Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2527/2024 17.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin polis sahə rəisi, baş leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə. xx.xx.1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi işlə məşğul olan, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22.30 radələrində Bakı şəhəri, Biləcəri qəsəbəsi, Mirzə Abidin küçəsi ərazisində Nissan markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtomaşını yüksək sürətlə idarə edərkən DYP-nin əməkdaşı “sağla” işarəsi vermiş, sürücüyə yaxınlaşaraq qayda pozuntusunu izah edən zamanı sürücü Şəxs kəskin spirt qoxusu gəldiyi üçün avtomobili tərk etməsi, həkim müayinəsindən keçməli olduğu bildirilmişdir. X2 DYP əməkdaşlarının qanuni tələbinə tabe olmamış və müqavimət göstərmişdir. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin polis sahə rəisi, baş leytenantı X8 tərəfindən xx.xx.2024-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin polis sahə rəisi, baş leytenantı X8 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22.30 radələrində Bakı şəhəri, Biləcəri qəsəbəsi, Mirzə Abidin küçəsi ərazisində Nissan markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtomaşını yüksək sürətlə idarə edərkən DYP-nin əməkdaşı “sağla” işarəsi vermiş, sürücüyə yaxınlaşaraq qayda pozuntusunu izah edən zamanı sürücü Şəxs kəskin spirt yoxusu gəldiyi üçün avtomobili tərk etməsi, həkim müayinəsindən keçməli olduğu bildirilmişdir. X2 DYP əməkdaşlarının qanuni tələbinə tabe olmamış və müqavimət göstərmişdir. Buna görə də, məhkəmədən inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs çıxış edərək, təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq barəsində mümkün qədər yüngül inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən X1 hüquqlarını müdafiə etdiyi şəxs Şəxs təqsirini etiraf etməsini və səmimi peşmançılığını, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq, barəsində mümkün qədər yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini və protokol tərtib edən şəxsi dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs inzibati iş üzrə təqsirli hesab edilməlidir. Belə ki, İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsini və səmimi peşmançılığı, himayəsində 2 (iki) azyaşlı övladının olması və il ərzində ilk dəfə inzibati xəta törətməsi cəzanı yüngülləşdirən haldır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22.30 radələrində Bakı şəhəri, Biləcəri qəsəbəsi, Mirzə Abidin küçəsi ərazisində Nissan markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtomaşını yüksək sürətlə idarə edərkən DYP-nin əməkdaşı “sağla” işarəsi vermiş, sürücüyə yaxınlaşaraq qayda pozuntusunu izah edən zamanı sürücü Şəxs kəskin spirt qoxusu gəldiyi üçün avtomobili tərk etməsi, həkim müayinəsindən keçməli olduğu bildirilmişdir. X2 DYP əməkdaşlarının qanuni tələbinə tabe olmamış və müqavimət göstərmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 3 saata görə 18 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat cərimə edisin. Şəxs inzibati tutulmadan azad edilsin. X1 məhkəmə baxışı zamanı 3 (üç) saat əmək haqqının məbləği 18 (on səkkiz) manat "xxxx" ASC-nin Binəqədi filialına(kod200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBA Z2X,hesab№AZ48AİİB********************,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində tərəflər işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2527/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2527/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver