Məhkəmə qərarları › İş №3(001)-2473/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2473/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2473/2023 23.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlu sədrliyi X5 iclas katibliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1960-cı il tarixdə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayonu, Şahsevən-1 kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə İXMnin) 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsindən xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Müəyyən olunur ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq xx.xx.2022-ci il tarixdə, təxminən saat 10:30 radələrində idarə etdiyi “Karsan 561 avtobus” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri Binəqədi rayonu, İ.Dadaşov küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı 2005-ci il təvəllüdlü X12 “bədənin travması” xəsarəti, X4 “baş və sol çiyinin travması” xəsarəti almışdır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs çıxış edərək, təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq onun barəsində yüngül inzibati təbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslər və Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, İXM-nin 112.1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxs və Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb, sübutları məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs inzibati qaydada təqsirli hesab edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Araz Kazımlı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Belə ki, həmin qərardan görünür ki, Şəxs məhkəməyədək icraat zamanı izahat verərək göstərmişdir ki, "B,C,D,E" kateqoriyalı sürücülük vəsiqəsi ilə 2018-ci ildən "xxxx" MMC-yə məxsus 202 saylı müntəzəm xətt sərnişin avtobusunda sürücü olaraq işləyir, xx.xx.2022ci il tarixdə saat 06 radələrində "Karsan" markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtobus ilə hərəkətə başlamış, hərəkətə başladığı andan etibarən avtobus texniki cəhətdən saz vəziyyətdə olmuşdur, xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi ilə hərəkət edərək İ.Dadaşov istiqamətində sağa doğru dönmüşdür. Vətəndaş Şəxs İ.Dadaşov küçəsində nəqliyyat vasitələrinin hərəkətinin iki istiqamətli olmaqla hər istiqamət üzrə bir hərəkət zolağının olduğunu, avtobusda sərnişinlərin həm oturmuş, həm də ayaq üstə olduğunu, təxminən 30 km/saat sürətlə düzünə hərəkətdə olarkən piyada keçidinə çatmasına 2-3 metr qalmış sağdan sola doğru qaçaraq piyada keçidinə daxil olan qızı gördüyünü, həmin qızın qaçaraq piyada keçidinə daxil olmasını gördükdə əyləci sıxmaqla avtobusu sola doğru manevr etdirdiyini, bu zaman avtobusun ön sağ hissəsinin qaçaraq yolu keçmək istəyən qıza dəydiyini, avtobusu yolun ortasında saxlayaraq sükan arxasından düşmək istədikdə avtobusun içərisində olan sərnişinlərdən birinin qorxudan özündən getməsini gördüyünü, digər sərnişinlər ilə birlikdə həmin qadını avtobusdan çölə çıxardıb ilkin tibbi yardım etdiklərini, qaçaraq yolu keçmək istəyən qızın bir qədər aralıda olduğunu, həmin qıza da su alıb verdiyini, onu mağazalardan birinin içərisinə salaraq orada uzandırdıqlarını, hadisə ilə əlaqədar təcili yardıma zəng edərək iki təcili yardım avtomobili gəlməsini istədiyini, təxminən 10 dəqiqə sonra hadisə yerinə iki təcili yardım avtomobilinin gəldiyini, avtobusun içərisində olan özündən getmiş qadının təcili yardıma özünün könüllü yazaraq xəsarət almadığını bildirdiyini, bundan sonra avtobusun dəydiyi qızın təcili yardım avtomobili tibb müəssəsinə aparıldığını, özünün də onların arxasınca X13 getdiyini bildirmişdir. Vətəndaş Şəxs orada həmin qızı müayinə etdirdiyini, xəstəxanaya həmin qızın valideynlərinin də gəldiyini, mobil nömrəsini həmin qızın atasına verdiyini, hadisə zamanı hava şəraitinin aydın, günəşli, yol örtüyünün düz, quru, hamar asfalt olduğunu bildirmişdir. Belə ki, həmin qərardan görünür ki, anası X1 iştirakı ilə məhkəməyədək icraat zamanı izahat verən X8 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 09:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində yolu qarşı tərəfə keçmək üçün piyada keçidinə yaxınlaşmış, yolun boş olduğunu gördüyü üçün normal sürətlə yolu keçməyə başlamış, təxminən 3-4 addım atdıqdan sonra soldan sağa doğru avtobusun gəlməsini görmüş, avtobus sürətli olduğundan geriyə hərəkət edə bilmədiyi üçün qaçaraq yolu keçməyə çalışmış, bu zaman avtobus ön hissəsi ilə arxa sol hissəsindən vurmuş, nəticədə yerə yıxılmışdır. Vətəndaş Ə.Əliyeva hadisə zamanı özünə məxsus "Samsung" markalı mobil telefonunun deformasiyaya uğrayaraq qeyri-işlək vəziyyətə düşdüyünü, ətrafda olan şəxslərin onu ayağa qaldırdıqlarını, hadisə yerində olan qadınlardan birinin onu gördükdən sonra özündən getdiyini, ətrafda olan şəxslərin onu yaxınlıqdakı kafeye apararaq orada uzandırdıqlarını, hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə tibb müəssəsinə aparıldığını, valideynlərinin də oraya gəldiyini. hadisə zamanı hava şəraitinin günəşli, yağmursuz, yol örtüyünün düz quru, hamar asfalt olduğunu bildirmişdir. Belə ki, həmin qərardan görünür ki, X4 məhkəməyədək icraat zamanı izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 09:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq metro stansiyası yaxınlığında 202 saylı sərnişin avtobusuna daxil olmuş, avtobusda sıxlıq olduğu üçün öndə sürücünün yanında dayanmış, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsi ilə C.Xəndan küçəsi istiqamətində düzünə hərəkətdə olarkən qarşıda olan piyada keçidi ilə sağdan sola doğru piyada qızın yolu keçməsini görmüş, piyada qız qəfil qaçaraq yolu keçməyə başlamış, bu zaman avtobusda sola doğru hərəkət etmiş, avtobusun ön alın şüşəsinin sağ tərəfi ilə həmin piyada qızı vurması nəticəsində sonuncu yerə yıxılmış, hadisə gözünün qarşısında baş verdiyi üçün həyəcanlanmış, sonradan həyəcandan huşu getdiyi üçün ətrafda olan şəxslər ona ilkin tibbi yardım göstərmiş, bundan sonra hadisə yerinə gəlmiş təcili yardım əməkdaşlarının ona ilkin yardım göstərdiklərini, hadisə zamanı sol çiyin nahiyəsinin küt ağrı meydana gəldiyini bildirmiş, avtobusun sürücüsündən şikayətinin və ya tələbinin olmadığını qeyd etmişdir. İş materiallarına əlavə olunmuş həmin qərardan görünür ki, X6 adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli “2354” saylı ekspert rəyindən görünür ki, X6 bədəni üzərində aşkar edilmiş xəsarətlər- baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, üst dodağın sol yarısının selikli qişasının mərkəzinə qansızma, üst çənədə sol İ dişin sınığı, sağ İ dişin travmatik laxlaması(çıxığı), hər iki diş alveoluna qansızma, çənəaltı nahiyənin mərkəzinin və sağ yarısının qançırı, sağ diz oynağının ön səthinin iç yarısının sıyrığı bərk küt əşyanın (əşyaların) təsirinden törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 04 noyabr 2022-ci il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının (avtobusun) qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş həmin qərardan görünür ki, X2 adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli “2397” saylı ekspert rəyindən görünür ki, 1.X2 bədəni üzərində aşkar edilmiş xəsarət-sağ budun orta 1/3-nin arxa-bayır səthinin qançırı bərk küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 04 noyabr 2022-ci il tarixli avtomobil travması, o cümlədən hərəkətdə avtobusun kəskin hərəkətlə dayanması zamanı yıxılma nəticəsində qeyd olunan nahiyənin bərk (sərt) örtüyə dəyməsindən əmələ gələ bilərdi və sağlamlığa zərəvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur.

2. Vət.X3 adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan "sol bazu, sol döş qəfəsinin küt travması" diaqnozu obyektiv kliniki-instrumental və məhkəmə-tibbi əlamətlərlə təsdiqini tapmadığından xəsarət kimi qiymətləndirilməsi mümkün deyildir. “Məhkəmə-Tibbi Kkspertiza və X7” X14 Təkrar Ekspertiza şöbəsinin T237/2023 saylı ekspertizasının rəyindən görünür ki, vətəndaş Ə.A.Əliyevanın baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, üst dodağın, sol yarısının selikli qişasının mərkəzinə qansızma, üst çədənə sol 1 (21), İİ (22), sağ İİ (12) dişlərin tac uc hissəsinin sınığı, sağ İ (11) dişin travmatik çıxığı, hər iki diş alveoluna qansızma, çənəaltı nahiyəsnin mərkəzinin və sağ yarısının qançırı, sağ diz oynağının ön səthinin iç yarısnın sıyrığı olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşya (əşyaların) təsirindən yaranmışdır, yaranma müddəti qərarda göstərilən xx.xx.2022-ci ildə uyğun gəlir, avtoqəza zamanı əmələ gəlməsi mümkündür. dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Vətəndaş Ə.A.Əliyevaya İstanbul NS Klinikasında qoyulmuş diaqnoz travma deyil, xəstəlik əlamətləri olduğundan sağlamlığa zərrəvurma dərəcəsində təyinində nəzər alınmadı. İş materiallarına əsasən məlum olur ki, Əliyev Azad Seyidṣamil oğlu ərizə ilə 5 saylı Bakı Asan Xidmət mərkəzində Notariat ofisinə müraciət edərək qızı X6 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması barədə Şəxs ilə barışdığını, iddiasının və heç bir şikayətinin olmadığını bildirmişdir. Protokolu və ona əlavə edilmiş materialları araşdırılaraq hesab edirəm ki,Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin İ bəndinə əsasən, yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biridir. Həmin Qanunun 51-ci maddəsinin İ bəndinə görə, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaqdır. Göründüyü kimi, təqdim olunmuş materialları təhlil edərək belə nəticəyə gəlmək olar ki, Şəxs xx.xx.2022-ci il tarixdə, təxminən saat 10.30 radələrində idarə etdiyi “Karsan 561 avtobus” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla inzibati xəta törətmişdir. Şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin şikayətçi olmamasını və il ərzində ilk dəfə inzibati xəta törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, yüngülləşdirici hallar kimi təqsirini etiraf etməsini, səmimi peşmançılığınını, zərərçəkiş şəxslərin şikayətçi olmamasını, il ərzində ilk dəfə inzibati xəta törətməsini, habelə onun cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ M:

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar