Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2461/2020 11.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi, Şikayətçi X1 iştirakı ilə, xx.xx.2020-ci il tarixdə Bakı şəhərində Şikayətçi X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarından verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şikayətçi X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərarından şikayət verərək göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 tərəfindən onun barəsində xx.xx.2020-ci il tarixli İXP ******* saylı qanunsuz və əsassız qərar qəbul edilmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020 tarixində «Koroğlu» metrosu ətrafında qurulan postdan keçərkən icazənin yoxlanılması məqsədi ilə polis əməkdaşının tələbi əsasında vəsiqəsini təqdim etmiş, yoxlama zamanı polis əməkdaşı vəsiqənin vaxtı bitdiyi üçün onun icazəsinin olmadığını ona bildirmişdir.Halbuki, o, vəsiqəsinin vaxtı bitdiyi üçün yenisi ilə əvəz etmişdir.Sadəcə olaraq SMS icacə alarkən əvvəl icazə almaq üçün istifadə etdiyi mesaj mətnindən istifadə etmiş, bu zaman müraciətində yeni şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini qeyd etməyi unutmuşdur.Lakin sistem onun müraciətini qəbul etmiş və ona evdən çıxmaq üçün icazə verilməsi barədə mesaj gəlmişdir.Şikayətçi göstərmişdir ki, o, yeni aldığı vəsiqə ilə cərimə olduğu tarixədək bir dəfə də olsun icazə almamışdır, həmişə yalnız özünə məxsus olan köhnə vəsiqə ilə icazə almışdır.Polis əməkdaşı bunu bildirdiyi andan o, yeni vəsiqə ilə icazəsini yeniləmiş, indiyədək bu qaydalara hörmətlə yanaşıb yalnız sms icazə ilə yaşayış yerini tərk edib vaxt bitməmiş geri qayıtmışdır.Cərimə olunduğu tarixdə də onun icazəsi olduğuna baxmayaraq əsassız olaraq cərimə olunmuşdur.O, bir vətəndaş kimi görülən bu tədbirlərin vətəndaşları cərimə etmək məqsədi ilə deyil, ölkəmizdə yayılan pandemiyadan zərər çəkən insanların sayını minimuma endirmək məqsədi ilə edildiyini anlayır.Buna görə də, ona yazılmış cəriməni əsassız hesab edərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 8103 nömrəsinə SMS icazəyə dair çıxarışdan məlum olur ki, X3 AZE 05556452 seriya və nömrəli şəxsiyyət vəsiqəsi ilə xx.xx.2020-ci il tarixdə saat 15:48-də 3 saatlıq icazəsi təsdiq olmuşdur. İş materiallarında olan X1 AZE 05556452 seriya və nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, vəsiqə xx.xx.2020-ci il tarixədək etibarlı olmuşdur. İş materiallarında olan X1 AA1812895 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən məlum olur ki, X3 yeni vəsiqə ilə təmin olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət təmin olunmalıdır.Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, şikayətçi X3 şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyi üçün yenisi ilə əvəz etmişdir.Sadəcə olaraq SMS icacə alarkən əvvəl icazə almaq üçün istifadə etdiyi mesaj mətnindən istifadə etmiş, bu zaman müraciətində yeni şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini qeyd etməyi unutmuşdur.Lakin sistem onun müraciətini qəbul etmiş və ona evdən çıxmaq üçün icazə verilməsi barədə mesaj gəlmişdir.Belə ki, 8103 nömrəsində X1 AZE 05556452 seriya və nömrəli şəxsiyyət vəsiqəsi ilə xx.xx.2020-ci il tarixdə saat 15:48də 3 saatlıq SMS icazəsi təsdiq olmuşdur.AZE 05556452 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş yeni vəsiqə ilə əvəz edilmişdir. xx.xx.2020-ci il tarixdə X2 etibarlılıq müddəti bitmiş AZE 05556452 seriya və nömrəli şəxsiyyət vəsiqəsi ilə icazə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə cərimələnməsi barədə İXP ******* saylı protokol xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir.Beləliklə də, məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinin tərkibi olmamışdır.Belə olan halda şikayət təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Dövlət X10 tərəfindən X3 barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı qərar ləğv edilsin, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2461/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2461/2020
11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver