Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2462/2020 04.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Məmmədov Vüqar Nemət oğlu, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayətçi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X4 xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Şikayətçi X2 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X4 xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayətini onunla əsaslandırılmışdır ki, barəsində xx.xx.2020-ci il tarixli EQ4102573 saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Həmin qərardan o mobil telefonunda olan “SMS-radar” və “Asanpay” mobil tətbiqləri vasitəsilə məlumat əldə etmişdir. Lakin tərtib edilmiş qərar hazırki tarixədək ona göndərilməmişdir. Qərara əsasən guya o təhlükəsizlik kəmərindən xx.xx.2020-ci ildə saat 18:19:11-də “Moskva prospekti, ilə A.Əliyev küçəsinin kəsişməsi, Avropa otelinə gedən yol”da istifadə etməmiş və buna görə Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə 40 manat məbləğində cərimə olunmuşdur. Belə bir hal olmamışdır. Çünki o, yol hərəkəti qaydalarına daim riayət edir, o cümlədən təhlükəsizlik kəmərindən həmişə istifadə edir. Həmçinin yuxarıda qeyd edilən mobil tətbiqlər vasitəsilə təqdim edilmiş foto və video materiallardan da belə bir hal öz təsdiqini tapmır. Görünür “operator” onun sadəcə ağ rəngli köynəkdə olduğunu görüb diqqətlə araşdırmadan elektron qərarlı protokol tərtib etmişdir. Halbuki, həm "Asanpay", həm də "SMS radar" mobil tətbiqlərində yerləşdirilmiş fotoşəkillərdən açıq-aydın görünür ki, o, həmin vaxt təhlükəsizlik kəmərindən istifadə etmişdir. Bundan başqa qeyd edilən ərazi əsas prospektlərdən olduğundan orada “YPX” xidmətinin bir neçə avtomobili və əməkdaşları da olmuşdur. Əgər belə bir hal olsaydı onlar bu barədə qanuna müvafiq tədbir görərdilər. Hazırki halda isə inzibati xətanın olmaması nəinki şübhə doğurmur, hətta qərar qəbul etmiş şəxs tərəfindən “elektron sistemə” yerləşdirilmiş video və fotolardan da açıqaydın müəyyən olunur. Qeyd olunan qərardan dərhal elektron qaydada Asanpay vasitəsilə şikayət etsə də, hazırki tarixədək ona hər hansı cavab verilməmişdir. Göstərilənlərə əsasən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X6 məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İdarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şikayətin baxılmasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, onun avtomaşınında olan təhlükəsizlik kəməri açıq rəngdə olduğundan və üzərində olan qısaqol köynək ağ rəngdə olduğundan SMS radar təhlükəsizlik kəmərinin istifadə etdiyini müəyyən edə bilməmişdir. Məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, X2 barəsində çıxarılan inzibati xəta haqqında Qərar ləğv olunmalı və həmin iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X6 göndərilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixində Moskva prospekti ilə A.Əliyev kəsişməsi, Avropa otelinə gedən yolda inzibati xəta törədildiyi barədə AsanPay kabinetinə məlumat yerləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 128.2.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında materialda olan sübutlarla X1 avtomobil idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı kifayət qədər mübahisə yaratması üçün əsas verir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, sələhiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə prosesində iş materiallarında olan "SMS radar" mobil tətbiqlərində yerləşdirilmiş fotoşəkillərdən X1 təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyini müəyyən etmək mümkün olmamışdır. Hesab edirəm ki, X2 tərəfindən həqiqətən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi faktını təsdiq edən video görüntüyə baxmaq mümkün olmadığından, fotoşəkillərdən təhlükəsizlik kəmərinin bağlanmadan nəqliyyat vasitəsinin idarə edildiyi aydın görünmədiyindən, avtomaşında olan təhlükəsizlik kəməri açıq rəngdə olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X7 tərəfindən qəbul edilmiş EQ ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, həmin iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X6 göndərilməli, şikayət digər hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X7 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ Dövlət X6 göndərilsin. Şikayət digər hissədə təmin edilməsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-2462/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2462/2020
04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver