Məhkəmə qərarları › İş №3(001)-2549/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2549/2023

22.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2549/2023 22.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X1 və onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil X5, Qərarından şikayət verilmiş orqanın - 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 iştirakları ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 aprel 2023-cü il tarixli MN № ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 aprel 2023-cü il tarixli MN № ******* nömrəli qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib vəzifəli şəxs qismində 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan X4 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 aprel 2023-cü il tarixli MN № ******* nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən X1 nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil X8 şikayəti müdafiə edərək bildirmişdir ki, 11 saylı RETSİ-si tərəfindən Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 53-də yerləşən "xxxx" MMC-yə məxsus qapalı zibilxanada, “X10 haqqında”, “Tibbi tullantıların idarə olunmasına dair ” və bu sahədə qəbul edilmiş normativ hüquqi aktların tələblərinə riayət olunması vəziyyəti yoxlanılarkən "xxxx" MMC qapalı poliqonunun idarə olunmasında ciddi nöqsanlar tapılaraq xx.xx.2023cü il tarixli MN ******* saylı protokol tərtib edilmiş və X2 Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3500 (üç min beş yüz) manat miqdarında cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası NK 28 dekabr 2007-ci il tarixli 213 №-li qərarı ilə təsdiq olunmuş “Tibbi tullantıların idarə olunmasına dair tələblər”ın 1.1-ci bəndinə əsasən tabeliyindən, mülkiyyət formasından asılı olmayaraq, bütün müalicə-profilaktika müəssisələrindən hasil olan müxtəlif növ tullantıların toplanması, saxlanması, zərərsizləşdirilməsi və kənarlaşdırılması mexanizmini müəyyənləşdirir. Tibbi tullantıların daşınması ilə bağlı "xxxx" MMC ilə “X12” MMM arasında 18 fevral 2023-cü il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə görə “İcraçı” daşınmanı ancaq müvafiq standartlara uyğun olduğu zaman həyata keçirə bilər, “Sifarişçi” Tibbi tullantıların daşınması üçün tullantıların qablaşdırılması, maşına yüklənməsi və daşınma təhlükəsizliyinə mütləq surətdə şərait yaratmalıdır. AR NK 28 dekabr 2007-ci il tarixli 213 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”in 3.4-cü bəndinə əsasən hər bir tibb müəssisəsində, eləcə də müəssisənin tibbi tullantıların formalaşdığı ayrı-ayrı bölmələrində tibbi tullantıların toplanmasına cavabdeh şəxslər təyin olunmalıdır. "xxxx" MMC-in baş tibb bacısı X4 “xüsusi cavabdeh şəxs” olaraq tibbi tullantıların gündəlik nəzarətini təşkil edir. 11 saylı RETSİ tərəfindən tərtib olunan xx.xx.2023-cü il tarixli MN1762410 saylı tərtib olunmuş protokolda göstərilən pozuntular klinikanın tibbi tullantıların saxlanması üçün qapalı məkandır. Yəni həmin yer ancaq xüsusi cavabdeh şəxsdə olan açarla açılıb bağlanır. 11 saylı RETSİ qanunsuz olaraq sahibkarlıq obyektinə daxil olaraq tibbi tullantıların saxlandığı yerin qapısını açdıraraq ora daxil olmuşlar. Orada daşınma zamanı yerdə olan tibbi tullantını görərək protokol tərtib etmişlər. Xüsusi cavabdeh şəxsə təzyiq göstərərək imza atdırmışlar. Klinikadan kənarda yerləşən məişət tullatılarının atılması üçün nəzərdə tutulmuş qablarda tibbi tullantıların aşkar edilməsi isə onların klinika tərəfindən atılması iddia etməyə əsas vermir. Belə ki, vətəndaşlarda şpris və bu kimi tibbi əşyaları istifadə edib həmin qablara ata bilərlər. İnzibati xəta tərkibi olmadığından qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən X4 şikayətin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqanın nümayəndəsi X9 şikayəti əsassız hesab etməklə yanaşı bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin çağrı mərkəzinə vətəndaşdan şikayət daxil olmuşdur. Şikayətdə vətəndaş bildirmişdir ki, “MedERA Hospital tibbi tullantıları məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş qablara atır. Həmin müraciət əsasında ünvana baxış keçirilmiş və fakt öz təsdiqini tapdığından 03 aprel 2023-cü il tarixli akt tərtib edilmişdir. Tibbi tullantıların toplanmasına cavabdeh şəxs təyin olunmuş "xxxx" MMC-in baş tibb bacısı X4 tibbi tullantıların məişət tullantıları üçün nəzərdə tutulmuş qablara atdıqlarını etiraf etmiş, bu barədə etirafedici izahat vermiş və aktın doğruluğunu imzası ilə təsdiq edərək bir daha belə hərəkətlərə yol verməyəcəklərini bildirmişdir. İnzibati xəta hadisəsi baş verdiyindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 aprel 2023-cü il tarixli MN № ******* nömrəli qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 aprel 2023-cü il tarixli MN № ******* nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş 03 aprel 2023-cü il tarixli Aktın surətindən görünür ki, vətəndaş Əfqan Qasımlının "xxxx" tərəfindən tibbi tullantıların məişət tullantıları üçün nəzərdə tutulmuş qablara atılması barədə Nazirliyin “168 Çağrı Mərkəzi”nə daxil olmuş xx.xx.2023-cü il tarixli şikayəti tibbi tullantıların toplanmasına cavabdeh şəxs təyin olunmuş "xxxx" MMC-in baş tibb bacısı X1 iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı "xxxx" MMC-yə aid tibbi tullantıların paketlərdə yığılaraq məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş qablara atıldığı aşkar edilmişdir. "xxxx" MMC-in tibbi tullantıların toplanmasına cavabdeh şəxs təyin olunmuş baş tibb bacısı X4 izahat verərək aşkar edilmiş nöqsanları qəbul etdiyini və aradan qaldıracaqlarını bildirmişdir. Aktın doğruluğu bütün iştirakçılar, o cümlədən X4 tərəfindən imzalanaraq təsdiq edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 aprel 2023-cü il tarixli MN № ******* nömrəli qərarından görünür ki, "xxxx" MMC-in tibbi tullantıların toplanmasına cavabdeh şəxs təyin olunmuş baş tibb bacısı X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib vəzifəli şəxs qismində 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 266.2-ci maddəsinə görə tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 266.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 aprel 2023-cü il tarixli MN № ******* nömrəli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 aprel 2023-cü il tarixli MN № ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar