Məhkəmə qərarları › İş №3(001)-2496/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2496/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2496/2025 08.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonu, Sabirabad şəhəri, V. Əhmədov küçəsi, Dalan 3, Ev 11 qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə akı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: İşin faktiki halları

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X4 izahat verərək bildirmişdir ki, ünvan 2 ünvanda yaşayan X1 xx.xx.2025-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında tanımadığı şəxs onu söyüb təhqir etmiş bacısı qızının qoluna xəsarət yetirmişdir. Bu səbəbdən X1 həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Adı sonradan məlum olan Şəxs izahatı alındıqdan sonra tərəfindən sonuncu barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahat verərək bildirmişdir ki, Qocayeva Aydəniz avtomobili hər dəfə əyri şəkildə park edərək digər avtomobillərə maneə törətmişdir. Bu səbədən o, Qocayeva Aydənizə avtomobili daha düzgün şəkildə saxlamasını, digər avtomobillərə də yer saxlamalı olduğunu bildirmişdir. Bu zaman sonuncu ona nalayiq şəkildə cavab vermişdir. Sonuncu maşından uzaqlaşarkən əli qarşı tərəfin avtomobilinin buferinə dəymişdir. Bu zaman Qocayeva Aydənizin istifadə etdiyi avtomobildən daha bir xanım ona daha ağır şəkildə nalayiq sözlər deməyə başlamışdır. Belə olduğu təqdirdə sonuncu ona kimin bu şəkildə sözlər dediyini aydınlaşdırmaq üçün maşına yaxınlaşmış və həmin şəxsin şəkilini çəkmişdir. 1-ci qrup əlil və dializ xəstəsi olduğunu qeyd edib, məhkəmdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən şahid X1 izahat verərək bildirmişdir ki, zərərçəkmiş şəxs X2 onun himayəsindədir. Hadisə baş verən gün onlar məclisə gedəcəklərdi. O, 15 ildir ki, həmin binada yaşamış və Şəxsı daha əvvəl orada görməmişdir. Sonuncu içkili halda onların avtomobilinə yaxınlaşaraq şüşəyə vurmuş və onlara nalayiq sözlər deyərək yaşadıqları ərazinin əxlaqsız əraziyə çevrildiyini demişdir. X2 da, həmin vaxt Şəxs belə sözlər işlətməsinin doğru olmadığını bildirmişdir. Sonuncu telefonu gətirərək onların şəklini çəkmişdir. Bu zaman Qocayeva İlahənin qoluna vurmuş onun qolunun göyərməsinə səbəb olmuşdur. Şəxs orada öz arvadı və qızını da vurmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

5. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., A.Kunanbayev 66 ünvanının qarşısında vətəndaş İlahə Qocayevaya qəsdən xəsarət yetirməsi faktı üzrə cinayət işinn başlanması rədd edilmiş və onun İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Həmçinin həmin qərardan müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli 233 nömrəli rəyə əsasən İlahə Qocayevanın bədən səthində olan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməmişdir.

6. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., A.Kunanbayev 66 ünvanının qarşısında vətəndaş İlahə Qocayevaya qəsdən xəsarət yetirməklə İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.

7. Məhkəmənin şəxsi məlumatlara dair portal çıxaırışından görünür ki, Şəxs İ və İİ qrup əlilliyi vardır. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:

8. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin və şahidin izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir.

9. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

10. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.

11. Məhkəmə, Şəxs şəxsiyyətini, yəni İ və İİ dərəcəli əlilliyinin olmasını olmasını nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Hal-hazırkı vəziyyət qiymətləndirilməklə barəsində inzibati icraat aparılan şəxsə inzibati həbs tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir.

12. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

13. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

14. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

15. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.

16. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

17. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.

18. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

19. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngüllləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.

20. Qeyd olunanları nəzərə alaraq və İXM-in 32, 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar