Məhkəmə qərarları › İş №3(001)-2466/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2466/2023

10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2466/2023 10.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3 borclu "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.İnzibati xəta haqqında 12 iyun 2023-cü il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3091/2018 saylı, xx.xx.2018-ci il tarixli ica sənədinə əsasən X4 ilə "xxxx" MMC arasında bağlanmış Bakı şəhər Atatürk prosepkti 3078 A məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa edilmiş yaşayış binasının “E” korpuunun 15-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 214.14 kv.m olan 31 nömrəli mənzilin satın alınması barədə xx.xx.2011-ci il tarixli 400 nömrəli müqavilə ləğv edilmiş, Bakı şəhəri, Atatürk prospekti 3078A məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa edilmiş yaşayış binasının “E” korpusunun 15-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 214.14 kv.m olan 31 nömrəli mənzilin bazar dəyərini təşkil edən 278.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 manat olmaqla, cəmi 278.045 manat pul cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı X2 verilməsi qərara alınmışdır. Lakin "xxxx" MMC tərəfindən icra sənədləri icra edilməmişdir. Buna görə də, icra məmuru Asəm Əhmədov tərəfindən "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu, müdafiəçi və icra məmuruna inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin borclu, müdafiəçi və icra məmuru məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər. Məhkəmə inzibati protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3091/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X4 ilə "xxxx" MMC arasında bağlanmış Bakı şəhər Atatürk prosepkti 3078 A məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa edilmiş yaşayış binasının “E” korpuunun 15-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 214.14 kv.m olan 31 nömrəli mənzilin satın alınması barədə xx.xx.2011-ci il tarixli 400 nömrəli müqavilə ləğv edilmiş, Bakı şəhəri, Atatürk prospekti 3078A məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa edilmiş yaşayış binasının “E” korpusunun 15-ci mərtəbəsində yerləşən 4 otaqdan ibarət ümumi sahəsi 214.14 kv.m olan 31 nömrəli mənzilin bazar dəyərini təşkil edən 278.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 manat olmaqla, cəmi 278.045 manat pul cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı X2 verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Asəm Əhmədov tərəfindən qəbul edilmiş 13 avqust 2018-ci il tarixli bildirişə əsasən məlum olur ki, borclunun ünvanına Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3091/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrası haqqında bildirişi göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hesab edirəm ki, icra sənədləri üzürsüz səbəbdən icra olunmadığından və icra sənədlərinin icra edilməməsində "xxxx" MMC-nin rəhbəri, vəzifəli şəxs Şəxs təqsiri sübuta yetirildiyindən, o, inzibati qaydada cəzalandırılmalı, lakin "xxxx" MMC-nin direktoru Şəxsnın şəxsiyyəti, ailə və maddi vəziyyəti nəzərə alınaraq o, inzibati qaydada cərimə edilməlidir.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 1 200 (bir min iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar