Məhkəmə qərarları › İş №3(001)-2530/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2530/2022

07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2530/2022 07.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X19 katibliyi, Zərərçəkmiş şəxs, Nəsimi rayon prokurorunun köməkçisi, 2-ci dərəcəli hüquqşünas X9, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mənzil Tikinti Kooperativi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Bakı şəhəri Nəsimi rayon prokurorluğundan daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mənzil Tikinti Kooperativi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Bakı şəhəri Nəsimi rayon prokurorluğunun qərarı və qərara əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mənzil Tikinti Kooperativinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə göndərdiyi etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 21 oktyabr 2016-cı il tarixli 196 №-li Sərəncamı əsasında 1/4 saylı xx.xx.2016-cı il tarixli Ayrıc Aktı ilə Nəsimi rayonu, Xan Şuşinski, Abbas Səhhət, Nəsibbəy Yusifbəyli küçələrinin və Azadlıq prospektinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 1.21 ha sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Şəxs Mənzil Tikinti Kooperativinə istifadəyə verilmişdir. Ona görə də ərazinin hasarlanması qeyd edilən xx.xx.2016-cı il tarixli Sərəncamın icrasının təmin edilməsi və 1/4 saylı xx.xx.2016-cı il tarixli Ayrıc Aktı ilə bağlıdır. Həmin ərazidə yaşayan əksər sakinlərlə əvəzləşmə müqavilələri bağlanılmış və onlar müvəqqəti yaşayış sahələrinə köçürülmüşlər. Həmin ərazidə hal-hazırda tikinti işləri davam edilir. Şəxs MTK tərəfndən yalnız onunla müqavilə bağlayan sakinlərin evləri sökülürdü, digər şəxslərə isə bildirişlər göndərilərək müqavilə bağlanılması təklif olunmuşdur. Şəxs MTK tərəfindən razılaşma olmadan qəsdən heç bir mülkiyyətçinin mənzili sökülməmiş və mənzilə heç bir zərər vurulmamışdır. Nəsimi rayon prokurorluğu tərəfindən aparılan araşdırma zamanı Şəxs inzibati xətanın törədilməsində təqsirinin olmasını sübut edilməmiş, iş üzrə bununla bağlı şahid ifadələri alınmamış və digər zəruri sübutlar işə əlavə edilməmişdir. Qərarın özündə yalnız inzibati hadisənin törədilməsi faktı qeyd edilmiş, həmin hadisənin kimin tərəfindən törədilməsi və təqsirinin olması barədə heç bir dəlil göstərilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs çıxış edərək bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 45 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Daha doğrusu həmin evi 1998-ci ildə həmin vaxt onun işçisi olan bacısı qızının yoldaşı X4 adına almışdır. Arif isə bunun əvəzində ona evlə bağlı bütün hüquqi prosedurları həyata keçirə bilmək üçün etibarnamə vermişdir. 2022-ci ilin aprel ayınadək oğlu Həmid Miralayev, həyat yoldaşı və 2 övladı ilə birlikdə mütəmadi olaraq həmin ünvanda yaşamışdır. O və həyat yoldaşı isə həm o ünvanda, həm qızıgildə həm də Qazax şəhərindəki evlərində yaşamışlar. Təxminən bir il yarım bundan öncə onlara məlum olmuşdur ki, onların yaşadıqları ünvan plana düşmüşdür və həmin plan əsasında sözügedən ərazidə “Gloria Palace’' MTK tərəfindən yüksək mərtəbəli yaşayış binası inşa ediləcəkdir. Bu məqsədlə təxminən 20 dəfəyə yaxın MTK-nin rəhbər şəxsləri olan Emil və Bahadur adlı şəxslər ilə mütəmadi olaraq görüşərək fərdi yaşayış evinin sökülməsi ilə bağlı razılıq əldə etmək üçün söhbətlər etmişlər. Lakin, bu günə qədər Şəxs MTK ilə razılıq əldə edə bilməmişlər. xx.xx.2022-ci il tarixdə isə o, Qazax şəhərində olarkən səhər saat 11 radələrində qonşusu Ələddin Məmmədov ona zəng edərək təcili Bakı şəhərinə gəlməyini və evinin dam örtüyünün Şəxs MTK-nın əməkdaşları tərəfindən qanunsuz olaraq söküldüyünü bildirmişdir. O da təcili olaraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə çatdıqda evin dam örtüyünün yararsız hala salındığını görüb Şəxs MTK-nın yaxınlıqda yerləşən ofisinə getmişdir. Orada Bahadur və Emin adlı şəxslərlə görüşüb evinin dam örtüyünün təcili olaraq bərpa edilməsini tələb etmişdir. Onlar isə heç nəyi bərpa etməyəcəklərini bildirərək haraya istəsə şikayət edə biləcəyini demişlər. Bu söhbətdən təxminən 2-3 gün sonra güclü yağışlar yağdığı zaman isə onun evinə yağış suları dolduğu üçün və ev əşyaları məhv olduğu üçün bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 45 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün xx.xx.2022-ci il tarixdə “Gloria Palace" MTK-nın əməkdaşları tərəfindən yararsız vəziyyətə salındığını, qonşusu Ələddin Məmmədovun bildirdiyinə görə isə xx.xx.2022-ci il tarixdə saat 11 radələrində həmin ünvandan getdikdə evin dam örtüyünün yerində olduğunu, xx.xx.2022-ci il tarixdə isə həmin ünvana gəldikdə dam örtüyü dağıdılmış vəziyyətdə olduğunu, Ələddin Məmmədovun bildirdiyinə görə evin dam örtüyünün xx.xx.2022-ci il tarixdə axşam saatlarında söküldüyünü, Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 45 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün dağıdılması nəticəsində evin dam örtüyündən əlavə yağış nəticəsində evdəki əşyaların bəzilərinin də yararsız vəziyyətə düşdüyünü, həmin əşyalarla birlikdə ona ümumilikdə təxminən 8000-9000 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında Nəsimi rayon prokurorunun köməkçisi, 2-ci dərəcəli hüquqşünas X14 rəy verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Şəxs MTK-nın əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 45 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün sökülməsi nəticəsində sonuncuya 3132.5 manat maddi ziyan vurulmaqla özgə əmlakı qəsdən məhv edilmişdir. Nəticədə Şəxs MTK tərəfindən İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 11 avqust 2022-ci il tarixli qərar baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, inzibati icraata başlamaq haqqında qərar qəbul etmiş Nəsimi Rayon Prokurorluğunun rəyini dinləyərək belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 11 avqust 2022-ci il tarixli qərar ləğv edilməli və iş yenidən baxılması üçün Nəsimi rayon prokurorluğuna qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 45 ünvanında yerləşən ümumi sahəsi 172.40 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında X10, X11 və X5 məxsusdur. 04 iyul 2022-ci il tarixli, 10/3949 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 45 ünvanında yerləşən fərdi yaşayış evində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 3132,5 manat məbləğində müəyyən olunmuşdur. 17 iyul 2022-ci il tarixli qərardan görünür ki, 221-C-22 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs MTK barəsində İXM-in 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması məsələsinə baxılması üçün toplanmış material rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. 19 iyun 2017-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 45, 47, 49. 51, 53, 55, 57 saylı fərdi yaşayış evlərinə texniki baxış keçirilərkən həmin evlərin mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab verməməsi qeyd edilmişdir. Nəsimi Rayon Prokuroru baş ədliyyə müşaviri Həsən Hənifəyev tərəfindən qəbul edilmiş 11 avqust 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlama haqqıda qərarda Miralayev bdurəhman Həmid oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 45 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün sökülməsi nəticəsində sonuncuya 3132,5 manat məbləğində maddi ziyanın vurulmaqla özgə əmlakını qəsdən məhv etmə və ya zədələməklə Şəxs MTK tərəfindən İXM-nin 232-1-ci maddəsində nəərdə tutulan inzibati xətanın törədilməsinin Zərərçəkmiş şəxs, X1 izahatları, hadisə yerinə baxış protokolu,məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə təsdiq edildiyi götərilsə də, göstərilən inzibati xətanın məhz Şəxs MTK-nın əməkdaşları tərəfindən törədilməsini təsdiq edəcək hər hansı bir sübut iş materialına əlavə edilməmişdir. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə materiallar araşdırılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 45 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında X10, X11 və X5 məxsusdur. X11 tərəfindən 02 mart 2014-cü il tarixdə X2 etibarnamə verərək sözügedən fərdi yaşayış evi ilə bağlı hüquqların həyata keçirilməsini etibar etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında Zərərçəkmiş şəxs 06 may 2022-ci il tarixdə o Qazax şəhərində olarkən səhər saat 11:00 radələrində qonşusu Ələddin Məmmədovun ona zəng edərək evinin dam örtüyü Şəxs MTK tərəfindən söküldüyü barədə məlumat verdiyini bildirmişdir. Aparılan araşdırma zamanı Şəxs MTK-da nəzarətçi vəzifəsində işləyən Nümayəndə1 izahatında Şəxs MTK tərəfindən X2 məxsus mənzilin dam örtüyünün sökülmədiyini, X7 Miralayevin evi bitişik olduğundan Famil Mutafayevə məxsus mənzil sökülərkən Zərərçəkmiş şəxs mənzilinin dam örtüyünə ziyan dəymiş ola biləcəyini, amma şəxsə məxsus mənzilin dam örtüyünün Şəxs MTK-nın işçiləri tərəfindən qəsdən sökülmədiyini bildirmişdir. Aparılan araşdırma zamanı Şəxs MTK-da nəzarətçi vəzifəsində işləyən Nümayəndə1 izahatında Şəxs MTK tərəfindən X2 məxsus mənzilin dam örtüyünün sökülmədiyini, X7 Miralayevin evi bitişik olduğundan Famil Mutafayevə məxsus mənzil sökülərkən Zərərçəkmiş şəxs mənzilinin dam örtüyünə ziyan dəymiş ola biləcəyini, amma şəxsə məxsus mənzilin dam örtüyünün Şəxs MTK-nın işçiləri tərəfindən qəsdən sökülmədiyini bildirmişdir. Şəxs MTK-da nəzarətçi vəzifəsində işləyən X18 izahatında Şəxs MTK tərəfindən X2 məxsus mənzilin dam örtüyünün sökülmədiyini, bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Göründüyü kimi, X6 ona məxsus evin dam örtüyünün Şəxs MTK-nın işçiləri tərəfindən sökülməsi barədə ona qonşusu X3 məlumat verdiyini bildirmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan zaman isə X3 ifadəsi alınmamışdır. İş materiallarında olan 17 iyul 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarda göstərilmişdir ki, araşdırmanın aparılması zamanı izahatının alınması məqsədi ilə X8 ilə bir neçə dəfə telefon vasitəsi ilə əlaqə saxlanılmış, telefon danışığı zamanı Ələddin Məmmədov hazırda Bakı şəhərində olmadığını, iyul ayının sonu avqust ayının əvvəli Bakı şəhərinə gələcəyini və həmin vaxt izahat vermək üçün Nəsimi rayon Prokurorluğuna yaxınlaşacağını, bundan əlavə 06 may 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus evin damının dağıdılmış olduğu üçün Zərərçəkmiş şəxs məlumat verdiyini və ona təcili həmin ünvana gəlməli olmasını bildirdiyini, bundan başqa əməlin yalnız Şəxs MTK-nın əməkdaşları tərəfindən törədilə biləcəyini demişdir. Digər tərəfdən, iş materiallarında olan 17 iyul 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarda göstərilmişdir ki, Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 45 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün 06 may 2022-ci il tarixdə Şəxs MTK-nın əməkdaşları tərəfindən yararsız vəziyyətə salındığını, qonşusu Ələddin Məmmədovun ona bildirdiyinə görə 05 may 2022-ci il tarixdə həmin ünvandan getdikdə evin dam örtüyünün yerində olması, 06 may 2022-ci il tarixdə isə həmin ünvana gəldikdə dam örtüyünün dağıdılmış vəziyyətdə olması, evin dam örtüyünün 05 may 2022-ci il tarixində axşam saatlarında söküldüyünü, Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 45 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün dağıdılması nəticəsində evin dam örtüyündən əlavə yağış nəticəsində evdəki əşyaların da bəzilərinin yararsız vəziyyətə düşdüyünü, həmin əşyalarla birlikdə ona ümumilikdə təxminən 8000-9000 manat mənləğində maddi ziyan dəydiyini bildirmişdir. Verilmiş izahatların mətnindən aydın olur ki, Zərərçəkmiş şəxs ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 45 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün dağıdılması barədə qonşusu Ələddin Məmmədov məlumat versə də, Zərərçəkmiş şəxs Nəsimi rayon Prokurorluğunda aparılan araşdırma zamanı müstəntiq tərəfindən ona verilən suallara cavab verərkən Ələddin Məmmədovun ona bildirdiyinə görə 05 may 2022-ci il tarixdə sözügedən ünvandan getdikdə evin dam örtüyünün yerində olmasını, 06 may 2022-ci il tarixdə isə həmin ünvana gəldikdə evin dam örtüyünün dağıdılmış vəziyyətdə olmasını bildirmişdir. Beləliklə, iş materiallarından aydın olur ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 45 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyü sökülən zaman yəni 05 may 2022-ci il tarixdə Ələddin Məmmədov hadisə yerində olmamış, yalnız 06 may 2022-ci il tarixdə səhər saatlarında ora qayıdan zaman evin dam örtüyünün söküldüyünü görmüşdür. Nəsimi Rayon Prokurorluğu tərəfindən inzibati xəta haqında iş üzrə icraat aparılan zaman göstərilən xüsusatlar araşdırılmamış, Ələddin Məmmədovun hadisənin baş verdiyi gün yəni 05 may 2022-ci il tarixdə orada olmamasına baxmayaraq Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 45 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün məhz Şəxs MTK-nın əməkdaşları tərəfindən sökülməsinə dair nəticəyə necə gəlməsi məsələsi aydınlaşdırılmamışdır. Eyni zamanda İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın Şəxs MTK-nın əməkdaşları tərəfindən törədilməsini təsdiq edəcək sübutlar iş materiallarına əlavə edilməmişdir. İXM-nin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 75-ci maddsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi);inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 79-cu maddəsinə əsasən zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Mənbəyi məlum olmayan məlumatlara əsaslanan şahid izahatları sübut hesab edilmir. Beləliklə, məhkəmə hesab edir ki, Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 11 avqust 2022-ci il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Nəsimi rayon prokurorluğuna göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 11 avqust 2022-ci il tarixli qərar ləğv edilsin və iş yenidən araşdırılması üçün Nəsimi rayon prokurorluğuna qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar