Məhkəmə qərarları › İş №3(001)-2543/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2543/2020

18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2543/2020 18.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi X2 iclas katibliyi, Barəsində inzibati işüzrə icraat aparılan şəxs X10 Sanayi və X5 Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi X4 Binəqədi rayon Polis İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X10 Sanayi və Ticarət Anonim» Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən X10 Sanayi və X5 Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində AP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon Polis İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 DYP-nin sorğusuna vaxtında cavab vermədiyindən X10 Sanayi və X5 Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs X10 Sanayi və X5 Azərbaycan Respublikasındakı nümayəndəliyi-nin nümayəndəsi X7 məhkəməyə sənəd təqdim edərək izahatında göstərdi ki, təmsil etdiyi Şirkətə Bakı şəhəri Binəqədi Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən “Mıtsubıshı Pajero minik” markalı, H022862 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törədildiyindən həmin şəxs barəsində məlumat verilməsinə dair sorğuya vaxtında cavab verilmişdir.Belə olan halda təmsil etdiyi X10 Sanayi və X5 Azərbaycan Respublikasındakı nümayəndəliyinin əməlində inzibati xəta tərkibi əmələ gəlmir.Bununla belə, hal-hazırda həmin nəqliyyat vasitəsinin cərimələri ödənilmişdir. Tərəflərin nümayəndələrini dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, X10 Sanayi və X5 Azərbaycan Respublikasındakı nümayəndəliyi-yə nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinəəsasənhüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görəvəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Hesab edirəm ki, DYP tərfindən sorğu Şirkətə xx.xx.2020-ci ildə daxil olduğuna və Şirkət tərəfindən həmin sorğuya xx xxxx 2020-ci il tarixdə cavab verildiyinə və bu faktlar iş materiallarına əsasən təsdiq olunduğuna görə hazırkı məqamda X10 Sanayi və X5 Azərbaycan Respublikasındakı nümayəndəliyi-nin əməlində inzibati xəta tərkibi olması qənaətinə gəlmək mümkün deyildir ki, belə olan halda iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 53, 109, 110, 114-117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X10 Sanayi və X5 Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirsiz hesab edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardadı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar