Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2482/2020 03.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu X2 Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinin icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM : X3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayət materialını araşdıraraq X2 Binəqədi Rayon Məhkəməsinə şikayət etməsində inzibati qanunvericiliyin tələblərinin pozulduğunu müəyyən etmişdir, ona görə də hesab edir ki, inzibati xəta haqqında material geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, şikayət verən şəxs X2 yaşayış ünvanı ünvan 1 ünvanıdır. Şikayət verən şəxsin yaşayış yerinin Nərimanov rayonu olmasını nəzərə alsaq şikayətə qanunvericiliyin tələbinə uyğun olaraq Binəqədi rayon Məhkəməsində baxılması qeyri-mümkündür. Bundan başqa X1 Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı iş materiallarına əlavə etməmişdir. Belə olan halda məhkəmə işi icraata qəbul edən vaxt qərarın qüvvədə olub-olmamasını müəyyən edə bilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6.-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edildikdə, protokol və digər materiallar natamam olduqda işə baxarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin geri qaytarılmasına dair qərardad qəbul edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 100, 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-2482/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2482/2020
03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver