Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2460/2024 09.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialın icraata qəbulu məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə MN seriyalı № ******* saylı 09 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İşə baxılanadək Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev vəsatətlə məhkəməyə müraciət edərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı № ******* saylı 09 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyevin vəsatətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı № ******* saylı 09 aprel 2024cü il tarixli inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana - Binəqədi rayon İcra Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Vəsatət təmin edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı № ******* saylı 09 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana - Binəqədi rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-2460/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2460/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver