Məhkəmə qərarları › İş №3(001)-252/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-252/2022

01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-252/2022 01.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin 07.12.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayətlə müraciət edərək bildirmişdir ki, 07.12.2021-ci il tarixində saat 01:21-də Bakı şəhəri, Z.Bünyadov prospekti 2062-ci məhəllədə mülkiyyətində olan MİTSHUBİSHİ PAJERO markalı, 90FK802 dövlət nişanlı avto nəqliyyat vasitəsi Nərimanov rayon DYPS Yol patrul xidməti inspektoru polis serjantı X6 tərəfindən qanunsuz və əsassız şəkildə saxlanılaraq AR İXM-in 329.3-cü maddəsinə əsasən cərimə olunmuşdur. Belə ki, Bakı şəhəri, Z.Bünyadov prospekti 2062-ci məhəllə ünvanında olan magistral yola şaquli olan yoldan prospektə doğru hərəkət edən zaman avtomobilin işıqlandırma vasitələrini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 73-cü maddəsinə müvafiq olaraq saz vəziyyətdə yaxın faralar yanılı halda, köməkçi duman əleyhinə olan faraların biri yanılı, digəri isə sönülü halda idi. Havanın dumansız vəziyyətdə olmağına baxmayaraq həmin “adı üstündə olan” köməkçi duman faraların yandırmağında məqsəd yolun yaxşı işıqlandırılmaması idi. Prospektə daxil olan zaman Nərimanov rayon DYPS Yol patrul xidməti inspektoru polis serjantı X3 idarə etdiyi yol patrul maşını sayrışan işıqları yandırmadan idarə etdiyi nəqliyyat vasitəsinin saxlanması barədə göstəriş verdi və sonradan sayrışan işıqları işə saldı. Həmin an yol patrul əməkdaşının qərəzli olmasına dair məndə şübhə yarandı. Lakin, buna baxmayaraq o, tabe olaraq nəqliyyat vasitəsinin hərəkətini dayandırdı. Maşını yolun sağ cinahında hərkətsiz hissədə saxladı. YPX əməkdaşının sayrışan işıqları yandırmadan "dur" əmrini verməsi ilkin pozuntu qiymətləndirilməlidir. YPX əməkdaşı özünü təqdim etdikdən sonra o, həmin əməkdaşdan hansı səbəbə görə saxlanıldığını soruşdu. O isə cavabında əsəbi formada təkidlə ondan sənədləri təqdim etməyi, mühərriki söndürməyi tələb etdi. Sənədlərini təqdim etdikdən sonra, YPX əməkdaşı onun duman əleyhinə faranın birinin nasaz olması əsası ilə saxlanıldığını bildirdi. O isə YPX əməkdaşına sözügedən əsasla saxlanılmalı olmadığını, gec olduğunu və getməli olduğunu, dəfələrlə qaydaları pozduğu qənaəti varsa müvafiq qaydada protokol tərtib edilməsini tələb etdi, hətta daha sonra xahiş etdi. YPX əməkdaşı onun avto nəqliyyat vasitəsinin mühərrikini söndürülməsini və nəqliyyat vasitəsinin tərk edilməsini tələb etikdə isə onun qərəzli olması daha da qabarıq formada ona aydın oldu. Bu səbəbdən həmin şəxsin hərəkətləri ilə bağlı olaraq “102” qaynar xəttinə məlumat verdi. (Səhv etmirsə onun döş nişanının nömrəsi “0437” idi). YPX əməkdaşı daha sonra əssassız şəkildə onun spirtli içki qəbul etdiyini bildirdi. O isə şübhəli olduğu təqdirdə müayinə olunmağı üçün müvafiq tibb məntəqəsini yollanmağı təkli etdi. O isə gülünc formada onun nəqliyyat vasitəsini tərk etməyini tələb edərək onunla mayinəyə getməyi təklif etdi. Buna cavab olaraq onun kimi qərəzli və qanunsuz hərəkət edən polis nəfərlərinin DİN sıralarında olmamasını üçün bütün instansiyalara qanunamüvafiq şəkildə şikayət edəcəyini bildirdikdə isə, YPX əməkdaşı onun təhqir etdiyini bildirdi. Ona təhqir etmənin nədə ifadə olunduğunu izah etməsi sualına, o isə Post patrul əməkdaşlarını çağırmaqla onu hədələdi. O isə etiraz etmədi. Sonra isə İnzibati Xətalar Məcəlləsinin nüsxəsini gətirərək ona hüquq dərsi heçməyə başlayanda isə ona qulaq asmadı və ondan yenə də protolol tərtib etməyi tələb etdi. Uzun sürən “hüquq” dərsindən sonra YPX əməkdaşı protokolu tərtib etdi və ona bir nüsxəsinə imzalamağı təklif etdi və avtomobilinin salonunun işıqlandırılmasını tələb etdi. Bir sözlə bu əməkdaş ona qanunsuz və əsassız göstərişlər verirdi. Bu qərəzli addımlar belə polis əməkdaşlarına qarşı biz Azrəbaycan Respublikasının vətəndaşlarında onlara qarşı “hirs”, “əsəb” oyadır. Müqəddəs Polis adına ləkə gətirir. O, şəxsən polis adını uca tutduğu üçün belə polislərin DİO-da qulluq etmələrini istəmir. Çünki, elə şəxslər Polis adma ləkə gətirir. Protokolun arxa hissəsində həmin sənədlə razılaşmadığını bildirdi. Protokolun əsassız və qanunsuz olduğunu qeyd etdi. Daha sonra 07.01.2022-ci il tarixində AR DİN BDYPİ tərəfindən İXP seriyalı ******* saylı qərarla o, İXM-in 329.3-cü maddəsinə əsasən cərimə olunmağı barədə mobil telefonuna bildiriş daxil oldu. X2 yuxarıda göstərilənlərini rəhbər tutaraq ərizəsində və məhkəmə iclasında AR DİN BDYPİ tərəfindən qəbul edilmiş İXP seriyalı ******* saylı, 07.12.2021-ci il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin 07.12.2021-ci il tarixli, İXP ******* nömrəli qərarına əsasən X7 Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə təqsirli bilinib 30 manat cərimə edilmişdir. Şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdird təqsirin mövcud olub-olmadığıı müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X9 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi, protokolda törədildiyi iddia edilən xətanın konkret nələrdən ibarət olması göstərilmədiyindən, inzibati xəta üzrə işlər bağlı müvafiq sübutlar məhkəməyə təqdim edilmədiyindən mübahisəli qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin 07.12.2021-ci il tarixli, İXP ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar