Məhkəmə qərarları › İş №3(001)-254/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-254/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-254/2025 08.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 01 aprel 2024-cü il tarixli İXP ******* №li inzibati xəta haqqında protokolun icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: 07 yanvar 2025-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə Binəqədi rayon Polis idarəsinin 19 dekabr 2024-cü il tarixli 3-13-46/2-54371 №-li məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 01 aprel 2024-cü il tarixli İXP ******* №-li Protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən Protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, materiala əlavə olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(001)-6528/2024 nömrəli qərardadından görünür ki, sözügedən inzibati xəta haqqında protokol natamam olduğundan, işə baxılarkən natamamlığı tamamlamaq mümkün olmadığından onu tərtib etmiş orqana geri qaytarılmışdır. Məhkəmənin qərardadı qüvvədədir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan qərardadda göstərilmiş natamamlığı aradan qaldırmadan yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib olunmuş 01 aprel 2024-cü il tarixli İXP ******* №-li Protokolda işə baxılarkən tamamlamaq mümkün olmayan natamamlıqlar vardır, buna dair qüvvədə olan məhkəmə qərardadı mövcuddur, protokolu tərtib etmiş orqan isə natamamlığı aradan qaldırmadan protokolu məhkəməyə göndərmişdir. Qüvvədə olan məhkəmə qərardadı olduğunu nəzərə alan məhkəmə hesab edir ki, protokolu tərtib etmiş orqan natamamlığı aradan qaldırdıqdan sonra protokolu məhkəməyə göndərməli idi. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106.0-cı və 106.0.3-cü maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir:..inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi.. 109.1-ci və 109.1.6-cı maddələrinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:.. protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;.. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında 01 aprel 2024-cü il tarixli İXP ******* №li inzibati xəta haqqında protokol Bakı şəhəri Binəqədi rayon Polis idarəsinə geri qaytarılsın. HAKİM Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar