Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2525/2023 12.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3, Qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X2 iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə cərimə edilməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN seriyalı № ******* saylı 02 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında məhkəmənin inzibati bənasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN seriyalı № ******* saylı 02 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə təqsirli bilinib vəzifəli şəxs qismində 2000 (iki min) manat cərimə növündə tənbeh edilmişdir. Qərara əsasən ünvan 1 ünvanda yerləşən “Komagene” adlı ictimai iaşə müəssisəsində məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış mallar satılmışdır. Həmin qərardan X7 şikayət vermişdir. Məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verən X7 bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən “Komagene” iaşə obyektində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi iddia edilmiş və heç bir əsaslı sübut olmadan qanunsuz olaraq 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Bildirir ki, xx.xx.2023-cü il tarixdə idxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi üçün İD ********** nömrəli ekektron ərizə ilə müraciət etmiş və müvafiq olaraq ona məhsulun ölkəyə daxil olmasına dair razılıq verilmişdir. xx.xx.2023-cü il tarixdə həmin qida məhsulu ölkəyə daxil olmuş və bununla bağlı olaraq bütün gömrük ödənişləri edildikdən sonra məhsulu təhvil götürmüşdür. Daha sonra serifikat verilməsi üçün nəzərdə tutulmuş 25 manat məbləğində rüsumun ödənilməsinə dair xx.xx.2023-cü il tarixədək verilməli olan məlumat xx.xx.2023-cü ildə ona göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilən zaman etiraz etmiş və bildirmişdir ki, ödənilməsi nəzərdə tutulmuş 25 manat rüsumu yerində ödəyə bilər. Çünki bu ödəmənin gecikməsi ondan asılı olmayan obyektiv səbəblərdən, yəni, agentliyin vaxtında ona məlumat verməməsi və yaxud anlaşılmamazlıq nəticəsində olmuşdur. Bundan başqa sifariş verilmiş qida məhsulları soyuducuda paketindən açılmamış formada saxlanılmış və satışa buraxılmamışdır. Bu faktı məlum etməsinə baxmayaraq, agentliyin əməkdaşları qərəzli və yaxud səhlənkar davranış nümayiş etdirməklə bu barədə hər hansı bir sənədləşdirmə aparmaqdan imtina edərək aşkar qanunsuzluğa yol vermişlər. Heç bir inzibati araşdırma aparılmadan, inzibati xəta tərkibin olub-olmamasının müyyən edilməsi məqsədi ilə heç bir aktiv səy göstərilmədən kifayət qədər yüksək məbləğdə cərimə tətbiq edilməsi onun həm vətəndaş kimi, həm də sahibkar kimi hüquqlarının heçə sayılması və açıq-aşkar tapdalanması ilə nəticələnmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN seriyalı № ******* saylı 02 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməklə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsi X6 şikayəti əsassız hesab etməklə yanaşı bildirmişdir ki, fərdi sahibkar X1 müraciət edərək Türkiyə Respublikasından klassik ətsiz çiy köftə idxal edəcəyini bildirib həmin məhsula sertifikat verilməsini xahiş etmişdir. Onun müraciəti İD********** nömrə ilə qeydə alınmışdır. Məhsul 05 may 2023-cü ildə Azərbaycan Respublikasına idxal olunmuşdur. 10 may 2023-cü ildə fərdi sahibkar X3 elektron kabinetinə bildiriş göndərilərək sertifikatlaşdırma prosesinin tamamlanması üçün dövlət rüsumunun ödənilməsi tələb edilmiş, lakin dövlət rüsumu ödənilməmişdir. Məhsulun ölkəyə idxal olunmasından 21 gün keçdiyini və bu müddət ərzində dövlət rüsumunun ödənilmədiyini nəzərə alıb 26 may 2023-cü ildə ünvan 2 ünvanda yerləşən “Komagene” iaşə obyektinə baxış keçirmişlər. Baxış zamanı ölkəyə xx.xx.2023-cü ildə idxal olunan klassik ətsiz çiy köftə məhsulunun bir hissəsinin anbarda olmadığı, sertifikat olmadan artıq satıldığı aşkar edilmişdir. Hətta bir hissə məhsul satış piştaxtasında olmuşdur. Fərdi sahibkar X7 inzibati xətaya yol verdiyini etiraf etmiş, unutduğu üçün dövlət rüsumunu ödəyib sertifikat almadığını bildirmişdir. Bununla bağlı 26 may 2023-cü il tarixli akt tərtib edilmiş, akt bütün iştirakçılar, o cümlədən fərdi sahibkar X7 tərəfindən imzalanmışdır. Sonradan həmin akt əsasında inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş; İdxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi haqqında İD********** nömrəli müraciətdən görünür ki, fərdi sahibkar X7 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən idxal etdiyi qida məhsullarına (klassik ətsiz çiy köftə) qida təhlükəsizliyi sertifikatı verilməsini xahiş etmişdir. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin, idxal və ixrac olunan qida məhsullarının, qida təhlükəsizlik sertifikatının alınması üçün baxışın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, İD********** nömrəli müraciət əsasında idxal edilmiş məhsullara baxış keçirilməsi üçün müraciətdə qeyd edilmiş anbara baxış keçirilmiş, baxış zamanı məhsulların bir hissəsi anbarda aşkar edilməmişdir. İnzibati tənbeh vermə haqqında 02 iyun 2023-cü il tarixli MN seriyalı № ******* nömrəli qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə təqsirli bilinib vəzifəli şəxs qismində 2000 (iki min) manat cərimə növündə tənbeh edilmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 3 nömrəli əlavəsinə əsasən qida təhlükəsizliyi sertifikatı sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına aid edilmişdir. “Yeyinti məhsulları haqqında” qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Təsvir olunanlara əsasən məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin qərarını əsaslı hesab edir və qeyd edir ki, fərdi sahibkar X7 idxal etdiyi yeyinti məhsullarının qida təhlükəsizliyi sertifikatı olmadan satışını həyata keçirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 447.0, 447.0.4-cü maddəsinə görə istehlakçıların hüquqlarının pozulmasına, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan,lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayət verən vəzifəli şəxs X4 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 447.0.4-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN seriyalı № ******* saylı 02 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin MN seriyalı № ******* saylı 02 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-2525/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2525/2023
12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver