Məhkəmə qərarları › İş №3(001)-2463/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2463/2022

07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2463/2022 07.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlu X5 iclas katibliyi ilə, İnzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X6 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Xidmətindən daxil olmuş inzibati xəta haqqında işə Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətindən daxil olmuş Şəxs İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və materiallar daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X8 izahatında göstərmişdir ki, ünvan 1 ünvanında xx.xx.2022-ci il tarixində saat 12.00-da X2 və digər iki nəfər əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirlməsinə cəlb edilməsi halı müəyyən edilmişdir.Ona görə də, məhkəmədən Şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Şəxs etibarnamə üzrə nümayəndəsi X11 izahatında göstərdi ki, X4 başqa digər şəxslər Şəxs işçiləri deyildirlər.Şirkətlə M.Abbasovun arasında əmək müqaviləsi vardır.Digər şəxslərdən biri taxta yığmaq üçün bir saatlıq müddətdə gəlmişdir.Bu səbəbdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətindən daxil olmuş Şəxs İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol əsasında qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsinin və Şəxs etibarnamə üzrə nümayəndəsinin çıxışlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokolu əsaslı olduğundan Şəxs barəsində inzibati xəta haqqında qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokolundan görünür ki, ünvan 1 ünvanında xx.xx.2022-ci il tarixində saat 12.00-da X2 və digər iki nəfər əmək müqaviləsi və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirlməsinə cəlb edildiyi üçün Şəxs İXM-nin 192.1-ci maddəsinin tələbini pozmuşdur. İş materiallarına əlavə edilmiş X9 xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, Şəxs ilə əmək müqaviləsi olmadan işləmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci bəndinə əsasən işçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 2-ci bəndinə əsasən işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X1 və digər şəxslərin əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyi üçün MTK İXM-nin 192.1-ci maddəsinin tələbini pozulduğu məhkəmə tərəfindən müəyyən edilmiş, MTK-nın etibarnamə üzrə nümayəndəsi bu faktın əksini məhkədə sübut edə bilməmişdir.Şəxs-nın İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və inzibati xətanın törədildiyi gündən ən geci üç ay müddətin keçməməsi nümayəndələrin izahatı, iş materialları və yuxarıda qeyd olunan hüquq normaları ilə tam sübuta yetirilmişdir.Ona görə də, məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol qanuni və əsaslıdır.Belə ki, iş materiallarında Şəxs sözügedən inzibati xətanı törətməsinə dair kifayət qədər sübutlar vardır.Buna görə d, hesab edirəm ki, MTK İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyinə və inzibati məsuliyyətə cəlb etmə müddəti keçmədiyinə görə həmin cəmiyyət İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin məlum olan maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, MTK İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddədə göstərilən həddə uyğun minimum həddə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 31, 40, 43, 48-51, 114-117, 129-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və inzibati tənbeh olaraq 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar