Məhkəmə qərarları › İş №3(001)-25/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-25/2021

26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-25/2021 26.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi RPİ-dən Bakı şəhər Bİnəqədi Rayon Məhkəməsinə baxılması üçün AP №0174490 saylı xx.xx.2020-ci il tarixli Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs Binəqədi şossesində sola dönərkən qarşıdan gələn “Opel” markalı 10VV764 nömrəli avtomaşına yol verməmiş onunla toqquşmuşdur. Hadisə zamanı “Opel” markalı 10VV764 nömrəli avtomaşında ola sərnişin T.Q.Abışova yüngül bədən xəsarəti almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə AP №0174490 saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi DYPŞ-nə və barəsində inzibati icraat aparılan Şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin idarənin nümayəndəsi və V.Şıxəliyev məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə, inzibati xəta haqqında işlər üzrə icraatın iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon X3 Şöbəsinin baş təhqiqatçısı polis mayoru X4 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Qərardan daha sonra müəyyən olunur ki, xx.xx.2020-ci il tarixində məhkəmə-tibbi ekspertizası keçirilmiş, 1968-ci il təvəllüdlü X2 bədən səthində aşkar olunmuş xəsarətlər - dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən tərtib edilmiş AP №0174490 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə tövsif edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əvvəllər inzibati xəta törətmədiyini, əməlində məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edirəm ki, o, nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmadan da, tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısı alına bilər, inzibati tənbeh tədbirinin qeyd edilənlər nəzərə alınmaqla təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Odur ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədəmüvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar