Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2547/2022 05.09.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X10 katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Xüsusi Tağım yol patrul xidmətinin əməkdaşı tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Xüsusi Tağım Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən qəbul edilmiş 09 iyul 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət məhkəməyə daxil olmuşdur. X3 inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini, 09 iyul 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi yolu 4 ünvanında özünə məxsus **-CA-*** dövlət nömrə nişanlı “Hyundai” markalı avtombilini idarə edərkən Binəqədi YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Səbəbini soruşduqda avtomobili idarə edərkən mobil telefonla danışdığını bildirmişlər. Lakin, onun əlində telefon olmamışdır. Həmin vaxt əlində olan "GLO" markalı tütün qızdırıcısını və cibindən telefonunu çıxardaraq onlara təqdim etmişdir. Bildirmişdir ki, telefona baxıb danışıb-danışmadığını yoxlaya bilərlər. Onlar bundan imtina etmişlər və bildirmişlər ki, protokol yazılacaq. O, mübahisə etməmiş və sənədlərini təqdim etmişdir. Sonradan yazılan qərardan şikayət vermişdir. Daha sonra onu idarəyə dəvət etmiş və onun əlində şəkil olduğunu bildirmişlər. Şikayətin araşdırılması zamanı sözügedən şəkilə baxılmış, lakin heç bir halda əlində telefon olmağı göstərilməmişdir. Bu səbəbdən, Binəqədi YPX əməkdaşı baş inspektor polis mayoru X4 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X5 vəsatətin və şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət onun tərəfindən üzrlü səbəblərdən ötürülmüşdür. Belə ki, o qərardan vermiş olduğu şikayəti Binəqədi Rayon Məhkəməsinin dəftərxanasına təqdim etsə də, sonradan həmin şikayət ərizəsinin qeydiyyata alınmadığını öyrənmişdir. Bununla bağlı təkrar Binəqədi Rayon Məhkəməsinə müraciət etdikdən sonra onun tərəfindən verilmiş şikayət ərizəsi qeydə alınmışdır, bu səbəbdən inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Göstərilən halın üzrlü hesab edilməsini, buraxılmış prosessual müddətin bərpa edilməsini və şikayət ərizəsinə baxaraq mahiyyəti üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətlə bağlı izahat verərək bildirmişdir ki, o avtomobili idarə edən zaman ümumiyyətlə, telefondan istifadə etməmişdir. Həmin vaxt X11nin əməkdaşı onu saxlayaraq telefonla danışdığını bildirmiş, o isə telefondan istifadə etmədiyini, əlində “Glo” tütün qızdırıcısın olduğunu bildirmişdir. Həmin vaxt yol polisinin əməkdaşı onun iştirakı ilə inzibati xəta haqqında protokol tərtib etməmiş, o yalnız evə getdikdən sonra təxminən 2 saat sonra mobil telefonuna “Sms Radar” mobil tətbiqi vasitəsi ilə “Sms bildiriş” gəlmiş və nəqliyyat vasitəsini idarə edən zaman telefondan istifadə etdiyi üçün cərimə edildiyini öyrənmişdir. Sonradan həmin inzibati xəta haqqında protokoldan şikayət vermiş, verdiyi şikayət tam araşdırılmadan 09 iyul 2022-ci il tarixdə barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə, istifadəsində olan mobil nömrəyə “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə “sms bildiriş” göndərilməsinə bamayaraq məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə ilk növbədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəni nəzərdən keçirərək Elşad Cəfərovun onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inizbati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin Binəqədi Rayon Məhkəməsində şikayət ərizəsi ilk dəfə onun tərəfindən məhkəməyə təqdim edilən zaman həmin vaxt qeydiyyata alınmaması səbəbindən ötürülməsini onun təqsiri ucbatından baş vermədiyini əsas götürərək, buraxılmış prosessual müddəti üzrlü hesab edərək, belə nəticəyə gəlir ki, Elşad Cəfərov tərəfindən xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati təbeh vermə haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddət bərpa edilməli və onun şikayətinə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X5 tərəfindən verilmiş şikayət qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inizbati təbeh vermə haqqında qərardan görünür ki, X5 “Hyundai Tucson” minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-in 342.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 Xüsusi Tağım Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən qəbul edilmiş 09 iyul 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-in 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilmişdir. Halbuki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır. Onun barəsində İXM-nin 342.6-cı maddəsi ilə inzibati xəta haqqına protokol tərtib edilsə də, həmin inzibati xəta haqqında onun iştirakı olmadan tərtib edilmiş, inzibati xəta haqqında protokolun surəti ona təqdim edilməmişdir. Belə olduğu təqdirdə qərar qəbul etmiş şəxs tərəfindən İXM-in 124-cü maddəsinin tələbləri pozulmuşdur. İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Göründüyü kimi, hazırki iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən İXM-in 100 və 124-cü maddələrinin tələbləri pozulmuşdur ki, bu isə öz növbəsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törətmişdir. İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; İXM-nin135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Xüsusi Tağım Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən qəbul edilmiş 09 iyul 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Binəqədi rayon X11 Şöbəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Xüsusi Tağım Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən qəbul edilmiş 09 iyul 2022ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Binəqədi rayon X11 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2547/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2547/2022
05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver