Məhkəmə qərarları › İş №3(001)-2550/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2550/2020

18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2550/2020 18.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi Bayramov Tural Ural oğlunun katibliyi və Barəsində inzibati iş üzrə icraat aparılan şəxs “2 nömrəli X6 İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X3, Binəqədi rayon Polis İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati işüzrə icraat aparılan şəxs “2 nömrəli X6 İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakışəhər Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakışəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən “2 nömrəli X6 İstismarı” MMC barəsindəAP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılmasıüçün Bakışəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs “2 nömrəli X6 İstismarı” MMC-nin nümayəndəsi X4 məhkəməyə sənəd təqdim edərək izahatında göstərdi ki, təmsil etdiyi MMC-yə Bakışəhəri Binəqədi Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsindən “X7 Prado minik” markalı, **-AY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törədildiyindən həmin şəxs barəsində məlumat verilməsinə dair sorğuya vaxtında cavab verilmişdir. Belə olan halda təmsil etdiyi “2 nömrəli X6 İstismarı” MMC-nin əməlində inzibati xəta tərkibi əmələ gəlmir. Bununla belə, hal-hazırda həmin nəqliyyat vasitəsinin cərimələri ödənilmişdir. Məhkəmə iclasında çıxış edən Binəqədi rayon Polis İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 “2 nömrəli X6 İstismarı” MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında işüzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, “2 nömrəli X6 İstismarı” MMC-yə nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görəvəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşşəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, Binəqədi rayon DYP tərəfindən “2 nömrəli X6 İstismarı” MMC-yə ünvanlanmış sorğu xx.xx.2020-ci il tarixdə MMC-yə daxil olmuş, həmin sorğuya xx xxxx 2020-ci il tarixdə cavab verilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, MMC tərəfindən həmin sorğuya vaxtında cavab verildiyindən, “2 nömrəli X6 İstismarı” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirsiz hesab edilməklə inzibati xəta haqqında işüzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 53, 109, 110, 114-117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: “2 nömrəli X6 İstismarı” MMC barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməkdə təqsirsiz hesab edilməklə inzibati xəta haqqında işüzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət vəya protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar