Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2497/2024 01.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş - Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam idarəsinin nümayəndəsi X1, X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Reklam idarəsi tərəfindən tərtib edilmiş 05 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş 05 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə saat 17:15-də “Beer Lab” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Müvafiq reklam yayımı daşıyıcısı olan obyektlərin fotoşəkilləri tərtib edilmiş protokola əlavə edilmişdir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Reklam idarəsinin nümayəndəsi X4 öz izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsi tərəfindən ünvan 1 ünvanında “Beer Lab” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Qeyd edilən xüsusat protokola əlavə edilmiş müvafiq fotoşəkillər və digər materiallar əsasında öz təsdiqini tapmışdır. Həmçinin, qeyd etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Şəxs xx.xx.2023-cü il tarixdə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə ərizə ilə Bakı şəhəri Reklam İdarəsinə müraciət etmişdir. Hazırda 2025-ci il tarixə kimi olan rüsum haqqını ödəmiş, lakin yayım haqqı və ƏDV ödənişlərindən heç bir məbləğ ödənilməmişdir. Hal-hazırda 320 manat yayım borcu yaranmışdır. Qeyd etdiklərinin nəzərə alınaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən “Beer Lab” adlı obyektin direktorudur. M**********0002 nömrəli ödəyici kodu əsasında 4419.14 manat yayım haqqı, M**********0001 nömrəli ödəyici kodu əsasında 744.95 manat, M**********0002 nömrəli ödəyici kodu əsasında 198.15 manat, M**********0001 nömrəli ödəyici kodu əsasında 60.12 manat ödəniş etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını, inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə ərizənin surətindən görünür ki, Babayeva X2 rayonu, Ağasadıq Gəraybəyli küçəsi 31 ünvanında yerləşən “Beer Lab” adlı obyektə xx.xx.2022-ci il tarixdən 20 ay müddət ərzində reklam yerləşdiriməsi üçün icazə verilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair aktdan görünür ki, “Beer Lab” adlı obyektin üzərində müvafiq icazə olmadan 33 ədəd 25,82 kv.m ölçüdə reklam aşkar edilmişdir. Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş 05 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşdirilmiş reklam daşıyıcıların üzərində “Beer Lab”nın adı həkk olunmuşdur. xx.xx.2024-cü il tarixli fərdi sahibkar Şəxs ünvanlanmış göstərişdən görünür ki, müvafiq icazə alınması üçün icrası məcburi olan göstərişin alındığı vaxtdan 5 gün ərzində xx.xx.2023cü ilş tarixli M**********0001 nömrəli və M**********0002 nömrəli dövlət rüsumunun ödənişi üçün bildirişlərə əsasən dövlət rüsumunun ödənilməsi tələb olunmuşdur. Məhkəmə iclası zamanı təqdim edilmiş qəbzlərdən çıxarışdan görünür ki, “asanpay” ödəniş sistemi vasitəsilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinə M**********0002 nömrəli ödəyici kodu əsasında 4419.14 manat yayım haqqı, M**********0001 nömrəli ödəyici kodu əsasında 744.95 manat, M**********0002 nömrəli ödəyici kodu əsasında 198.15 manat, M**********0001 nömrəli ödəyici kodu əsasında 60.12 manat ödənilmişdir. Bundan əlavə məhkəmə Şəxs hal-hazırda 320 manat yayım borcu yaranmasıa münasibətdə qeyd edir ki, Şəxs ünvanlanmış göstərişdə göstərilmiş bildirişlər üzrə məbləğlər tam şəkildə ödənilmişdir, həmin göstərişdə 320 manatın ödənilməli olmasına dair hər hansı bir qeyd olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydalarına əsasən: 2.1. Açıq məkanda reklam yerləşdirilməsinə icazə (bundan sonra – icazə) alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır; 2.16. Reklama dair texniki şərtlər pasportunun etibarlılıq müddəti və icazə müqaviləsinin qüvvədə olma müddəti icazənin müddətindən artıq olmamalıdır. İcazənin və reklama dair texniki şərtlər pasportunun forması, həmçinin icazə müqaviləsinin forması və bağlanılma qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir; 2.17. İcazə müqaviləsi bağlanılmadıqda, verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. 2017-ci il avqustun 1-dək icazə almış və icazəsi qüvvədə olan reklam yayıcıları müvafiq qurumla 2018-ci il yanvarın 1-dək icazə müqaviləsi bağlamalıdırlar. Müvafiq qurum 2017-ci il avqustun 1-dək icazə almış və icazəsi qüvvədə olan reklam yayıcılarına icazə müqaviləsinin bağlanılması zərurəti barədə bildiriş göndərir; 3.1. Müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; 3.6. Açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir; 3.7. Müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İXM-nə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödənilmədən reklam yayımı hallarını müəyyən etdikdə, reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və həmin Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməli (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görməlidir. Qaydanın 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verməlidir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanından icazə almalı, ərazinin, daşınmaz əmlakın mülkiyyətçisi və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə müqavilə bağlamalıdır. Həmin müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən reklama dair texniki şərtlər pasportu hazırlanır. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Reklama dair texniki şərtlər pasportunun formasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, reklam yayıcısı Şəxs onunla reklam yayımına icazə verən səlahiyyətli qurum olan Bakı şəhəri Reklam İdarəsi arasında 20 aylıq dövr üçün bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında reklam yayımı daşıyıcısı yerləşdirmişdir. İnzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl Bakı şəhəri Reklam İdarəsi tərəfindən rüsumun ödənilməsi və ya reklam yayımının dayandırılması ilə bağlı Şəxs yazılı müraciət edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edildikdən sonra Şəxs tərəfindən yayım haqqı və dövlət rüsumunun məbləği ödənilmişdir. İşin faktiki hallarından göründüyü kimi, barəsində protokol tərtib edilmiş Şəxs reklam yayımı üçün nəzrdə tutulan yayım haqqını və dövlət rüsumunu ödəmişdir. Bu səbəbdən, onun barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmə tərəfindən məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 05 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2497/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2497/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver