Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2481/2023 14.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X2 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2000-ci il tarixdə Saatlı rayonu, Məzrəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,işləməyən, subay, Saatlı rayonu, Məzrəli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi 123 yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M0ÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11.30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağları massivində olan «İDEA» cimərliyinin yanında şübhəli şəxs qismində saxlanılmış və narkoloji tibbi yoxlamadan keçərkən Şəxs narkotik vasitə istifadə etdiyi aşkar edilmişdir. Bu əməli ilə o, İXM-nin 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Həmin hadisə ilə əlaqədar xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş 12 iyun 2023-cü il tarixli protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11.30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağları massivində olan «İDEA» cimərliyinin yanında şübhəli şəxs qismində saxlanılmış və narkoloji tibbi yoxlamadan keçərkən Şəxs narkotik vasitə istifadə etdiyi aşkar edilmişdir.Bununla əlaqədar olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq, Şəxs İXM-nin 206-cı maddədə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir.Hal-hazırda o, protokolu müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 12 iyun 2023-cü il tarixdə tibbi müayinədən keçəndə sidiyində narkotik vasitə aşkar edilmişdir.Etdiyi əmələ görə səmimi peşmanlığını, təqsirini etiraf etməsini, il ərzində il dəfə inzibati xəta törətməsini nəzərə alaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi X4 hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi əmələ görə səmimi peşmanlığını, təqsirini etiraf etməsini və il ərzində ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis mayoru, X5 tərəfindən qəbul olunmuş 14 iyun 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Şəxs üzərində şəxsi istehlak miqdarından artıq olmayan narkotik vasitə daşıması faktı əsasında toplanmış xx.xx.2023-cü il tarixli, HK-1/1446 saylı material üzrə cinayət işinin başlanması cinayət tərkibi olmadığına görə rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, il ərzində ilk dəfə inzibati xəta törətməsini olmasını cəzanı yüngülləşdirən hallar kimi onun səmimi peşmançılığı nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını və yüngülləşdirən hallın mövcudluğunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs İXM-nin 206-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, əməlin xarakteri və ağırlıq dərəcəsi nəzərə alınaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 11.1; 31.1-ci və 206-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Şəxs inzibati qaydada tutulmadan azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2481/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2481/2023
14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver