Məhkəmə qərarları › İş №3(001)-2540/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2540/2021

02.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2540/2021 02.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 və Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, 19.11.1971-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş 25.05.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş 25.05.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına və inzibati iş üzrə icraat xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 15 may 2021-ci il tarixdə, saat 13-14 radələrində mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Çingiz Mustafayev döngə 3 (Buzovna yolu) Buzovna istiqamətində hərəkətdə olarkən Bakı şəhəri DYPİ-nin YPX inspektoru, polis serjantı X5 avtomobilini saxlatdırıb guya avtomobilinin qabaq oturacağında əlavə sərnişin əyləşdiyinə görə İXM-nin 327.2-ci (sərnişin daşıma) maddəsi ilə İXP ******* saylı, 15.05.2021-ci il tarixli inzibati protokol tərtib edəcəyini bildirmişdir. O, inspektora bildirmişdir ki, öz avtomobili ilə avtomobilini soldan ötən anda avtomobilində qarşıda bibisi əyləşmiş və arxa oturacaqdan bibisinin mobil telefonuna baxmaq üçün boylanan nəvəsini görüb onun qabaq oturacaqda əyləşdiyini zənn edib əsassız avtomobilini saxlatdırmışdır. Lakin, inspektor bu dediklərinə əhəmiyyət verməmiş və hər hansı bir sübut təqdim etməmişdir. O, inspektorla razılaşmayıb şikayət edəcəyini bildirmiş, inspektor isə qanunu pozaraq hər hansı bir hüququnu izah etmədən İXP ******* saylı, 15.05.2021-ci il tarixli inzibati protokol tərtib edib surətini ona təqdim edib getmişdir. İnspektor qayda pozuntusunu ona yerində sübut edə bilməmişdir. Bakı səhəri DYPİ-nə inzibati protokoldan verdiyi şikayətə polis mayoru X3 tərəfindən baxılaraq TP ******* saylı, 25.05.2021-ci il tarixli qərar çıxarılmış və 30.06.2021ci il tarixdə ona idarədə təqdim edilmişdir. Həmin qərara nəzər yetirdikdə qərarı qəbul etmiş şəxsin vəzifəsinin qeyd edilmədiyi məlum olmuşdur. Halbuki Qanuna, yəni İnzibati Xətalar Məcəlləsinin 102.3.2-ci maddəsinin tələbinə görə qərarı tərtib edən şəxsin vəzifəsi mütləq göstərilməlidir. Qeyd edilənləri nəzərə alıb Bakı şəhəri DYPİ-nin polis mayoru X1 tərtib etdiyi TP ******* saylı, 25.05.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X4 şikayət ərizəsini müdafiə edib əlavə olaraq izahatında bildirmişdir ki, Bakı şəhəri DYPİ-nin YPX inspektoru qanunu pozaraq hər hansı bir hüququnu izah etmədən İXP ******* saylı, 15.05.2021-ci il tarixli inzibati protokol tərtib edib surətini ona təqdim edib getmişdir. Həmin protokol əsasında qəbul edilmiş qərara nəzər yetirdikdə qərarı qəbul etmiş şəxsin vəzifəsinin qeyd edilmədiyi məlum olmuşdur. Halbuki Qanuna, yəni İnzibati Xətalar Məcəlləsinin 102.3.2-ci maddəsinin tələbinə görə qərarı tərtib edən şəxsin vəzifəsi mütləq göstərilməlidir. Ona görə də, məhkəmədən qeyd olunanların nəzərə alınmasını və barəsində Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş 25.05.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, X7 oğlu barəsində İXP ******* saylı, 15.05.2021-ci il tarixli protokol və onun əsasında qəbul edilmiş 25.05.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. N.V.Maqsudovun şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, araşdırma zamanı törətdiyi inzibati xəta həmin ərazidə xidmət aparan patrul avtomobilində quraşdırılmış kamera vasitəsilə qeydə alınmış görüntülərə və məsafədən səs ötürülən mikrafon vasitəsi ilə qeydə alınmış danışıqlara baxış zamanı öz təsdiqini tapmış, inzibati xətanın aşkar olunması və sənədləşməsində YPX əməkdaşı tərəfindən normativ hüquqi aktların tələblərinin pozulması halları müəyyən edilməmişdir. Belə ki, Bakı şəhəri DYPİ-nin YPX inspektoru X7 oğlunun avtomobilini ötəndə İXM-nin 327.2-ci (sərnişin daşıma) maddəsinin pozulduğunu görüb saxlayır və tələb olunan qaydalara riayət edərək protokol tərtib olunur. Göstərilənlərə əsasən N.V.Maqsudovun inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş 25.05.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə şikayət vermiş şəxsin və Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş 25.05.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 31.05.2021-ci il tarixli məktubundan görünür ki, 15.05.2021-ci il tarixdə X2 idarə etdiyi «Hyundai Sonata» minik markalı **-MN- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zağulba prospekti ilə hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin İX-cu hissəsinin 2-ci bəndinin tələblərinə riayət etməyərək avtomobilin qabaq oturacağında xüsusi qurğusuz azyaşlı uşaq daşıdığı üçün həmin ərazidə xidmət edən YPX əməkdaşı tərəfindən dayandırılaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Araşdırma zamanı X2 törətdiyi inzibati xəta həmin ərazidə xidmət aparan patrul avtomobilində quraşdırılmış kamera vasitəsilə qeydə alınmış görüntülərə və məsafədən səs ötürülən mikrafon vasitəsi ilə qeydə alınmış danışıqlara baxış zamanı öz təsdiqini tapmış, inzibati xətanın aşkar olunması və sənədləşməsində YPX əməkdaşı tərəfindən normativ hüquqi aktların tələblərinin pozulması halları müəyyən edilməmişdir. 25.05.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 “Hyundai Sonata” minik markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sərnişin daşıma qaydalarının pozulması nəticəsində X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş CD diskdəki videogörüntülərlə müəyyən olunur ki, N.V.Maqsudov “Hyundai Sonata” minik markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq oturacağında xüsusi qurğusuz azyaşlı uşaq daşıdığı aşkar görünür. Məhkəmə iclasında X4 tərəfindən təqdim edilmiş CD diskdəki videogörüntülərlə müəyyən olunur ki, həmin çəkilişlər inzibati xəta törədilən zaman qeydə alınmamışdır. Ona görə də məhkəmə bu videogörüntüləri X2 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə təqsirsizliyini sübut etmək üçün yetərli hesab etmir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xətanın törədilməsi faktı videogörüntüdə, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsinin izahatlarında öz təsdiqini tapır. N.V.Maqsudov şikayətində göstərdiyi dəlilləri təsdiq edən sübutlar məhkəməyə təqdim edə bilmədi. Eyni zamanda məhkəmə şikayətin 25.05.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda qərarı qəbul etmiş şəxsin vəzifəsinin qeyd edilməməsinə dair hissədə hesab edir ki, həmin hal qərarın ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə şikayət verən şəxs N.V.Maqsudova istinad edilən inzibati xətaya münasibətdə hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş 25.05.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş 25.05.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar