Məhkəmə qərarları › İş №3(001)-2497/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2497/2023

24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2497/2023 24.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X5, Zərərçəkmiş şəxslər (tələbkarlar) X1 və X3 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxsə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçısı məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq tərəfin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X10 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 147/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X2 məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qaraj cavabdeh "xxxx" MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçı X4 təhvil verilməsi qət olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-908/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 1 ünvanında cavabdeh "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının birinci mərtəbəsində, giriş-çıxışı binanın həyət tərəfinə olan iki otaqdan ibarət, ümumi sahəsi 34,375 kv.metrdən (27,5 kv.metr+25%) az olmamaqla orta təmirli, qaz, işıq , su sayğacları ilə təchiz edilmiş qeyri-yaşayış sahəsinin iddiaçı X6 verilməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nin üzərinə qoyulması, cavabdeh "xxxx" MTK-dan kirayə haqqında görə 11.770 manat və dəymiş mənəvi ziyana görə 3.000 manat məbləğində vəsait tutularaq iddiaçı X6 ödənilməsi və iddianın verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manatı və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 210 manatın 105 manatı cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçı X6 ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4751/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən 16.000 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçı X7 ödənilməsi, 100 manat qiymətləndirmə xərci cavabdeh "xxxx" MTKdan tutularaq "xxxx" MMC-nin təqdim etdiyi (VÖEN: ********** "xxxx" QSC Nərimanov filialı Bankın kodu: 509987 VÖEN: ********** M/h:AZ51 NABZ******************** S.W.İ.F.T. BİC: NABZAZ2C H/h:AZ51KABA********************) hesab üzrə ödənilməsi, cavabdeh "xxxx" MTK-dan 150 manat qiymətləndirmə xərci alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin H/h: № AZ34AZEG******************** VÖEN: **********, Benefisiar (alan) bank: "xxxx" ASC Kodu: 505817 VÖEN; **********, Müxbir hesab: AZ75NABZ******************** S.W.İ.F.T BİK: AZEGAZ22 hesabına köçürülməsi qət olunmuşdur. Vəzifəli şəxs Şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 908/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 34,375 m² sahədən ibarət qeyri-yaşayış sahəsini tələbkar X6 təhvil verməmiş və qalıq 7200 manat borcu isə ödəməmişdir. Bundan əlavə vəzifəli şəxs Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4751/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən X7 cəmi qalıq 12500 manat pulun ödənilməsini təmin etməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X8 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-147/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ona məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qaraj cavabdeh "xxxx" MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq ona təhvil verilməsi qət olunmuşdur. Hazırda Şəxs icra sənədi üzrə tələbləri təmin etməmişdir. Ona görə də, məhkəmədən Şəxs cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X9 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-908/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 1 ünvanında cavabdeh "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının birinci mərtəbəsində, giriş-çıxışı binanın həyət tərəfinə olan iki otaqdan ibarət, ümumi sahəsi 34,375 kv.metrdən (27,5 kv.metr+25%) az olmamaqla orta təmirli, qaz, işıq , su sayğacları ilə təchiz edilmiş qeyri-yaşayış sahəsinin ona verilməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nin üzərinə qoyulması, cavabdeh "xxxx" MTK-dan kirayə haqqına görə 11.770 manat və dəymiş mənəvi ziyana görə 3.000 manat məbləğində vəsait tutularaq ona ödənilməsi və iddianın verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manatı və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 210 manatın 105 manatı cavabdeh "xxxx" MTK-dan tutularaq ona ödənilməsi qət olunmuşdur. Hazırda Şəxs icra sənədinə əsasən 34,375 m² sahədən ibarət qeyri-yaşayış sahəsini ona təhvil verməmiş və qalıq 7700 manat borcu isə ödəməmişdir. Ona görə də, məhkəmədən Şəxs barəsində maksimum həddə cərimə cəzasının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-147/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X2 məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qaraj cavabdeh "xxxx" MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçı X4 təhvil verilməsi qət olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-908/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 1 ünvanında cavabdeh "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının birinci mərtəbəsində, giriş-çıxışı binanın həyət tərəfinə olan iki otaqdan ibarət, ümumi sahəsi 34,375 kv.metrdən (27,5 kv.metr+25%) az olmamaqla orta təmirli, qaz, işıq , su sayğacları ilə təchiz edilmiş qeyri-yaşayış sahəsinin iddiaçı X6 verilməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nin üzərinə qoyulması, cavabdeh "xxxx" MTK-dan kirayə haqqında görə 11.770 manat və dəymiş mənəvi ziyana görə 3.000 manat məbləğində vəsait tutularaq iddiaçı X6 ödənilməsi və iddianın verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manatı və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 210 manatın 105 manatı cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçı X6 ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4751/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən 16.000 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçı X7 ödənilməsi, 100 manat qiymətləndirmə xərci cavabdeh "xxxx" MTK-dan tutularaq "xxxx" MMC-nin təqdim etdiyi (VÖEN: ********** "xxxx" QSC Nərimanov filialı Bankın kodu: 509987 VÖEN: ********** M/h:AZ51 NABZ******************** S.W.İ.F.T. BİC: NABZAZ2C H/h:AZ51KABA********************) hesab üzrə ödənilməsi, cavabdeh "xxxx" MTK-dan 150 manat qiymətləndirmə xərci alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin H/h: № AZ34AZEG******************** VÖEN: **********, Benefisiar (alan) bank: "xxxx" ASC Kodu: 505817 VÖEN; **********, Müxbir hesab: AZ75NABZ******************** S.W.İ.F.T BİK: AZEGAZ22 hesabına köçürülməsi qət olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-147/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2022-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-147/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin "xxxx" MTK-ya 10 gün müddətində könüllü icra etməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-908/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2022-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-908/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin "xxxx" MTK-ya 10 gün müddətində könüllü icra etməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4751/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2020-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4751/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin "xxxx" MTK-ya 10 gün müddətində könüllü icra etməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4648/2020-005 saylı, xx.xx.2020-ci il tarixli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-908/2021-01.9 saylı, xx.xx.2021-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4981/2021-002 saylı, xx.xx.2021-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-100/2021-035 saylı, xx.xx.2021-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11664/2018 saylı, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8527/2019-003 saylı, xx.xx.2019-cu il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1377/2021-009 saylı, xx.xx.2021 -ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-344/2019 saylı, xx.xx.2019-cu il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2853/2019 saylı, xx.xx.2019-cu il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4751/2020-008 saylı,xx.xx.2020-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3238/2022-029 saylı, xx.xx.2022-ci il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 5218/2021 saylı, xx.xx.2021 -ci il tarixli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)- 749/2023-006 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, icra sənədlərini icra etmədiyinə görə "xxxx" MTK-nin direktoru vəzifəli şəxs Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxslərin izahatların dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati tənbeh növünü tətbiq edərkən Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də onun təqsirinin dərəcəsini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını, tələbkarların qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq ona vəzifəli şəxs qismində inzibati cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, vəzifəli şəxs qismində 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar