Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2523/2023 10.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xocalı rayon məhkəməsi tərəfindən verilmiş 2(070)-23/2023 saylı, 10 mart 2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 6639,74 manat tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 19 iyun 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon icra Şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Xocalı rayon məhkəməsi tərəfindən verilmiş 2(070)-23/2023 saylı, 10 mart 2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 6639,74 manat tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi 11 may 2023-cü il tarixdə şöbənin icraatına daxil olmuşdur. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Borclu Şəxs borcu ödəmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, Xocalı rayon məhkəməsi tərəfindən verilmiş 2(070)-23/2023 saylı, 10 mart 2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 6639,74 manat tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir.İcra sənədi üzrə icraata başlamaq haqqında qərarı və borcun könüllü icrası haqqında bildirişi rəsmi qaydada almışdır. Hal-hazırda işləmədiyi üçün borcunu tam ödəyə bilməmişdir. Lakin dövlət tərəfindən ona aylıq ödənilən sosial müavinətdən hər ay kredit borcunun ödənilməsinə 60 manat pul tutulur. Bu qaydada təxminən 400 manat tutulmuşdur. Borcu ödəməyə başqa gəliri yoxdur. Ata və anası olmadığından yaşlı nənəsi ilə birlikdə yaşayır. Tələbin yönəldilə biləcəyi əmlaka da sahib deyil. Qeyd olunanları nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Xocalı rayon məhkəməsi tərəfindən verilmiş 2(070)-23/2023 saylı, 10 mart 2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs cəmi 6639,74 manat tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xocalı rayon məhkəməsi tərəfindən verilmiş 2(070)-23/2023 saylı, 10 mart 2023-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. İşdə olan tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Xocalı rayon məhkəməsi tərəfindən verilmiş 2(070)-23/2023 saylı, 10 mart 2023-cü il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs vaxt verilmişdir. "xxxx" ASC-in xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, Xocalı rayon məhkəməsi tərəfindən verilmiş 2(070)-23/2023 saylı, 10 mart 2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu tərəfindən hər ay kredit borcuna 60 manat vəsait ödənilir, hazırda borc məbləği 6100 manat təşkil edir. Beləliklə, işin təsvir edilmiş hallarından mübahisəsiz qaydada göründüyü kimi, borclu Şəxs tərəfindən Xocalı rayon məhkəməsi tərəfindən verilmiş 2(070)-23/2023 saylı, 10 mart 2023-cü il tarixli icra vərəqəsinin icrası qaydasında tələbkara hər ay kredit borcuna 60 manat vəsait ödənilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı işdə isə qeyd edilən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Xocalı rayon məhkəməsi tərəfindən verilmiş 2(070)-23/2023 saylı, 10 mart 2023-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Xocalı rayon məhkəməsi tərəfindən verilmiş 2(070)-23/2023 saylı, 10 mart 2023-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 19 iyun 2023cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-2523/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2523/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver