul Xidmətinin xx.xx.2020-ci il tarixli İXP ******* saylı protokoluna əsasən məlum olur ki, araşdırma zamanı X4 tərəfindən qanunun qeyd edilən tələblərinə tam əməl olunmamış, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsininin tələbləri pozulmuşdur.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən «Covid-19» pandemiyasının qarşısının alınması məqsədilə, həmin qərarda göstərilən müstəsna hallar çıxılmaq şərtilə Bakı şəhəri ilə rayonlar arasında gediş-gəlişə müvəqqəti qadağa qoyulmuşdur.Şikayətçi X5 rayondan yaşadığı və qeydiyyatda olduğu Bakı şəhərinə qayıdarkən ona əsasssız olaraq cərimə yazıldığını iddia etsə də, rayona nə vaxt və hansı məqsədlə getdiyini və rayona getməsi vaxtının karantin rejiminin tətbiq olunmasından əvvəl olub-olmadığın, əgər şikayətçi karantin rejimi tətbiq olunduqdan sonra rayona getmişdirsə, bunun özünün qanuni olub-olmadığı barədə məlumat və sənədləri məhkəməyə təqdim etməmişdir.Belə olan halda məhkəmə hesab edir ki, şikayətçi X1 Bakı-Qazax yolunun 238-ci km-də saxlanılaraq ona, xx.xx.2020-ci il tarixli İXP ******* saylı protokol tərtib olunmasında hər hansı qanunsuzluq olmamışdır, şikayətin təmin olunması üçün hüquqi əsaslar yoxdur, buna görə də şikayət rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi X1 Azərbaycan Respublikası DİN-nin Bakı Qazax Yolunun 238-ci karantin postunun Vİİİ Tağım Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* saylı qərardan verdiyi şikayət rədd edilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar