Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2526/2023 25.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon DYPŞ-nin yol nəqliyyat hadisələri üzrə inspektoru X1, Şikayət vermiş şəxs X2 iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Quba rayonu, Tüləkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Quba rayonu, Tüləkəran kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Novxanı qəsəbəsi, fərdi evdə yaşayan, 00DX1WM FİNə malik olan X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023 il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta üzrə işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “FİAT DOBLO” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobillə Novxanı Sahil yolunda hərəkətdə olarkən yol hərəkəti qaydalarına uyğun olaraq sola dönərkən bu zaman eyni istiqamətdə hərəkətdə olan “BMW” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi avtomobili vurmuşdur. Bununla bağlı olaraq onun barəsində xx.xx.2023-cü il tarixdə Binəqədi rayon X11 Şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir və bunun əsasında heç bir araşdırma aparılmadan xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir və qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Bu qərar tamamilə qeyri-qanuni və əsassızdır, həm protokol, həm də qərar qanunvericliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir. Onun tərəfindən yol hərəkəti qaydaları pozulmasına yol verilməmişdir, belə ki, dönmə əməliyyatını yerinə yetirəcəyi yerə 70 metr qalmış sola dönmə işığını yandırmış, dönmə əməliyyatını yerinə yetirmək üçün uyğun zolağı seçərək hərəkəti davam etdirmiş və dönmə əmliyyatını yerinə yetirərkən eyni istiqamətdə hərəkətdə olan “BMW” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs ara məsafəsi saxlamadan və gözləmədən yüksək sürətlə idarə etdiyi avtomobili vurmuşdur. Qeyd olunmalıdır ki, həmin vaxt avtomobili qadın idarə edirdi, avtomobili idarə etməyə səlahiyyəti yox idi, hadisə yerini tərk edərək getmişdir və bir müddət sonra başqa şəxs gəlmişdir. Bu hallar qətiyyən araşdırılmamışdır və protokol tərtib edildiyi günün səhəri qərar çıxarılmışdır. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, siirmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına yol verilmədiyi halda inzibati məsuliyyətə cəlb edilmişdir. Həmçinin protokol tərtib edilərkən sübutlar əlavə edilməlidir, foto-video çəkiliş və s. iş materiallarından da aydın olur ki, onun tərəfindən hər hansı qayda pozulmasına dair heç bir sübut yoxdur. Bu amillər nəzərə alınmadan protokol verilmiş və heç bir araşdırma aparılmadan dərhal qərar qəbul edilmişdir. Qeyd olunmalıdır ki, həm protokol, həm də qərar qanunvericiliyin tələblərinə zidd olaraq eyni əməkdaş tərəfindən tərtib edilmişdir. Bu qərar tamamilə əsassızdır, araşdırılmadan çıxarılmışdır və onun əməlində AR İXM-nin 327.1-ci maddəsinin tərkibi yaranmadığı halda inzibati məsuliyyətə cəlb edilmişdir. Avtomobilə 4000 manat miqdarında maddi ziyan dəymişdir, hadisə baş verərəkən ağır stress keçirmişdir, avtomobili işlədə bilmir. Öhdəsində iki azyaşlı uşaq var, həyat yoldaşı işsizdir. Odur ki, qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X4 şikayət ərizəsini müdafiə edib şikayətdə qeyd olunan xüsusatları təkrarlayaraq Bakı şəhəri Binəqədi RPİ X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023 il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon DYPŞ-nin yol nəqliyyat hadisələri üzrə inspektoru X5 məhkəmə iclasında bildirmişdir ki, X4 barəsində qəbul edilmiş xx.xx.2023 il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. X2 şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, xx.xx.2023-cü il tarixdə Sahil yolu ərazisində ** ZU *** dövlət qeydiyyat nişanlı “Fiat Doblo” markalı avtomobilini idarə edərkən “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin 1-ci bəndinin tələblərini pozmuşdur. İnzibati xəta haqqında protokol şikayətçinin iştirakı ilə tərtib olunmuşdur. Qeyd olunan avtomobil saxlanılarkən video kameralar işlək vəziyyətdə olmuşdur. Diskdə olan görüntülərdə X4 tərəfindən olan qayda pozuntusu öz əksini tapır. Vətəndaş saxlanılarkən qanunvericiliyin tələblərinə uyğun hüquq və vəzifələr izah olunmuşdur. Göstərilənlərə əsasən X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023 il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə şikayət vermiş şəxsin və Bakı şəhəri Binəqədi Rayon DYPŞ-nin yol nəqliyyat hadisələri üzrə inspektoru X3 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, diskə baxış keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023 il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 “Fiat Doblo” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2023 il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 “Fiat Doblo” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində inzibati cərimə olunmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya münasibətdə hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarından görünür ki, X4 “Fiat Doblo” markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə saxlanılmış, barəsində xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2023 il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023 il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi X9 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023 il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-2526/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2526/2023
25.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver