Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2533/2020 21.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X28 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs MTK- etibarnamə üzrə nümayəndəsi X19, Protokolu tərtib etmiş orqan Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru X20, Tələbkarlar X21 etibarnamə üzrə nümayəndəsi X22, X29, X30, X46 etibarnamə üzrə nümayəndəsi X4 və X23 etibarnamə üzrə nümayəndəsi X13 iştirakı ilə xx.xx.1951-ci il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şəxs rayonu, Siyaqut kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış,Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Ç.İldırım küçəsi, 47/45 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Mənzil Tikinti Kooperativinin rəhbəri X27 oğlunun barəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Binəqədi rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru X36 icra sənədi üzrə borclu Şəxs MTK-nın rəhbəri X3 İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Binəqədi rayon məhkəməsinə təqdim etmişdir. Tərtib edilmiş inzibati protokoldan və ona əlavə edilmiş materiallardan və icra işindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4396/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və Şəxs həmin Kooperativin rəhbərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətlərinin, o cümlədən «xxxx» MTK, «xxxxxxxxxxxx» MMC, «xxxxxxxxxxxxxxxx» MMC, «xxxxxxxxxxxxxxxx» MMC-nin üzərinə iddiaçı X24 «xxxxxx» MMC ilə bağladığı xx.xx.2006-cı il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə 630 kv/metr qeyri-yaşayış sahəsi ilə iddiaçı X1 “xxxxxx” MMC ilə bağladığı xx.xx.2006-cı il tarixli, xx.xx.2007-ci il tarixli, 21.01,2008-ci il tarixli müqavilələr əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə 80.000 ABŞ dolları olan mənzil ilə iddiaçı X46 “xxxxxx” MMC ilə bağladığı xx.xx.2007-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 132 kv.metr olan mənzil ilə, iddiaçı X16 “xxxxxxx” MMC ilə bağladığı xx.xx.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsi ilə xx.xx.2007-ci il tarixli müqavilə əsasında isə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 61 kv.metr olan mənzil ilə, iddiaçı X10 “xxxxxx” MMC ilə bağladığı xx.xx.2007-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 20 kv metr olan qeyriyaşayış sahəsi ilə, iddiaçı X2 “xxxxxx” MMC ilə bağladığı xx.xx.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massində və ya ona yaxın ərazidə sahəsi 60 kv metr olan mənzil ilə, iddiaçı X23 “xxxxxx” MMC ilə bağladığı xx.xx.2008-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal masssivində və ya ona yaxın ərazidə sahəsi 81.5 kv metr olan mənzil ilə, iddaiçı X7 “xxxxxx” MMC ilə bağladığı xx.xx.2008ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın olan ərazidə sahəsi 50 kv metr olan qeyri-yaşayış sahəsi ilə, xx.xx.2009-cu il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal masivində və ya ona ərazidə sahəsi 100 kv.metr ola mənzillə, xx.xx.2009-cu il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal masssivində və ya ona yaxın ərazidə sahəsi 100 kv metr olan mənzil ilə, iddiaçı X37 “xxxxxx” MMC ilə bağladığı xx.xx.2009-cu il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 61 kv metr olan mənzil ilə, iddaçı X25 “xxxxxxx” MMC ilə bağladığı xx.xx.2009-cu il tarixli müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 94 kv metr olan mənzil ilə, iddiaçı X14 “xxxxxx” MMC ilə bağladığı xx xxxx 2007-ci il tarixli müqavilə üzrə sonrakı pay haqqını-33.740 ABŞ dolları qəbul edərək onu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 112_kv metr olan mənzil ilə, iddaiçı X15 “xxxxxx” MMC ilə bağladığı xx.xx.2007-ci il tarixli müqavilə üzrə sonrakı pay haqqını-19.160 ABŞ dollarını qəbul edərək onu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 132 kv/ metr olan mənzil ilə, iddiaçı X26 “xxxxxx” MMC ilə bağladığı xx.xx.2008-ci il tarixli müqavilə üzrə sonrakı pay haqqını-2 050 ABŞ dollarını qəbul edərək onu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 60 kv metr olan mənzil ilə, iddiaçı X5 “xxxxxx” MMC ilə bağladığı xx.xx.2009-cu il tarixli müqavil üzrə sonrakı pay haqqını- 17.600 manatı qəbul edərək onu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazdə sahəsi 71.27 kv metr olan mənzillə, xx.xx.2009-cu il tarixli müqavilə üzrə sonrakı pay haqqını 13.364 manatı qəbul edərək onu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində və ya ona yaxın ərazidə sahəsi 61 kv metr olan mənzil ilə, iddiaçı X8 “xxxxxx” MMC ilə bağladığı xx.xx.2010-cu il tarixli müqavilə üzrə sonrakı pay haqqını - 8.810 manat qəbul edərək onu Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massində və ya ona yaxın ərazidə sahəsi 59 kv metr olan mənzil ilə təmin etmək vəzifəsi qoyumuşdur. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru X36 izahatında bildirdi ki, borclu Şəxs» MTK-nın rəhbəri X6 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-4396/2018 saylı icra vərəqəsinin icrası ilə bağlı bildiriş göndərilərək icra şöbəsinə gələrək borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilsə də, icra sənədinin bir hissəsi -9 mənzilin tələbkarlara təhvil verilməsi MTK-nın rəhbərliyi tərəfindən icra olunmuş, qalan hissəsi, yəni 6 nəfər tələbkara mənzil verilməsindən və icra vərəqəsini tam icra edilməsindən imtina olunmuşdur. Buna görə də, icra məmuru qeyd edilənləri nəzərə alaraq Şəxs» MTK-nın rəhbəri X3 inzibati məsuliyyətə cəlb edilməsi və onun inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən tələbkarlar X21 etibarnamə üzrə nümayəndəsi X38, X43, X39, X46 etibarnamə üzrə nümayəndəsi X11 və X23 etibarnamə üzrə nümayəndəsi X31 eyni məzmunda çıxış edərək borclu Şəxs MTK-nın rəhbəri X9 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-4396/2018 saylı icra vərəqəsini tam icra etmədiyinə görə onun inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş etdilər. Tələbkarlar məhkəməyə Razılaşma təqdim edərək mövqelərini onunla əsaslandırmışdırlar ki, məhkəmə qətnaməsinə əsasən həmin mənzillərin tələbkarlara verilməsi 2 cavabdehə həvalə olunsa da, əslində tərəflər arasında bağlanmış həmin razılaşmaya görə Bakı şəhər İcra Hakimiyyəti mənzil tikmək üçün torpaq sahəsinin ayrılmasını öhdəsinə götürmüş, həmçinin MTK tərəfindən tikiləcək və qanunvericiliyə görə Bakı şəhər İcra Hakimiyyətinə ayrılmalı olan 10 faiz paydan imtina etmişdir ki, bütün öhdəlik MTK tərəfindən icra olunsun. Buna görə də, tələbkarlar qeyd edilənləri nəzərə alaraq Şəxs» MTK-nın rəhbəri X3 inzibati məsuliyyətə cəlb edilməsi və onun inzibati qaydada cəzalanmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs MTK-nın etibarnamə üzrə nümayəndəsi X40 göstərmişdir ki, nə həmin aktı qəbul etmiş məhkəmə, nə də icra sənədinin icrası həvalə edilmiş icra məmuru, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx xxxxxxxx 2015-ci il tarixli qərarının tələblərinə əməl etməmiş, yalnız bir borclu Şəxs MTK barəsində icra sənədi tərtib olunaraq ərazi aidiyyatı üzrə Binəqədi rayon icra və probasiya şöbəsinə göndərilmiş, digər borclu Bakı şəhər İcra Hakimiyyəti barədə icra sənədi tərtib olunmamış və ərazi aidiyyatı üzrə göndərilməmiş, icra məmuru tərəfindən də qeyd olunan noqsanlar aradan qaldırılmamış və icra sənədi üzrə öhdəliyin yalnız bir borcludan -Şəxs MTK tərəfindən icra olunması tələb olunmuşdur.Halbuki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4396/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən məlum olur ki, öhdəliyin - iki cavabdeh, yəni Bakı şəhər İcra Hakimiyyəti və Şəxs tərəfindən birgə icra edilməli olduğu məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur.Şəxs tərəfindən artıq 9 tələbkara mənzil verilməsi təmin olunmuşdur, onlar hesab edirlər ki, məhkəmə qətnaməsinə əsasən öhdəlik iki cavabdehin üzərinə qoyulduğundan, icra sənədi qalan hissədə digər borclu tərəfindən icra olunmalıdır. Buna görə də, borclunun etibarnamə üzrə nümayəndəsi - borclu Şəxs rəhbəri barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Protokolu tərtib edən icra məmuru X32, tələbkarları və onların nümayəndələrini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx xxxxxxxx 2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 8 və 26-cı maddələrinin müddəalarına müvafiq olaraq, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir.Eyni zamanda, məhkəmələr tərəfindən bu qaydalara riayət edilməməsi icra məmurunu icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərmək vəzifəsindən azad etmir. Lakin, iş materiallarından görünür ki, nə həmin aktı qəbul etmiş məhkəmə, nə də icra sənədinin icrası həvalə edilmiş icra məmuru, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx xxxxxxxx 2015-ci il tarixli qərarının tələblərinə əməl etməmiş, yalnız bir borclu Şəxs MTK barəsində icra sənədi tərtib olunaraq ərazi aidiyyatı üzrə Binəqədi rayon icra və probasiya şöbəsinə göndərilmiş, digər borclu Bakı şəhər İcra Hakimiyyəti barədə icra sənədi tərtib olunmamış və ərazi aidiyyatı üzrə göndərilməmiş, icra məmuru tərəfindən də qeyd olunan noqsanlar aradan qaldırılmamış və icra sənədi üzrə öhdəliyin yalnız bir borcludan -Şəxs MTK tərəfindən icra olunması tələb olunmuşdur.Halbuki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4396/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən öhdəliyin iki cavabdeh - Bakı şəhər İcra Hakimiyyəti və Şəxs tərəfindən birgə icra edilməli olduğu məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Həmçinin, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, həmin icra sənədinin böyük bir hissəsi, yəni 9 mənzilə dair hissəsi artıq -Şəxs MTK tərəfindən icra olunmuşdur, qalan hisəsindən icrasından -Şəxs MTK-nın rəhbərliyinin qərəzli olaraq imtina etməsi müəyyən olunmamışdır.Belə ki, Şəxs MTK-nın nümayəndəsinin izahatından da aydın olur ki, MTK həmin qətnamənin hansı hissəsinin onlar tərəfindən, hansı hissəsinin isə digər borclu Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icra olunmalı olduğuna aydınlıq gətirilməsini istəyirlər. Bu isə onu göstərir ki, borclu icra sənədini icra etməkdən qərəzli şəkildə və qəsdən yayınmadığından və icra sənədinin böyük bir hissəsini artıq icra edilyindən, həmin icra sənədi üzrə öhdəliyin hansı hissəsinin, hansı borclu tərəfindən icra olunmalı olduğuna dəqiq aydınlıq gətirilmədən Şəxs MTK-nın rəhbəri X3 İXM-nin 528.1-ci maddəsi ilə cəzalandırılması mümkün deyildir. Belə olan halda Şəxs» MTK-nın rəhbəri X27 oğlu barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən bu nəticəyə gəlirəm ki, Şəxs» MTK-nın rəhbəri X27 oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirsiz hesab edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 40, 43, 48-51, 53, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs MTK-nın rəhbəri X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibat xətanı törətməkdə təqsirsiz hesab edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2533/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2533/2020
21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver