Məhkəmə qərarları › İş №3(001)-25/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-25/2022

12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-25/2022 12.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-in X7 üzrə inspektoru, polis baş leytenantı X2, Şikayət verən X3 iştirakları ilə, X3 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-in X7 üzrə inspektoru, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsi, Bakı şəhəri Binəqədi RPİnin DYPŞ-in X7 üzrə inspektoru, polis baş leytenantı X4 barəsində xidməti tədqiqat aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYPŞ-in X7 üzrə inspektoru, polis baş leytenantı X4 onun barəsində İXP ******* nömrəli, xx.xx.2021-ci il tarixli protokol tərtib edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə yol hərəkət qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına görə 40 manat məbləğində əsassız olaraq cərimə edilmişdir. Həmin protokola əsasən TP ******* saylı. xx.xx.2021-ci il tarixli qərar qəbul edilmişdir. İXP ******* nömrəli, xx.xx.2021-ci il tarixli protokol əsassızdır və onun əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli tənbeh vermə haqqında qərar ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən başlanmış icraata xitam verilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixində, saat 00:10-da idarə etdiyi “Mercedes Benz E280” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonu, M.Aslanov küşəsindən çıxaraq yolun hərəkət hissəsində, sola manevr edib dönərkən “Tofaş” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil birtərəfli hərəkət yolunda xəttin tələbini pozaraq yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Eyni zamanda tərtib olunmuş protokoldan da görünür ki, heç bir hüquqları izah edilməmiş, qeyd vermək üçün şərait yaradılmamışdır. Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-in X7 üzrə inspektoru, polis baş leytenantı X4 barəsində xidməti tədqiqat aparılması üçün səlahiyyətli orqana təqdimat verilməlidir. Məhkəmə iclasında X8 şikayət ərizəsini müdafiə edib əlavə olaraq izahatında bildirmişdir ki, Binəqədi RPİ-nin DYPŞ-nin X7 üzrə inspektoru X4 qanunla onlara verilmiş səlahiyyət həddini aşaraq qanunların tələblərini pozmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/2102 nömrəli, 19 avqust 2022-ci il tarixli rəyi ilə qətiyyən razı deyildir. Belə ki, Binəqədi RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş yol nəqliyyat sxemi həqiqəti əks etdirmir. O, heç bir qanun pozuntusuna yol verməmişdir. Odur ki, xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsi, Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-in X7 üzrə inspektoru, polis baş leytenantı X4 barəsində xidməti tədqiqat aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-in X7 üzrə inspektoru, polis baş leytenantı X4 məhkəmə iclasında bildirmişdir ki, hadisə yerinin fotoşəkillərindən və nəqliyyat vasitələrinin zədələnmiş hissələrindən görünür ki, Elvin Qurbanov zolaqlar üzrə hərəkətini dəyişən zaman manevr edərkən yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə yerinin sxemi düzgün tərtib edilmiş, ekspert rəyi tamamilə hadisənin baş vermə mexanizmi ilə uyğunluq təşkil edir. Odur ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi DYPŞ-in xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarı qanuni və əsaslıdır, həmin qərarın dəyişdirilmədən saxlanılmasını, şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: İXP ******* nömrəli, xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, X8 tərəfindən İXMin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 “MERCEDES BENZ E280” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən əks istiqamətli hərəkət zolağından çıxmadan manevr etmə qaydalarını pozmuşdur. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-25/2022 saylı, xx.xx.2022-ci il tarixli qəradan görünür ki, X8 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi DYPŞ-in xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilmiş və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-751/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-in rəisi Cəmşid Hənifəyev tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin X8 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi DYPŞ-in xx.xx.2021ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-25/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Ekspertizası qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. “Mercedes Benz E280” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu, əgər olmuşdursa həmin tələblərə riayət etməklə onun baş verəcək hadisənin qarşısım almağa texniki imkanı olmuşdurmu?

2. “Tofaş” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu, əgər olmuşdursa həmin tələblərə riayət etməklə onun baş verəcək hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-25/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, əlavə tədqiqat obyektinin təqdim edilməsi barədə vəsatət təmin edilmiş və bunun üçün müəyyən vaxt tələb olunduğundan İXM-in 82.5-ci maddəsində nəzərdə tutulan müddət 20 gün uzadılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/2102 nömrəli, 19 avqust 2022-ci il tarixli rəyindən görünür ki, məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən “Mercedes Benz E280” markalı, 77CX873 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən Tofaş markalı 99EB084 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, inzibati xətanın törədilməsi faktı inzibati xəta haqqında protokolda, protokol tərtib etmiş şəxsin izahatlarında və iş materiallarına əlavə olunmuş digər sənədlərdə öz təsdiqini tapır. X3 inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, ekspert rəyi, yol nəqliyyat hadisənin sxemi və digər sübutlarla tam sübuta yetirilmişdir. X8 şikayətində göstərdiyi dəlillərini təsdiq edən sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə şikayət verən şəxs X5 istinad edilən inzibati xətaya münasibətdə hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. İXM-in 55.2-ci maddəsinə əsasən məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 85 manat inzibati xəta haqqında iş üzrə məsrəfin dövlət hesabına olması nəzərə alınmalıdır.

Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qərara aldı: X3 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi DYPŞin X7 üzrə inspektoru, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 85 manat inzibati xəta haqqında iş üzrə məsrəfin dövlət hesabına olması nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar