Məhkəmə qərarları › İş №3(001)-2495/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2495/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2495/2024 30.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şikayət verən X2, Qərarından şikayət verilən Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X2 Binəqədi Rayon Dövlət X10 inzibati tənbeh vermə haqqında 27 mart 2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X4 şikayətlə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi Rayon Dövlət X9 inzibati tənbeh vermə haqqında 27 mart 2024-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsini və X6 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü ildə Binəqədi rayonu M.Davudoğlu dalanında “Ford Fusion minik” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə xx.xx.2024-cü ildə baş versə də, Binəqədi rayon DYPŞ-in baş inspektoru polis kapitanı X5 tərəfindən X6 protokol xx.xx.2024-cü ildə tərtib edilmişdir. Eyni zamanda xx.xx.2024-cü ildə baş inspektor Namik Əbilov tərəfindən qəbul edilmiş qərara əsasən o, İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. Həm protokolu, həm də qərarı rəsmi olaraq xx.xx.2024-cü ildə almışdır. Protokolla ümumiyyətlə tanış olmamış, protokol ona rəsmi olaraq müraciət edənədək təqdim edilməmişdir. Bu hal özlüyündə hüquqlarının pozulmasını göstərir. Belə ki, o İXM-də təsbit olunan hüquqlarından, yəni protokolla tanış olmaq, qeydlərini yazmaq, imzalamaq və ya imzalamaqdan imtina etmək kimi hüquqlarından istifadə edə bilməmişdir. Bundan başqa, şikayətə əlavə edilmiş fotoşəkillərdən görünür ki, onun tərəfindən hər hansı bir inzibati xəta törədilməmişdir. Əksinə o, özü inzibati xətanın zərərçəkmişi olmuşdur. Yol-nəqliyyat hadisəsinin digər iştirakçısı onun avtomobilinin sağ arxa tərəfinə zərər yetirmişdir. Digər avtomobilin iş materiallarında olan fotoşəkillərindən görünür ki, həmin avtomobilin qabaq hissəsi zədələnmişdir. Belə olan təqdirdə necə ola bilər ki, o, inzibati xəta törətmiş olsun? Bundan əlavə hadisə yerinə gələn sığorta əməkdaşları tərəfindən fotoşəkillər çəkilmiş,hətta inzibati xətanın zərərçəkmişi olduğu üçün avtomobilinə dəymiş zərər qiymətləndirilmişdir. Bütün bunlara baxmayaraq sözügedən yol-nəqliyyat hadisəsinin baş verməsində o, təqsirli bilinmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, barəsində qəbul edilmiş qərar əsassız və qanunsuzdur. E.H.Əlizadə verilmiş suallara cavab olaraq bildirmişdir ki, qəzanın baş verdiyi M.Davudoğlu dalanda hərəkət sürəti aşağıdır, hadisə vaxtı təxminən 20 km sürətlə hərəkət etmişdir, yolayrıcına yaxınlaşkən sağdan nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olduqdan sonra hərəkətinə davam etmişdir, yolayrıcında hərəkətini başa çatdırarkən “FAW” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyi şəkildə yolayrıcına daxil olub onu sağ arxa tərəfdən vurmasını görmüşdür. Məhkəmə iclasında qərarından şikayət verilən Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X3 şikayəti əsassız hesab etməklə yanaşı bildirmişdir ki, “Yol hərəkəti haqqında” qanunun 77-ci maddəsinin İİİ hissəsinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Mövcud halda X2 hərəkətlərində sözügedən qanuna uyğunsuzluq olmuşdur. Belə ki, o eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməmiş və hadisənin baş verməsinin səbəbi bu olmuşdur. Ona görə də İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun 80 manat məbləğində cərimə edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli X6 Protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Dövlət X10 Yol nəqliyyat hadisələri üzrə baş inspektoru polis kapitanı X5 tərəfindən “Ford Fusion minik” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə X6 protokol tərtib edilmişdir ondan ötrü ki, H.E.Əlizadə xx.xx.2024-cü ildə saat 19:30-da M.Davudoğlu dalanda həmin avtomobili idarə edərkən yolayrıcını keçmə qaydasını pozmuşdur. TP 637445 nömrəli xx.xx.2024-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, “Ford Fusion minik” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bililib 80 (səksən) manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü ildə saat 19:30-da M.Davudoğlu dalanda həmin avtomobili idarə edərkən yolayrıcını keçmə qaydasını pozmuşdur. Bakı şəhəri Binəqədi Rayon Dövlət X13 tərəfindən məhkəməyə təqdim edilmiş yolnəqliyyat hadisəsinin sxemindən və şikayət verən X2 məhkəməyə təqdim etdiyi “Ford Fusion minik” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəzadan sonra çəkilmiş fotoşəkillərindən görünür ki, “FAW” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 idarə etdiyi “Ford Fusion minik” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobili yolayrıcında hərəkətini başa çatdırarkən sağ arxa tərəfdən vurmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: 77-ci maddəsinin İİİ hissəsinə görə eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Bununla bağlı şikayət verən H.E.Əlizadə bildirmişdir ki, o, idarə etdiyi “Ford Fusion minik” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət sürəti aşağı olan M.Davudoğlu dalanda yolayrıcına yaxınlaşkən sağdan yaxınlaşan nəqliyyat vasitəsinin olmadığına əmin olduqdan sonra hərəkətinə davam etmiş, yolayrıcında hərəkətini başa çatdırarkən “FAW” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onu sağ arxa tərəfdən vurmuşdur. Şikayət verən H.E.Əlizadənin bu barədə bildirdikləri yol-nəqliyyat hadisəsinin sxemi və “Ford Fusion minik” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəzadan sonra çəkilmiş fotoşəkilləri ilə də təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, “FAW” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “Ford Fusion minik” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə yolayrıcında hərəkətini başa çatdırmasına şərait yaratmalı idi. Çünki, “Yol hərəkəti haqqında” qanunun 77-ci maddəsinin İİİ hissəsi eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsünün sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməli olduğunu nəzərdə tutur. Başqa sözlə, eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağdan yaxınlaşan nəqliyyat vasitəsi olmadığı halda yolayrıcına daxil olmuş nəqliyyat vasitəsinin sürücüsünün bundan sonra sağına yol verməsi mümkün deyil və belə hallarda yolayrıcında olan nəqliyyat vasitəsinin sürücüsünə hərəkəti başa çatdırmasına şərait yaradılmalıdır. Göründüyü kimi “Ford Fusion minik” markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü H.E.Əlizadənin xx.xx.2024-cü il tarixdə yolayrıcını keçmə qaydasının pozuntusuna yol verdiyi birmənalı şəkildə sübut edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində X6 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X6 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X6 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri X6 iş üzrə müəyyən edilməlidir. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması X6 iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə görə X6 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:.. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X6 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Binəqədi Rayon Dövlət X10 inzibati tənbeh vermə haqqında 27 mart 2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək X6 iş yenidən baxılmaq üçün Binəqədi Rayon Dövlət X12 göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Binəqədi Rayon Dövlət X10 inzibati tənbeh vermə haqqında 27 mart 2024-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilsin, X6 iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Bakı şəhəri Binəqədi Rayon Dövlət X12 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar