Məhkəmə qərarları › İş №3(001)-2535/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2535/2022

05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2535/2022 05.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X9 iclas katibliyi, X1 iştirakı ilə X1 Abşeron rayon DYP Yol Patrul xidməti inspektoru polis serjantı X10 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin iclasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X2 Abşeron rayonu DYP Yol Patrul xidməti inspektoru polis serjantı X10 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, 03 may 2020-ci il tarixdə barəsində Abşeron rayonu, Mehdiabad ərazisində saat 00.40-da Abşeron rayon DYP Yol Patrul Xidmətinin inspektoru polis kiçik serjantı X10 tərəfindən İXP ******* saylı protokol tərtib edilmiş və protokol əsasında xx.xx.2020-ci il tarili TP ******* saylı qərar qəbul olunmuşdur.O, hesab edir ki, Abşeron DYP-nin Yol Patrol Xidməti inspektoru polis kiçik serjantı X7 tərtib etdiyi AR İXM-nin 211-ci maddəsi ilə qəbul olunmuş qərar qanunsuz olaraq verilmişdir.Belə ki, o, həmin dövrdə hamilə olmuşdur, xx.xx.2020-ci il tarixdə gecə saat 23.55-də qohumunun X5 ölüm xəbərini eşitdikdə həyəcandan qanaxması baş vermişdir.Həmin dövrdə təcili yardım briqadası 2 saatdan tez gəlmədiyi üçün ailə həkimləri ilə məsləhətləşərək təcili qan dayandırıcı iynə vurdurmaq məqsədi ilə 24 saat işləyən aptekə getmək üçün 051 533 24 95 mobil nömrəsindən 8103 nömrəsinə icazə almaq üçün SMS göndərdikdən sonra yoldaşı ilə birgə şəxsi avtomobilləri yaşayış yerini tərk etmişdirlər.Abşeron rayonu, Mehdiabad ərazisində saat 00.40 radələrində Abşeron rayon DYP Yol Ratrul Xidmət İnspektoru polis kiçik serjantı X10 icazəni yoxlamaq üçün şəxsiyyət vəsiqələrini istəmiş, yoxladıqdan sonra aşkar olunmuşdur ki, yoldaşının adı portalda olsa da, onun adına portalda SMS icazə aşkar edilməmişdir.SMS-i göstərdikdə aşkarlanmışdır ki, şəxsiyyət vəsiqəsinin nömrəsinin iki rəqəmini səhv qeyd etmişdir. O, həmin gün və ondan öncə ki günlər ümumiyyətlə sms icazə almamışdır.O, polis əməkdaşına vəziyyəti ilə bağlı olaraq təcili həkimə getməli olduqlarını bildirsələr də, polis əməkdaşı onun barəsində AR İXM-nin 211-ci maddəsi ilə protokol tərtib edilmişdir.Buna görə də, şikayətçi hesab edir ki, barəsində tərtib edilmiş protokol və protokol əsasında qəbul edilmiş qərar əsassızdır. X2 yuxarıda göstərilənləri nəzərə alaraq Abşeron rayonu DYP Yol Patrul xidməti inspektoru polis serjantı X10 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylıqərarın ləğv edilib iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 şikayətdə göstərilənləri nəzərə alaraq Abşeron rayonu DYP Yol Patrul xidməti inspektoru polis serjantı X10 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarını ləğv edib iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati orqan Abşeron rayonu DYP Yol Patrul xidməti inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin protokolu tərtib edən İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirəsalınması haqqında vəsatət verməmişdir.Buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Şikayətçinin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, şikayət rədd edilməlidir. Belə ki, Abşeron rayonu DYP Yol Patrul xidməti inspektoru polis serjantı X10 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarına əsasən məlum olur ki, X6 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.Lakin hadisə baş verən vaxt qüvvədə olan qanunvericiliyin tələbinə görə fiziki şəxslərə görə bu cərimənin məbləğinin 100 manat təşkil edirdi. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd edilməlidir.Belə ki, iş materiallarında olan Abşeron rayonu DYP Yol Patrul xidməti inspektoru polis serjantı X10 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarara və özünün izahatına əsasən məlum olur ki, X6 tərəfindən qanunun qeyd edilən tələblərinə tam əməl olunmamış və o, müvafiq qaydada SMS icazə almadan yaşadığı mənzili tərk etmişdir.Belə ki, inzibati xəta baş verən zaman, yəni 2020-ci il tarixdə qüvvədə olan Azərbaycan Respublikası İXM-nin 211ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilirdi.Belə ki, həmin vaxtı COVİD-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməsi müəyyən edilmişdir.Həmin qərarın müvafiq bəndinə əsasən məlum olur ki, şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “ETəbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir: 1 rəqəmi-təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu 4 ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir, 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir.Buna görə də, məhkəmə hesab edir ki, X2 Abşeron rayonu DYP Yol Patrul xidməti inspektoru polis serjantı X10 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət əsassız olduğundan və bunun əksi məhkəmə sübut olunmadığından şikayət rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 128 və 130-cu maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Abşeron rayonu DYP Yol Patrul xidməti inspektoru polis serjantı X10 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət rədd edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar