Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2522/2022 17.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X3, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Bakı şəhəri, 2-ci Alatava, ev 95 Şdə qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, fərdi evdə yaşayan, 1YGYPQU FİN-ə malik olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsi tərəfindən İXM-in 535.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X5 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan vətəndaş X1 qonşusu Şəxs barəsində 40-cı PB-də olan çoxsaylı şikayət ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə, saat 11:30-da vətəndaş Şəxsla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb polis bölməsinə dəvət etmişlər, həmin şəxs PB-nə gəlməyəcəyini, polisin ona yaxınlaşmasını bildirmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı Ərşad Məmmədli və polis leytenantı X9 Süleymanovla Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi döngə 10-da görüşüb onun barəsində çoxsaylı şikayətin olduğunu bildirmiş və sonuncunu PB-nə dəvət edən zaman o, vətəndaş İsmayıl İsmayılovun və polisin ünvanına nalayiq ifadələr ilə söyüşlər söyməyə başlamış və polis əməkdaşları Şəxs nizam intizama dəvət etsələr də, həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirərək ətrafdakı insanların diqqətini özünə cəlb etmək istəməklə polisin nüfuzunu aşağı salacaq ifadələr işlədərək qəsdən polisin qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyi üçün həmin şəxs Binəqədi RPİ-in 40-cı PB-nə gətirilərək orada şəxsiyyəti müəyyən olunduqdan sonra həmin polis əməkdaşları tərəfindən müvafiq raport yazılmış və Şəxs barəsində onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, uzun müddətdir ki, qonşuluğunda yaşayan X2 ilə mübahisə edir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları ona zəng edərək polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarına Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində görüşməyi bildirmişdir. Polis əməkdaşları o, olan yerə gəlmiş, polis əməkdaşları ilə mehriban söhbət etmiş, polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmiş, onlara qarşı nalayiq ifadələr işlətməmişdir. Lakin buna baxmayaraq onu 40cı polis bölməsinə dəvət etmişlər, heç bir etiraz etmədən o, ona məxsus avtomobillə onlarla birlikdə polis bölməsinə getmişdir. Binəqədi RPİ-in 40-cı PB-də izahatı alınaraq barəsində protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X6 bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan vətəndaş X1 qonşusu Şəxs barəsində 40-cı PBdə olan çoxsaylı şikayət ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə, saat 11:30-da vətəndaş Şəxsla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb polis bölməsinə dəvət etmişlər, həmin şəxs PB-nə gəlməyəcəyini, polisin ona yaxınlaşmasını bildirmişdir. O və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı X7 Süleymanovla Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi döngə 10-da görüşüb onun barəsində çoxsaylı şikayətin olduğunu bildirmiş və sonuncunu PB-nə dəvət edən zaman Şəxs vətəndaş İsmayıl İsmayılovun və onların ünvanına nalayiq ifadələr ilə söyüşlər söyməyə başlamış, onlar Şəxs nizam intizama dəvət etsələr də, həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirərək ətrafdakı insanların diqqətini özünə cəlb etmək istəməklə polisin nüfuzunu aşağı salacaq ifadələr işlədərək qəsdən polisin qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyi üçün həmin şəxs Binəqədi RPİ-in 40-cı PB-nə gətirilərək orada şəxsiyyəti müəyyən olunduqdan sonra Şəxs barəsində qanuni tədbirlər görülməsi üçün müfaviq raport yazılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün məcburi qaydada polis bölməsinə aparılmışdır. Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli AZA 009323 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2022ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, Şəxs əməlində İXM-in 32 və 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 535-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Məhkəmə, işin həcmini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 2 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 2 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 37,40, 43, 48, 48-51, 61, 73, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 17 avqust 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxs göstərdiyi 2 (iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 12 (on iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-2522/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2522/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver