Məhkəmə qərarları › İş №3(001)-2513/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2513/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2513/2021 24.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2, tələbkar X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1951-ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əməkdar müəllim, Abşeron rayonu YAP-ın sədri, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X5 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında material onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.07.2019-cu il tarixli, 2(006)-3166/2019 saylı icra vərəqinə əsasən Şəxs üzərinə onunla X6 arasında “xxxx” MTK tərəfindən tikilmiş Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindəki 2 saylı binada İ giriş, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 116,67 kv.m olan 3 otaqlı 44 saylı (çıxarışdakı ünvan: Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 2-satqısına dair müqavilənin (əsas müqavilənin) bağlanması öhdəliyi qoyulmuşdur. İş üzrə borclu Şəxs üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən icra məmuru X1 Bilman Məhərrəm oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 24 iyun 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X5 məhkəmə prosesində verdiyi izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdiyi üçün barəsində protokol tərtib olunduğunu, onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.07.2019-cu il tarixli, 2(006)-3166/2019 saylı icra sənədinin icra edilməsi üçün tələbkarla birlikdə notariusa getmişlər, lakin onun arvadının razılığı olmadığından icra baş tutmamışdır. O, arvadının razılığını almaqla qətnamənin icra olunmasını həyata keçirmək istəyir. Deyilənlərin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X6 bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.07.2019-cu il tarixli, 2(006)-3166/2019 saylı icra sənədi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən qərəzli olaraq icra edilmir. Belə ki, qətnamə qəbul edilmişdir, mütləq şəkildə icra olunmalıdır. Lakin Şəxs arvadının razı olmamasını bəhanə gətirərək qətnamənin icrasından qəsdən yayınır. Bu səbəbdən də onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərəzli olaraq borcundan yayınmamasının nəzərə alınaraq barəsində icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: 24 iyun 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, iş üzrə borclu olan Şəxs üzərinə onunla X6 arasında “xxxx” MTK tərəfindən tikilmiş Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindəki 2 saylı binada İ giriş, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 116,67 kv.m olan 3 otaqlı 44 saylı (çıxarışdakı ünvan: Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 2-satqısına dair müqavilənin (əsas müqavilənin) bağlanmasına dair öhdəliyi icra etməmişdir. Nəticədə Şəxs oğlu tərəfindən Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29.07.2019-cu il tarixli, 2(006)-3166/2019 saylı icra vərəqəsindən görünür ki, Şəxs üzərinə onunla X6 arasında “xxxx” MTK tərəfindən tikilmiş Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsindəki 2 saylı binada İ giriş, 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 116,67 kv.m olan 3 otaqlı 44 saylı (çıxarışdakı ünvan: Bakı şəhəri, Səbail rayonu, Yeni ünvan 2-satqısına dair müqavilənin (əsas müqavilənin) bağlanması öhdəliyin qoyulması qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X5 31.05.2021ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək, tələbin könüllü icrası üçün Şəxs bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. 24 iyun 2021-ci il tarixli Aktın surətindən görünür ki, Şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsində izahat verməkdən imtina etmişdir. 17 iyun 2021-ci il tarixli aktdan görünür ki, tərəflər Bakı şəhəri 11 saylı notariat ofisinə gəlmişlər. Notariusa icra sənədi icra məmuru tərəfindən təqdim edilmiş, notarius bu işlə bağlı Şəxs bundan əvvəl də yaxınlaşmasının, tərəfindən ona Ailə və Mülki Məcəllənin müddəalarna əsasən birgə nikah dövründə əldə edilən əmlakın alqı-satqısı həyata keçirilərkən ar-arvadının razılığının olmasının zəruri olduğu izah edilmişdir. İcra məmuru tərəfindən Şəxs arvadının razılıq verməsi üçün notariat ofisinə gəlməsi barədə sual verilmiş o, arvadının bu alqı-satqıya razılığının olmaması səbəbindən notariat ofisinə gəlmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs hazırkı məqamda onun icra sənədini icra etməkdən qəsdən və qərəzli olaraq yayınması müəyyən olunmur. Belə ki, Şəxs Nəsimi Rayon Məhkəməsinin 29.07.2019-cu il tarixli, 2(006)-3166/2019 saylı icra vərəqəsində qeyd olunan öhdəliyin icra olunması üçün notariat ofisinə dəfələrlə getmiş, özündən asılı olmayan səbəblərdən icranı reallaşdıra bilməmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməl olduğunu xüsusilə qeyd edərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (borclu) Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi olmadığı üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş 24 iyun 2021-ci il tarixli, MN №0468700 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar