Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2489/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, “xxxxxxxxxxxxxxxx” X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün “xxxxxxxxxxxxxxxx” X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, MN №0252423 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 üzrə Baş İdarəsi tərəfindən “xxxxxxxxxxxxxxxx” X3 fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən obyektində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsi vəziyyəti ilə əlaqədar nəzarət tədbiri həyata keçirilmiş və nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2ci maddəsinin tələblərinin pozulması faktı müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan “xxxxxxxxxxxxxxxx” X5 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndə məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixində “xxxxxxxxxxxxxxxx” X3 fəaliyyət göstərdiyi ünvan 1 ünvanda sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsi vəziyyəti ilə əlaqədar nəzarət tədbiri həyata keçirilmiş və “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələblərinin pozulması faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN №0252423 saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, xx.xx.2020-ci il tarixində 13:48-də cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanda yerləşən “Oba” adlı mağazasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənən sanitariya-gigiyena və karantin rejimi qaydalarının işçinin fərdi qoruyucu vasitədən düzgün istifadə etməməklə və fərdi qoruyucu vasitədən istifadə etməyən şəxslərə xidmət göstərilməklə pozulması faktı aşkar edilmişdir. Nəticədə “xxxxxxxxxxxxxxxx” X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət vergi əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan müəyyən olunur ki, həqiqətən xx.xx.2020-ci il tarixində “xxxxxxxxxxxxxxxx” MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanda yerləşən “Oba” adlı mağazada Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənən sanitariya-gigiyena və karantin rejimi qaydalarının pozulması faktı aşkar edilmişdir. Belə ki, tərəflərindən keçirilən müşahidə zamanı sözügedən mağazada fərdi qoruyucu vasitədən istifadə etməyən müştərilərə xidmət göstərildiyi, eyni zamanda mağazada satıcı işləyən X2 fərdi qoruyucu vasitədən düzgün istifadə etmədiyi müşahidə edilmişdir. Aşkar edilmiş pozuntu barədə mağazada inzibatçı vəzifəsində işləyən X9 və satıcı vəzifəsində işləyən X2 izahatları alınmışdır. Eyni zamanda telefon vasitəsi ilə MMC-nin rəhbəri ilə əlaqə yaradılıb Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələblərinin pozulması barədə məlumat verilmiş və özünü Cəmiyyətin rəhbəri kimi təqdim edən şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxx” X3 əməkdaşı X12 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsinə yazdığı izahatında, 2020-ci ilin yanvar ayından “xxxxxxxxxxxxxxxx” MMCnin Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsində yerləşən 3 saylı satış mağazasında inzibatçı vəzifəsində işləyir. Mövcud sanitariya-gigiyena və karantin rejimi qaydaları ilə tanışdır. Vergi orqanının, AQTA-nın və Binəqədi rayon İH-nin əməkdaşları ona və fərdi qoroyucu vasitədən düzgün istifadə etməyən mağazada satıcı vəzifəsində işləyən X4 irad bildirmişlər. Bir daha belə və oxşar hallara yol verməyəcəyini və mövcud sanitariya-gigiyena və karantin rejimi qaydalarına ciddi əməl edəcəkləri barədə izahat vermişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxx” X3 əməkdaşı X7Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X13 üzrə Baş İdarəsinə yazdığı izahatında, 2020-ci ilin avqust ayından “xxxxxxxxxxxxxxxx” MMCnin Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsində yerləşən 3 saylı satış mağazasında satıcı vəzifəsində işləyir. Mövcud sanitariya-gigiyena və karantin rejimi qaydaları ilə tanışdır. Vergi orqanının, AQTA-nın və Binəqədi rayon İH-nin əməkdaşları ona fərdi qoroyucu vasitədən düzgün istifadə etmədiyi üçün irad bildirmişlər. Bir daha belə və oxşar hallara yol verməyəcəyi barədə izahat vermişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxxxxxxxxxxxxxx” X3 fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən “Oba” adlı mağazasında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməmişdir. Bununla da MMC-nin Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə aparılmış araşdırma zamanı müəyyən etmişdir ki, MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində müəyyən olunmuş inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta törədən şəxs “xxxxxxxxxxxxxxxx” X8 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “xxxxxxxxxxxxxxxx” X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə xx xxxxxx 2020-ci il tarixli, MN №0252423 saylı protokol üzrə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-2489/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2489/2020
24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver