Məhkəmə qərarları › İş №3(001)-2567/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2567/2022

24.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2567/2022 24.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızı, Şikayət vermiş şəxs X1 Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-si tərəfindən tərtib edilmiş 17 may 2021-ci il tarixli, EXP ******* saylı protokol əsasında çıxarılmış 17 may 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına X1 Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-si tərəfindən tərtib edilmiş 17 may 2021-ci il tarixli, EXP ******* saylı protokol əsasında çıxarılmış 17 may 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayət və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Eyni zamanda qeyd edilməlidir ki, X2 ünvanlandığı şikayətdə Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-si tərəfindən tərtib edilmiş 17 may 2021-ci il tarixli, EXP ******* saylı protokol əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada nə vaxt almasını göstərməmiş və iş materiallarına mübahisələndirilən qərarı nə vaxt almasını təsdiq edən sənəd əlavə etməmişdir. Odur ki, qeyd olunanlara əsasən hesab edirəm ki, X1 Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-si tərəfindən tərtib edilmiş 17 may 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X1 Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-si tərəfindən tərtib edilmiş 17 may 2021-ci il tarixli, EXP ******* saylı protokol əsasında çıxarılmış17 may 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar