Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2513/2022 12.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlu sədrliyi X5 iclas katibliyi ilə, xx.xx.1998-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1i ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə İXMnin) 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsindən xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola əsasən müəyyən edilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 16:20 radələrində “Mercedes Benz E240” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri,Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu ilə hərəkət edən zaman 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozub qarşı hərəkət istiqamətinə çıxaraq “Kia Sorento” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 yüngül zərər vurmaya aid bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməklə inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərər çəkmiş şəxs və inzibati orqan Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, tərəflər məhkəməyə gəlməmişlər və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər.Buna görə də, İXM-nin 112.1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İnzibati xəta haqqında iş üzrə protokolu və iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 327.8-ci maddəsi ilə təqsirli hesab olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən məlum olur ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.Qərarda qeyd olunmuşdur ki, 22 iyun 2022-ci il tarixdə icraata Binəqədi RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi, polis mayoru Tofiq Məmişovun həmin tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində 1 nəfər şəxsin xəsarət alınması barədə yazmış olduğu raport daxil olmuşdur. Araşdırma zamanı izahatı alınmış Şəxs izahatında göstərmişdir ki, “Mercedes Benz E240” markalı,**-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X3 adına sənədləşdirilsə də, faktiki olaraq ona məxsusdur.Həmin avtomobili 2021-ci ilin mart ayında almışdır.Avtomobili idarə etmək üçün Rəfail Həsənzadə tərəfindən sonuncu dəfə 11 mart 2022-ci tarixdə ona baş etibarnamə verilmişdir.Avtomobili adına olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi və baş etibarnamə əsasında idarə edir. Avtomobili bir qayda olaraq özü idarə edir. Avtomobil idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır.22 iyun 2022-ci il tarixdə, təxminən saat 10:20 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Mercedes Benz E240» markalı, **-VN- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu ilə hərəkət edirmiş.Həmin vaxt avtomobilin içərisində tək olmuş və ondan başqa avtomobilin içərisində hər hansı bir sərnişin və ya yük olmamışdır.Avtomobillə DSK yolu ilə öz hərəkət istiqaməti ilə normal sürətlə hərəkət edirmiş.Hərəkətdə olduğu yol iki tərəfli yol olmuş, hər hərəkət istiqamətində 1 hərəkət zolağı olmuşdur.İdarə etdiyi avtomobillə öz hərəkət istiqamətində saatda təxminən 50-55 km sürətlə hərəkətdə olarkən qarşısında dövlət qeydiyyat nişanını bilmədiyi yük avtomobili asta sürətlə hərəkət etdiyindən qarşı hərəkət istiqamətinə keçib həmin yük avtomobilini ötməklə yoluna davam etmək qərarına gəlmişdir.Bu məqsədlə idarə etdiyi avtomobillə qarşı hərəkət istiqamətinə çıxıb yoluna davam edirmiş ki, qarşı hərəkət istiqamətindən ağ rəngli CİP markalı avtomobilin gəlməsini görmüşdür.Bundan sonra dərhal sükanı sağa tərəf istiqamətləndirib sağ tərəfində hərəkətdə olan yük avtomobilinin arxa tərəfinə keçmək istəsə də, yük avtomobili asta sürətlə hərəkət etdiyindən onun arxa tərəfinə keçə bilməmiş və idarə etdiyi avtomobilin qabaq sol tərəfi CİP markalı avtomobilin qabaq sol tərəfinə çırpılmışdır.Zərbənin təsirindən CİP markalı avtomobil bir qədər arxaya doğru yerini dəyişmiş, idarə etdiyi avtomobil isə olduğu kimi yerində dayanmışdır.Dərhal sükan arxasından düşüb toqquşduğu CİP markalı avtomobilə yaxınlaşmışdır.Həmin avtomobil ağ rəngli “Kia Sorento” markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur.Avtomobilin sürücüsü əvvəllər tanımadığı və görmədiyi, təxminən 25-28 yaşlarında olan cavan oğlan imiş.Müşahidə etdiyi qədəri ilə avtomobilin içərisində sürücüdən başqa hər hansı bir şəxs yox imiş. «Kia Sorento» markalı avtomobilin arxasında isə «Hyundai Elantra» markalı, 9S-VJ-024 dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. «Hyundai Elantra» markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü də əvvəllər tanımadığı və görmədiyi, təxminən 30-35 yaşlarında olan cavan oğlan imiş. O «Kia Sorento» markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmanın təsirindən arxaya doğru gələrkən avtomobilin arxa tərəfinin onun idarə etdiyi avtomobilin qabaq tərəfinə düşməsini bildirmişdir.Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları yaxınlaşmışdır.O, «Kia Sorento» markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı və «Hyundai Elantra» markalı,**-VJ-*** dövlət qeydiyyat avtomobillərin sürücüləri özlərinə və avtomobillərə aid sənədləri polis əməkdaşlarına təqdim etməklə ilkin sənədləşdirmədə iştirak etmişdirlər.Araşdırma zamanı izahatı alınmış X6 izahatında göstərmişdir ki,«Kia Sorento» markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən adına sənədləşdirilməklə ona məxsusdur.Həmin avtomobili 13 noyabr 2021-ci il tarixdə almışdır.Avtomobili adına olan «BC» kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir.Avtomobili bir qayda olaraq, özü idarə edir.Avtomobil idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bır texniki nasazlığı olmamışdır.22 iyun 2022-ci il tarixdə təxminən saat 10:20 radələrində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Kia Sorento» markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvana getmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu ilə hərəkət edirmiş.Həmin vaxt avtomobilin içərisində tək olmuş və ondan başqa avtomobilin içərisində hər hansı bir sərnişin və ya yük olmamışdır.Avtomobillə DSK yolu ilə öz hərəkət istiqamətində norma sürətlə hərəkət edirmiş.Hərəkətdə olduğu yol iki tərəfli yol olmuş, hər hərəkət istiqamətində də 1 hərəkət zolağı olmuşdur.İdarə etdiyi avtomobillə öz hərəkət istiqamətində saatda təxminən 45-50 km sürətlə hərəkətdə olarkən anidən qarşı hərəkət istiqamətindən «Mercedes Benz» markalı avtomobilin idarə etdiyi avtomobilin hərəkət istiqamətinə çıxaraq ötmə əməliyyatı aparmağa başlamasını görmüşdür.Bu zaman həmin avtomobillə toqquşmadan yayınmaq üçün avtomobilin sükanını sağa tərəf istiqamətləndirsə də «Mercedes Benz» markalı avtomobilin idarə etdiyi avtomobilin hərəkət sürəti çox olduğundan avtomobilin qabaq sol tərəfi idarə etdiyi avtomobilin qabaq sol tərəfinə çırpılmışdır.Zərbənin təsirindən idarə etdiyi avtomobil arxaya tərəf yerini dəyişmişdir. Avtomobil arxaya tərəf yerini dəyişərkən avtomobilin arxa tərəfinin nəyəsə dəyməsini hiss etmişdir.İdarə etdiyi avtomobillə toqquşmuş «Mercedes Benz» markalı avtomobil isə olduğu kimi yerində dayanmışdır.Dərhal sükan arxasından düşmüşdür.Bu zaman idarə etdiyi avtomobillə toqquşmuş avtomobilin tünd göy rəngi “Mercedes Benz” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobil olmasını görmüşdür.Avtomobilin sürücüsü əvvəllər tanımadığı və görmədiyi, təxminən 25-26 yaşlarında olan cavan oğlan olmuşdur.Müşahidə etdiyi qədəri ilə avtomobilin içərisində sürücüdən başqa hər hansı bir şəxs yox imiş, idarə etdiyi avtomobilin arxa tərəfində isə “Hyundai Elantra” markalı, **-VJ- *** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır.Toqquşma anında idarə etdiyi avtomobil zərbənin təsirindən arxaya tərəf yerin dəyişkərkən avtomobilin arxa tərəfi «Hyundai Elantra» markalı, **-VJ-*** dövlə qeydiyyat nişanlı avtomobilin qabaq tərəfinə dəymişdir.«Hyundai Elantra» markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü də əvvəllər tanımadığı və görmədiyi, təxminən 30-35 yaşlarında olan cavan oğlan imiş.Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları yaxınlaşmışdır.O, «Mercedes Benz» markalı, 90-VN- 981 dövlət qeydiyyat nişanlı və «Hyundai Elantra» markalı, **-VJ-*** dövlət qeydiyyat avtomobillərin sürücüləri özlərinə və avtomobillərə aid sənədləri polis əməkdaşlarına təqdim etməklə ilkin sənədləşdirmədə iştirak etmişdirlər.Hadisə nəticəsində o, sağ qol və nahiyələrindən xəsarətlər almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1285 №-li rəyindən görünür ki, X2 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti almışdır. Protokola və ona əlavə edilmiş materialları araşdırılaraq Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi qənaətinə gəlinir. Belə ki, xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs izahat verərək göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə təxminən saat 16:20 radələrində idarə etdiyi “Mercedes Benz E240 minik” markalı, **-VN-*** dövlət nömrə nişanlı avtomaşınla inzibati xəta törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin İ bəndinə əsasən, yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biridir. Göründüyü kimi, təqdim olunmuş materialları təhlil edərək belə nəticəyə gəlmək olar ki, Şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 16:20 radələrində idarə etdiyi “Mercedes Benz E240 minik” markalı, **-VN-*** dövlət nömrə nişanlı avtomaşınla inzibati xəta törətmişdir. Məhkəmə Şəxs il ərzində ilk dəfə inzibati xəta törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, yüngülləşdirici hallar kimi təqsirini etiraf etməsini, səmimi peşmançılığını, il ərzində ilk dəfə inzibati xəta törətməsini, habelə onun cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2513/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2513/2022
12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver