Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2526/2024 26.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Bakı şəhər DYPİ-in inzibati tənbeh vermə haqqında 05 aprel 2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X4 məhkəməyə müraciət edərək, Bakı şəhər DYPİ-in inzibati tənbeh vermə haqqında 05 aprel 2024-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər DYPİ-in inzibati tənbeh vermə haqqında 05 aprel 2024-cü il tarixli TP ******* nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 80 (səksən) manat cərimə edilmişdir. Halbuki, o həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Belə ki, 25 mart 2024-cü il tarixdə özünə məxsus “Hyundai Tucson minik” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Binəqədi rayonu 4-cü mikrorayon dairəsindən 9-cu mikrorayon istiqamətində hərəkətdə olarkən svetoforun yaşıl işığında dairəyə daxil olmuş, tıxac yarandığı üçün hərəkət intensivliyi aşağı düşmüş, dairəni keçərkən isə artıq qırmızı işıq yanmışdır. Bunu görən yol patrul xidməti inspektoru onu dayandırmış və qayda pozuntusuna yol verdiyini bildirərək inzibati xəta haqqında protokol tərtib edəcəyini bildirmişdir. İnspektora ondan asılı olmadan, tıxaca düşdüyü üçün hərəkətinə davam etdiyini bildirsə də, müsbət nəticəsi olmamışdır. Həmin protokol əsasında 05 aprel 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarı qanunsuz və əsassız hesab etdiyindən məhkəməyə şikayətlə müraciət etmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin inzibati tənbeh vermə haqqında 05 aprel 2024-cü il tarixli TP ******* nömrəli qərarından görünür ki, “Hyundai Tucson minik” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bililib 80 (səksən) manat cərimə edilməsi barədə qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü ildə saat 16:36-da həmin avtomobil ilə Bakı şəhəri Hüseyn Seyidzadə 132A ünvanda hərəkətdə olarkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin qeydə aldığı videofayldan görünür ki, X4 idarə etdiyi “Hyundai Tucson minik” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Hüseyn Seyidzadə 132A ünvanda hərəkətdə olarkən, svetoforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirir. Şikayət verən A.Ə.Əhmədov svetoforun yaşıl işığı yanarkən dairəyə daxil olduğunu bildirsə də, xüsusi texniki vasitənin qeydə aldığı görüntüdə bu öz təsdiqini tapmamışdır. Əksinə müəyyən edilmişdir ki, svetoforun qadağanedici siqnalı verildikdə sürücü A.Ə.Əhmədovun idarə etdiyi avtomobil svetoforun qarşısında dayanmış, ondan irəlidə dayanmış avtomobil hərəkətini davam etdirərkən A.Əhmədovda onun arxasında hərəkətə başlamışdır. Halbuki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İ və İİ bəndələrinə görə svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X2 Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin inzibati tənbeh vermə haqqında 05 aprel 2024-cü il tarixli EQ ******* nömrəli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X1 Bakı şəhər DYPİ-in inzibati tənbeh vermə haqqında 05 aprel 2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-2526/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2526/2024
26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver