Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2478/2024 10.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi ilə, X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X12 şöbəsinin yol-patrul xidmətinin inspektoru, polis baş serjantı X3 iştirakları ilə, Yasamal Rayon Dövlət X13 tərəfindən qəbul edilmiş 06 aprel 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X9 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikatət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Yasamal Rayon Dövlət X13 tərəfindən qəbul edilmiş 06 aprel 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 00:35 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində idarə etdiyi **-MG-*** dövlət qeydiyyat nişanlı, “BMW 528i” minik markalı nəqliyyat vasitəsi ilə hərəkət edən zaman Yasamal rayon Yol Patrul Xidmətinin əməkdaşı ona «saxla» əmri vermişdir. O, qanuna əsasən, Bakı şəhəri Yasamal rayon DYPŞ-nin YPX inspektoru, polis serjantı X3 qanunvericiliyin tələbinə uyğun olaraq «saxla» əmrinə riayət edib avtomaşınını saxlamışdır. Avtomobilini saxladıqdan sonra Yasamal rayon YPX avtomobilindən düşən YPX inspektoru polis serjantı Rövşən Cəfərov ona yaxınlaşaraq özünü təqdim etmədən saxlama səbəbini bildirərək, sənədlərini tələb etmişdir. Yol patrul xidməti inspektoru, polis serjantı Rövşən Cəfərov ona guya normativ tələblər pozulmaqla, əlavə avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə və mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla əlavə avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə saxlanıldığını bildirmişdir. O isə öz növbəsində polis serjantı Rövşən Cəfərova onun avtomobilinin qeydiyyat şəhadətməsinin xüsusi qeydlər bölümündə (“M” paketə yığılıb) kimi xüsusi qeyd olduğunu və avtomobilinə heç bir əlavə avadanlıq quraşdırılmadığını bildirmişdir. Lakin polis serjantı Rövşən Cəfərov etirazına məhəl qoymayıb səs boğucunu müayinə etmədən və texniki baxış keçirmədən avtomobilini qanunsuz olaraq cərimə meydançasına aparmışdır. O, mövcud vəziyyətə görə orada protokol tərtib olunmasını tələb etsə də, polis serjantı Rövşən Cəfərov tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi kobud şəkildə pozularaq protokol tərtib edilməmişdir. Polis baş leytenantı X4 ondan nəqliyat vasitəsinin cərimə meydançasından buraxılması üçün 1500 AZN məbləğində rüşvət tələb etmişdir. O isə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq protokol tərtib edilməsini və zəruri tədbirlər görməsini xahiş etmişdir. Kamran Məmmədov onu təhdid etməklə vəzifə səlahiyyətlərindən sui istifadə edərək yalnız 1500 manat məbləğində rüşvət qarşılığında avtomobilini azad edəcəyini bildirmişdir. Avtomobilin cərimə meydançasına aparıldıqdan 5 gün sonra özünün təkidi nəticəsində nəhayət ki, polis baş leytenantı Kamran Məmmədov onun inzibati pozuntunu etdiyini sübut etmədən və inzibati xəta haqqında qərar qəbul etmədən İXM-in 342.2.2 və 342.2.3-cü maddələri ilə 500 manat inzibati cərimə olunmağı barədə İXP ******* saylı inzibati protokolu (qərarsız) tərtib etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmədiyindən məhkəməyə şikayət etmək hüququndanda istifadə edə bilməmişdir. O da xx.xx.2024-cü il tarixdə Baş X12 İdarəsinin rəisi, polis general-mayoru cənab Ramiz Zeynalova İXP ******* saylı inzibati protokoldan şikayət etmişdir. xx.xx.2024-cü il tarixdə Baş Dövlət Yol Polis İdarəsindən (N; 3-13-16/2-Ə- 451xx/xx/2024) şikayətinə Yasamal rayon YPX idarəsində baxılacağı barədə cavab məktubu gəlmiş, həmin cavab məktubundan sonra Yasamal rayon DYPŞ-yə (10-cu otaq) yaxınlaşanda polis baş leytenantı Kamran Məmmədova məsul şəxs təyin edilməsini və avtomobili Baş X12nin texniki baxış şöbəsindən səs sisteminin texniki baxışından keçirilməsini xahiş etmişdir. Polis baş leytenantı Kamran Məmmədov ondan “İMPROTEX MOTORS”-a getməyini istəmiş, o da etiraz edərək avtomobilini Baş X12nin texniki baxış şöbəsindən texniki baxışdan keçməsini istədiyini bildirmişdir. Belə ki, onun nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini verən dövlət qurumu var və avtomobili Baş X12nin texniki baxış şöbəsindən keçirilib müvafiq rəy alınmalıdır, nəyə görə o “İMPROTEX MOTORS”-a gedib əlavə xərc çəkməlidir. Polis baş leytenantı Kamran Məmmədov yenə də öz qanunsuz əməllərindən əl çəkməyərək avtomobilini cərimə meydançasında saxlamşdır. Nəhayət bir neçə gün sonra nəqliyyat vasitəsinin Baş X12nin texniki baxış şöbəsindən keçməsi üçün xx.xx.2024-cü il tarixə, saat 10:00-a vaxt təyin olunmuş və həmin vaxtdan bir qədər erkən qəbula yaxınlaşmışdır. Ancaq bir qədər gözlədikdən sonra ona polis baş leytenantı Kamran Məmmədov (10-cu otaqda oturan əməkdaş) saat 10:00da deyil, xx.xx.2024-cü il tarixdə, saat 16:00-da yaxınlaşmasını bildirmişdir. O yenidən təyin olunmuş vaxtda xx.xx.2024-cü il tarixdə, saat 16:00-da polis baş leytenantı Kamran Məmmədova yaxınlaşmış və sonuncu ona yenə də gözləməsini bildirmişdir. Bir saat iyirmi dəqiqə gözlədikdən sonra, yəni saat 17:20-də özü yenə yaxınlaşaraq artıq saatın 17:20olduğunu və 40 dəqiqə sonra Baş X12nin texniki baxış şöbəsinin iş rejimi qurtaracağını, Yasamal rayon Polis idarəsindən Baş X12nin texniki baxış şöbəsinə getmək üçün 40 dəqiqəlik yol məsafəsi olduğunu, bu səbəbdən onun avtomobilinin həmin gün texniki baxışdan keçirilib rəy alınması mümkünsüz olacağını bildirmişdir. O da bu süründürməçiliyi gördüyü üçün etiraz etmiş və müvafiq qərar qəbul edilməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, barəsində İXM-nin 342.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərarla razı deyil. Belə ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən şəxs inzibati xətanın törədilməsi faktı iə razılaşmadıqda onun barəsində inzibati xəta haqqında protokol tərtib edilir və daha sonra 10 gün müddətində inzibati tənbeh vermə haqqında qərar qəbul edilir. Onun barəsində inzibati xəta haqqında protokol 07 mart 2024-cü il tarixdə tərtib edilsə də,barəsində inzibati tənbeh vermə haqqında qərar 06 aprel 2024-cü il tarixdə qəbul edilmişdir. İdarə etdiyi nəqliyyat vasitəsinə mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi faktı müəyyən edilmədən barəsində əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edillmişdir. Bundan əlavə nəqliyyatın texniki vəziyyətinin müayinə edilməsi ilə bağlı tərtib edilmiş 01 may 2024-cü il tarixli aktla razı deyil. Belə ki, mühərrikin səs gücünün ölçülməsi qaydaları texniki müayinə mərkəzinin əməkdaşları tərəfindən pozulmuşdur. Eyni zamanda idarə etdiyi nəqliyyat vasitəsinin texniki passportunda “M paketə” yığılması ilə bağlı qeyd nəzərə alınmamışdır. Bundan əlavə səsin gücü “QOST” standartına əsasən ölçülmüşdür. Onu idarə etdiyi avtomobil avropa istehsalıdır, həmin avtomobillərdə mühərrikin səs gücü avropa standartlarına uyğun olaraq yəni “UL” standartlarına uyğun ölçülməli idi. Ona məxsus nəqliyyat vasitəsi artıq uzun müddətdir ki, cərimə meydançasında saxlanılır, göstərilən hal da onun mülkiyyət hüququnu pozmuş, o nəqliyyat vasitəsindən istifadə edə bilməmişdir. Bütün bu göstərilənlərin nəzərə alınmasını, şikayətin təmin edilməsini, barəsində qəbul edilmiş 06 aprel 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin X12 şöbəsinin yolpatrul xidmətinin inspektoru, polis baş serjantı X5 izahat verərək bildirmişdir ki, şəxsin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati tənbeh vermə haqqında qərarın gec qəbul eedilməsinə səbəb X1 nəqliyyat vasitəsini müayinədən keçirtməməsi olmuşdur. Şikayətçi nəqliyyat vasitəsinin BMW markalı avtomobillərin Azərbaycan Respublikasında rəsmi distributor olan İmprotex şirkətində müayinədən keçirilməsinə etiraz etmiş, məhkəmənin sorğusu əsasında nəqliyyat vasitəsi Baş X12 İdarəsində texniki müayinədən keçmiş və bununla bağlı akt tərtib edilmiş, tərtib edilmiş aktda da şəxsin idarə etdiyi nəqliyyat vasitəsində mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması müəyyən edilmişdir. Azərbaycan Respublikasında hazırda xx.xx.2020-ci il tarixdən QOST-31333-20006 standartları tətbiq edilir, hansı ki, bu standart əsasında mühərrikin səs gücü ölçülür. Göründüyü kimi, şəxsin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən X9 barəsində qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal Rayon Dövlət X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X9 İXM-in 342.2.2 və 342.3cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yasamal Rayon Dövlət X13 tərəfindən qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 İXM-in 342.2.2 və 342.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə tərəfindən Baş Dövlət Yol Polis İdarəsinin Texniki Müayinə Mərkəzinə sorğu ünvanlanmış, “BMW 528İ” minik markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilin normativ tələblərə uyğun olub-olmaması, həmçinin sözügedən avtomobilə əlavə avadanlıqlar quraşdırılıb-quraşdırılmaması barədə məlumatın təqdim edilməsi xahiş olunmuşdur. “BMW 528İ” minik markalı, ** MG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi məhkəmə tərəfindən verilmiş sorğu əsasında Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi Texniki Müayinə Mərkəzində müayinədən keçirilmişdir. 01 may 2024-cü il tarixli nəqliyyatın texniki vəziyyətinin müayinə aktından görünür ki, aşkar olunmuş texniki nasazlıq nəqliyyat vasitəsinin səs boğucu sisteminə müdaxilə olunaraq, orta qazan ləğv edilib, katalizator çıxardılıb və sonuncu qazanlar “M” qazan ilə əvəz edilib. Səs DBS 83-ə qədər yüksəlir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, avtomobilə mahiyyəti üzrə baxış keçirilmiş, mühərrikin səs gücünün artırılması məqsədilə işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi aşkar olunmuşdur. 01 iyul 2020-ci il tarixdən Azərbaycan Respublikasında tətbiq edilən dövlətlərarası standartların siyahısından görünür ki, Azərbaycan Respublikasının ərazisində mühərrikin səs gücü ilə bağlı “QOST-31333-2006(İSO7188,1994) standartı tətbiq olunur. Həmin standarta əsasən icazə verilən səs gücünün maksimal həddi 76 DB müəyyən edilib. Məhkəmə X1 şikayət ərizəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının ərazisində 01 iyul 2020-ci il tarixdə n “QOST-31333- 2006(İSO7188,1994) standartı tətbiq olunur və həmin standartlarda nəqliyyat vasitələrinin icazə verilən maksimum səs gücü müəyyən olunmuşdur. Bundan əlavə texniki müayinə aktında da şikayətçiyə məxsus nəqliyyat vasitəsinin səs gücünün ölçülməsi və 83 DB olması müəyyən edilmişdir. Bundan əlavə həmçinin “BMW 528İ” minik markalı, ** MG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində katalizatorun çıxarıldığı, orta qazanın ləğv edildiyi və sonuncu qazaqnların “M” qazan ilə əvəz edildiyi göstərilmişdir. Beləliklə, məhkəmə iclasında X6 şikayət ərizəsi inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, Yasamal Rayon Dövlət X13 tərəfindən İXM-in 342.3 və 342.2.2-ci maddələri ilə qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Həmin qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. İXM-in 342.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: 342.2.2. normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə- yüz əlli manat məbləğində cərimə edilir. İXM-in 342.3-cü maddəsinə əsasən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X9 barəsində qəbul edilmiş onun İXM-in 342.2.2 və 342.3-cü maddələrində nəzədə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında iş üzrə material əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla sübuta yetirildiyindən onun barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərar qanuni və ədalətli hesab olunmalıdır, bundan əlavə məhkəmə iclasında həmin qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədi. Ona görə də, məhkəmə X9 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Yasamal Rayon Dövlət X13 tərəfindən qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X6 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yasamal Rayon Dövlət X13 tərəfindən qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2478/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2478/2024
10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver