Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2524/2022 02.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Şikayət vermiş şəxs “Camal” LTD şirkətinin direktoru X2 nümayəndəsi X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X4 iştirakı ilə, Şikayət vermiş şəxs “Camal” LTD şirkətinin direktoru X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin 05 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin 05 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi rəisinin 05 avqust 2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli Qərarı ilə “Camal” LTD şirkətinin direktoru kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 900 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi rəisinin 05 avqust 2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli qərarı qanunsuz və əsassızdır, bunlara görə ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin baş əmək müfəttişi X11 tərəfindən “Camal” LTD şirkətinin direktoru kimi guya tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi barədə 27 iyul 2022-ci il tarixdə MN № ******* nömrəli “İnzibati xəta haqqında protokol” tərtib edilmişdir. Həmin protokolun tərtibi ilə bağlı toplanmış materiallardan görünür ki, “Camal” LTD şirkətinin direktoru X7 tərəfindən işçi X6 qarşı Əmək Məcəlləsinin 12.1-ci maddəsinin “a” bəndinin tələbi pozularaq 2022-ci ilin aprel ayı üçün əmək haqqı xx.xx.2022-ci il tarixdə ödənilib,habelə işçi işdən azad olunarkən ƏM-nin 83.2-ci maddəsinin tələbləri pozulduğundan “Camal” LTD şirkətinin direktoru kimi guya tərəfindən Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə 27 iyul 2022-ci il tarixdə MN № ******* nömrəli “İnzibati xəta haqqında protokol” tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin baş əmək müfəttişi X11 tərəfindən “Camal” LTD şirkətinin direktoru kimi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi barədə 27 iyul 2022-ci il tarixdə MN № ******* nömrəli “İnzibati xəta haqqında protokol” düzgün tərtib edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin baş əmək müfəttişi X11 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN № ******* nömrəli “İnzibati xəta haqqında” protokolda inzibat xətanın mahiyyətini göstərə bilməmiş, protokolun tərtibinə qanuni don geyindirmək məqsədi ilə “Camal” LTD şirkətinin direktoru X7 tərəfindən işçi X6 qarşı Əmək Məcəlləsinin 12.1-ci maddəsinin “a” bəndinin tələbi pozularaq aprel 2022-ci il üçün əmək haqqı xx.xx.2022-ci il tarixdə ödənilib, habelə işçi işdən azad olunarkən AR ƏM-nin 83.2-ci maddəsinin tələbləri pozulmuşdur” məzmunu anlaşılmayan ifadələri və rəqəmləri protokola daxil etmək məcburiyyətində qalmışdır. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN № ******* nömrəli “İnzibati xəta haqqında” protokolda inzibati xətanın mahiyyəti göstərilməməklə, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməməklə və bu barədə protokolda müvafiq qeyd aparılmamaqla, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən imzalanmamaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmamaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatlarının və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları təmin edilməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4, 100.2, 100.3, 100.4-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. X8 ilə “CAMAL” LTD şirkəti arasında xx.xx.2022-ci il tarixdə onun “CAMAL” LTD şirkətinə sürücü-çatdırıcı vəzifəsinə qəbul edilməsi barədə 5 ay 11 gün müddətinə müddətli əmək müqaviləsi bağlanılmışdır. X5 11 iyun 2022-ci il tarixli 13 iyun 2022-ci il tarixdə işdən azad edilməsi barədə ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi rəhbər tutularaq (tərəflərdən birinin təşəbbüsü) onunla bağlanmış əmək müqaviləsi 13 iyun 2022-ci il tarixdə ləğv edilmiş,istifadə edilməmiş 3,5 günlük əmək məzuniyyətinə görə ona kompensasiya ödənilmişdir. X5 13 iyun 2022-ci il tarixdə işdən azad edilməsi barəsində əmr verilmiş və bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə məlumatların daxil edilməsi mümkün olsa da, həmin gün bank əməliyyatlarının aparılması müddətinin bitməsilə əlaqədar olaraq son haqq hesabının bankdakı kart hesabına ödənilməsi mümkün olmamışdır. Ona görə də X1 haqq hesabı növbəti gün, yəni 14 iyun 2022-ci il tarixdə bank hesabına ödənilmişdir. Sonradan müəyyən edilmişdir ki, mühasibatlıq tərəfindən riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlarla əlaqədar X6 78,75 manat az əmək haqqı hesablanmışdır. Həmin nöqsanlar mühasibatlıq tərəfindən aradan qaldırılmış X6 78,75 manat az hesablanmış əmək haqqı 23 iyun 2022-ci il tarixdə onun bank hesabına ödənilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin baş əmək müfəttişi X11 tərəfindən X5 şikayət ərizəsi üzrə araşdırma aparılarkən onun əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla heç bir qanun pozuntularına yol verilməsi halları aşkar edilmədiyi halda, bununla da əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri olmadığı halda, “Camal” LTD şirkətinin direktoru kimi guya tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi barədə qanunsuz və əsassız olaraq 27 iyul 2022-cu il tarixli M№ ******* nömrəli “İnzibati xəta haqqında protokol” tərtib edilmiş və həmin protokola əsasən 05 avqust 2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli Qərarı ilə qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 900 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 900 manat cərimə edilməyi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi rəisinin 05 avqust 2022-cu il tarixli “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli Qərarını 12 avqust 2022-ci il tarixdə poçt rabitəsi xidməti vasitəsi ilə əldə etmişdir. Məhkəmə iclasında nümayəndə X9 şikayətdə verilən xüsusatları təkrar edərək izahatında bildirmişdir ki, X5 11 iyun 2022-ci il tarixli 13 iyun 2022-ci il tarixdə işdən azad edilməsi barədə ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi rəhbər tutularaq (tərəflərdən birinin təşəbbüsü) onunla bağlanmış əmək müqaviləsi 13 iyun 2022-ci il tarixdə ləğv edilmiş,istifadə edilməmiş 3,5 günlük əmək məzuniyyətinə görə ona kompensasiya ödənilmişdir. X5 13 iyun 2022-ci il tarixdə işdən azad edilməsi barəsində əmr verilmiş və bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə məlumatların daxil edilməsi mümkün olsa da, həmin gün bank əməliyyatlarının aparılması müddətinin bitməsilə əlaqədar olaraq son haqq hesabının bankdakı kart hesabına ödənilməsi mümkün olmamışdır. Ona görə də X1 haqq hesabı növbəti gün, yəni 14 iyun 2022-ci il tarixdə bank hesabına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən heç bir xəbərdarlıq almadan könüllü olaraq ödənilmişdir. Sonradan müəyyən edilmişdir ki, mühasibatlıq tərəfindən riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlarla əlaqədar X6 78,75 manat az əmək haqqı hesablanmışdır. Həmin nöqsanlar mühasibatlıq tərəfindən aradan qaldırılmış X6 78,75 manat az hesablanmış əmək haqqı 23 iyun 2022-ci il tarixdə onun bank hesabına ödənilmişdir. Deyilənləri nəzərə alınaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi rəisinin 05 avqust 2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli Qərarı ilə qanunsuz və əsassız olaraq inzibati məsuliyyətə cəlb edilməyi nəzərə alınıb, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X10 izahatında bildirmişdir ki, əmək haqqının hesablanmasında və ödənilməsində “Camal” LTD şirkətinin direktoru X7 tərəfindən qanun pozuntusuna yol verilməsi barədə məlumat daxil olmuş, bununla əlaqədar olaraq araşdırılma aparılmışdır. Belə ki, “Camal” LTD şirkətinin direktoru X7 tərəfindən işçi X6 qarşı AR Əmək Məcəlləsinin 12.1-ci maddəsinin “a” bəndinin tələbi pozularaq 2022-ci ilin aprel ayı üçün əmək haqqı xx.xx.2022-ci il tarixdə ödənilmiş, habelə işçi işdən azad olunarkən AR ƏM-in 83.2-ci maddəsinin tələbləri pozulmuşdur. Araşdırma üçün “Camal” LTD şirkətindən bəzi sənədlər tələb olunmuşdur. X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən aparılmış araşdırmadan sonra X6 şirkət pulu tam şəkildə ödəmişdir. Bu ödənişlər isə inzibati məsuliyyəti aradan qaldıran hal deyildir. Ona görə də, “Camal” LTD şirkətinin direktoru X7 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi 05 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Deyilənlərin nəzərə alınaraq məhkəmədən şikayətin əsasız olduğundan təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, “Camal” LTD şirkətinin direktoru X7 tərəfindən işçi X6 qarşı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12.1-ci maddəsinin “a” bəndinin tələbi pozularaq 2022-ci ilin aprel ayı üçün əmək haqqı xx.xx.2022-ci il tarixdə ödənilmiş, habelə işçi işdən azad olunarkən ƏM-in 83.2-ci maddəsinin tələbləri pozulmuşdur. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və səlahiyyətli orqan tərəfindən 900 manat məbləğində inzibati cərimə edilmişdir. Əmək haqlarının ödənilməsi ilə bağlı çıxarışdan görünür ki, X6 əmək haqqı xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə ödənilmişdir. İXM-in 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndində əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri kimi əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından və qanunvericiliyin sadalanan normalarından görünür ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, X7 əmək müqaviləsinə xitam verərkən işəgötürənin son haqq-hesabını sonuncu iş günü işçiyə verməli olduğu halda xx.xx.2022-ci il tarixdəödənilmiş, 2022-ci ilin aprel ayı üçün əmək haqqı xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Buna görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin 05 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır. Ona görə də, məhkəmə hazırda baxılan iş üzrə X7 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin 05 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X2 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin 05 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin 05 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-2524/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2524/2022
02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver