Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2540/2022 14.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi Nümayəndə, Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 70000.00 ABŞ dolları məbləğində vəsaiti bank hesabından xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il keçsə də, 58000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, barələrində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, "xxxx" ASC-nin Xətai filialı vasitəsilə Türkiyə Respublikasının “X4. İnş. Teks. San. İç.ve.Diş.Tic.LTD.ŞTİ” Şirkətinə keramik plitələrin alışı üçün xx.xx.2020-ci il tarixli 07 saylı İnvoicə əsaslanmaqla 70.000 ABŞ dolları məbləğində avans ödənişi həyata keçirilmişdir. “X4. İnş. Teks. San. İç.ve.Diş.Tic.LTD.ŞTİ” Şirkəti həmin pulun müqabilində 20 iyul 2020-ci il tarixli 20/06 saylı Kontrakt üzrə bizə 12000 ABŞ dolları məbləğində mal göndərmiş və bu öz əksini 13 avqust 2020-ci il tarixli **********7113 saylı gömrük bəyannaməsində tapmışdır. Satıcı 58000 ABŞ dolları məbləğində mal göndərməməklə öhdəliyini yerinə yetirmədiyi üçün tərəflərindən təcili olaraq malların göndərilməsi, yaxud həmin pulun cari hesablarına qaytarılması tələb edilmişdir. Cari müqavilə üzrə yerdə qalan 58000 ABŞ dolları məbləğdən xx.xx.2022-ci il tarixdə 4450.85 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 34904.95 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə isə 18535.10 ABŞ dolları məbləğində olan vəsaitlər hissəvi şəkildə geri qaytarılmışdır və 70000 ABŞ dolları olan avans köçürmədən 69890.90 ABŞ dolları bağlanmışdır. İş üzrə zəruri sənədləri məhkəməyə təqdim edərək, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli “Köçürmə haqqında ərizə”dən görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan 70000.00 ABŞ dolları məbləğində pul vəsaiti «FİRMA TİCARİ UNVAN X4.İNŞ.TEKS.SAN.İÇ.VE.DİŞ.TİC.LTD.ŞTİ» şirkətinin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş RB 02/2520 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədləri təqdim etməyən müştərilərdən biri də Şəxsdir. "xxxx" ASC-nin RB20-00360/2022 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə ölkə xaricinə 70000.00 ABŞ dolları məbləğində alınacaq avadanlıqlar üçün avans ödənişi icra etmişdir. Avadanlıq tam şəkildə alına bilmədiyi üçün göndərilən məbləğ son tarixədək geri qayıtmalı idi, belə ki, köçürülmüş ümumi məbləğ üzrə 12000 ABŞ dolları dəyərində olan avadanlıq **********7113 saylı YGB əsasında gömrük portalında icra edilmiş, cari müqavilə üzrə yerdə qalan 58000 ABŞ dolları məbləğdən isə xx.xx.2022-ci il tarixdə 4450.85 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 34904.95 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə isə 18535.10 ABŞ dolları məbləğində olan vəsaitlər hissəvi şəkildə satıcı tərəfindən geri göndərilmişdir və 70000 ABŞ dolları olan avans köçürmədən 69890.90 ABŞ dolları bağlanmışdır. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, “Yapı ve Kredi” bankı tərəfindən 53474,94 ABŞ dolları məbləğində vəsait 26 iyul 2022-ci il tarixdə Şəxs MMC-yə məxsus AZ30RBTA******************** nömrəli hesaba köçürülməsi üçün hesabdan çıxmış, həmin tarixdə vasitəçi bank JPMORGAN CHASE BANK(CHASUS33XXX) və daha sonra 09 avqust 2022-ci il tarixdə dogər vasitəçi bank “BANK OF GEORGİA” (BAGAGE22 XXX) bankına daxil olmuşdur. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-dən köçürülmüş 70000.00 ABŞ dolları məbləğində avans köçürmədən 12000 ABŞ dolları dəyərində alınmaqla Azərbaycan Respublikasına idxal edilmişdir. Göndərilən 70000 ABŞ dolları məbləğində puldan qalıq qalan 58000 ABŞ dolları mələğində mallar Azərbaycan Respublikasına göndərilmədiyi üçün Şəxs MMC tərəfindən satıcı şirkətə həmin məbləğin geri qaytarılmasına dair müraciət edilmişdir. 27 iyul 2022-ci il tarixdə FİRMA TİCARİ UNVAN X4.İNŞ.TEKS.SAN.İÇ.VE.DİŞ.TİC.LTD.ŞTİ» şirkəti tərəfindən 4450,85 ABŞ dolları Şəxs MMC-nin cari hesabına qaytarılmışdır. 26 iyul 2022-ci il tarixdə “X4.İNŞ.TEKS.SAN.İÇ.VE.DİŞ.TİC.LTD.ŞTİ” şirkəti tərəfindən Türkiyə Respublikasının “Yapı ve Kredi” bankı tərəfindən 53500 ABŞ dolları Şəxs MMC-yə geri qaytarılmış, lakin həmin vəsait "xxxx" ASC-nin Xətai filialındakı cari hesablarında əks edilmədən geri qaytarılmışdır, 17 avqust 2022-ci il tarixdə Şəxs MMC-nin hesabına geri qaytarılmışdır. Göründüyü kimi, Şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx" ASC hesabına ölkə xaricinə köçürdüyü 70000.00 ABŞ dolları məbləğində avans köçürmədən 69890.90 ABŞ dolları geri qaytarılmış və bu barədə bank tərəfindən müvafiq qeydiyyat aparılmışdır. xx.xx.2020-ci il tarixdə xaricə köçürülmüş pul vəsaiti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin təqsiri olmadan Azərbaycan Respublikasına gec yəni 24 avqust 2022-ci il tarixdə geri qaytarılmışdır. Bu isə onu göstərir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2540/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2540/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver