Məhkəmə qərarları › İş №3(001)-2485/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2485/2022

16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2485/2022 16.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Protokolu tərtib etmiş şəxs icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – (borclu) Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, X1 iştirakı ilə xx.xx.1972-ci il tarixdə Əzizbəyov rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-914/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün hər ay ümumilikdə 350 manat alimentin X3 xeyrinə tutulması qət edilmişdir. Bununla Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Binəqədi rayon İcra şöbəsinin icra məmuru tərəfindən 16 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır. İcra məmuru onu xəbərdar edib. Ağır dərəcəli anemiyadan əziyyət çəkir və aliment ödəməyə imkanı yoxdur. Özünün saxlanmasına qohumları köməklik edir. Xəstəliyi ilə əlaqədar əvəllər işləyi Yaşıllaşdırma idarəsindən öz xahişi ilə işdən çıxmışdır. Qeyd edilən halların nəzərə alınmasını xahiş etmişdir. Bugünədək 300 manat aliment borcu ödənmişdir. Vəkil Şəxs maddi vəziyyətini nəzərə alaraq barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar bildirmişdir ki, borclu qərəzli olaraq icra sənədini icra etmir. İcra sənədi üzrə borcunu ödəmək iqtidarında olduğunu nəzərə alaraq borcun tam şəkildə dərhal ödənilməsini tələb edir. 14 il ailə münasibətlərində olduqları dövrdə hər hansı bir xəstəliyi olmadığı, alimenti ödəməmək üçün yalan danışdığını bildirmişdir. Evli olduqları dövrdə gecə yatdığı yerdə başına çəkiclə vurmuş və 3 gün reanimasiyada qalmışdır. Məhz bu hadisədən sonra tərəflər arasında olan nikahın pozulması üçün müvafiq məhkəməyə müraciət etmişdir. Alimenti isə qəsdən ödəmədiyini bildirərək barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru məhkəməyə verdiyi izahatında bildirmişdir ki, icra sənədi üzə ödənilməmiş borcu vardır. İcra şöbəsində borcu ödəməməsi ilə bağlı zahat verməkdən imtina etmişdir. Bu barədə xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-914/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün hər ay ümumilikdə 350 manat alimentin X3 xeyrinə tutulması qət edilmişdir. İcra məmuru tərəfindən xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirimişdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki işdən azad olunması üçün işə götürənə müraciət etməsi, məhkəmə iclas zalında tərəflər arasında olan gərgin münasibət borclunun qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından qərəzli olaraq yayındığını göstərir. Məhkəmə Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən verilmiş tibbi arayışa münasibətdə qeyd edir ki, şəxsin hər hansı xəstəliyinin olması ona məhkəmə qərarını icra etməmək hüququ vermir. Uşaqların saxlanması üçün məhkəmə qərarı ilə təyin edilmiş aliment borclu tərəfindən vaxtında ödənilməlidir. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri və borclu tərəfindən ilk dəfə törədilməsini nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar