Məhkəmə qərarları › İş №3(001)-257/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-257/2022

01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-257/2022 01.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, «Ə.D.Məlikov adına X5» X8in nümayəndəsi X1 iştirakları ilə, «Ə.D.Məlikov adına X5» X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 469.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən «Ə.D.Məlikov adına X5» X8 barəsində İXM-in 469.2-ci maddəsi ilə tərtib edilmiş 26.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli, 3(001)- 3868/2021 nömrəli qərarı ilə «Ə.D.Məlikov adına X5» X8 İXM-in 469.2-ci maddəsi ilə təqsirli bilinərək, 5000 (beş min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. «Ə.D.Məlikov adına X5» X8in direktoru Əsədulla Sultanov tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli, 3(001)-3868/2021 nömrəli qərarından verilmiş apelyasiya şikayəti əsasında inzibati xəta haqqında material 07.12.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14.12.2021-ci il tarixli, 3(103)-2956/2021 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli, 3(001)- 3868/2021 nömrəli qərarı ləğv edilərək işə yenidən baxılması üçün material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında «Ə.D.Məlikov adına X5» X8in nümayəndəsi X2 bildirmişdir ki, “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 11.5-cİ maddəsində göstərilir ki, “İcbari sığorta müqaviləsi müddətsiz bağlanılır” Qanunun bu normasından göründüyü kimi, “Ə.D.Məlikov adna X5" X4 çalışan əməkdaşlarla bağlı. Bakı şəhər Baş Səhiyyə idarəsi ilə "xxxx" Sığorta şirkəti ASC arasında bağlanmış “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından İcbari sığorta müqaviləsi (Müqavilə nömrəsi: **********69, Qüvvəyə minmə tarixi: 21.04.2020-ci il) indiki halda qüvvədədir. Həmin müqavilənin əlavələrindən göründüyü kimi, “Ə.D.Məlikov adına X5” X4 çalışan əməkdaşların adları müqaviləyə əlavəyə daxil edilmişdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11- ci maddəsinin məzmunundan göründüyü kimi, icbari sığorta müqaviləsi yalnız müvafiq iş ilinin sonunda ləğv edilə və növbəti iş ili üçün müvafiq iş ilinin sonunda bağlana bilər. Hazırda növbəti illər üçün icbari sığorta müqaviləsinin bağlanması üçün müvafiq sığortaedənlə danışıqlar aparılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 920.1-ci mədəsinin tələblərinə görə bu Məcəllənin 919-cu maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda bu Məcəllənin 920.2-ci maddəsi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir. 920.2-ci maddəsinin tələblərinə görə sığorta müqaviləsinə bu Məcəllənin 919.1.9- cu maddəsinə uyğun olaraq sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. Əlavə olaraq bildiririk ki, X3 Xidməti tərəfindən bildirişlər qərar günündən 1 iş günü öncə 06.11.2021-ci il tarixində iş vaxtı bitdikdən sonra çatdırılmışdır. Hesab edirik ki, X3 Xidmətində inzibati qaydada təqsirli bilinən şəxsin nümayəndəsinin iştirakının təmin olunması üçün bildiriş sənədləri bir neçə gün öncə müəssisənin ünvanına çatdırılmalı idi. Xüsusi olaraq bildiririk ki, “Ə.D.Məlİkov adına X5” X8 statusuna malik olduğu dövrdən 01 noyabr 2021-ci il tarixədək “Ə.D.Məlİkov adına X5” X7 maliyyə vəsaitləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ayrılmamış və tərəfimizdən məhz bu səbəbdən sığorta müqaviləsinin bağlanmasında çətinliklər yaranmışdır. Cari ilin noyabr ayından etibarən Səhiyyə Nazirliyi tərəfindən maliyyə vəsaiti qismən ayrılmışdır. Eyni zamanda «.D.Məlikov adına X5» X8 tərəfindən İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş olsa belə inzibati məsuliyyətə cəlbetmə müddəti keçmişdir. Ona görə də, məhkəmədən «Ə.D.Məlikov adına X5» X8i barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçısının fikirlərini dinləyib, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, «Ə.D.Məlikov adına X5» X8in əməlində İXM-in 469.2-ci maddəsinin tərkibi olsa da, onun məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan 26.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda görünür ki, «Ə.D.Məlikov adına X5» X8i tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortalamasın təmin etməyərək İXM-in 469.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan iş materiallarından və müvafiq qanunvericiliyin tələblərindən göründüyü kimi, «Ə.D.Məlikov adına X5» X8i tərəfindən 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmiş və həmin xəta səlahiyyətli orqan tərəfindən aşkar edilərək 26 oktyabr 2021-ci il tarixdə «Ə.D.Məlikov adına X5» X8i barəsində İXM-in 469.2ci maddəsi ilə inzibati xəta haqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, «Ə.D.Məlikov adına X5» X8in əməlində İXM-in 469.2-ci maddəsinin tərkib əlamətləri olsa belə, sonuncu barəsində 26.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin vaxtdan hazıradək 3 aydan artıq müddət keçmişdir. Bu isə onu göstərir ki, «Ə.D.Məlikov adına X5» X8in əməlində İXM-in 469.2-ci maddəsi ilə inzibati xəta tərkibi olsa belə, qeyd olunan inzibati xəta haqqında protokol üzrə inzibati xətanın aşkar edildiyi gündən 3 aydan artıq müddət keçdiyi üçün «Ə.D.Məlikov adına X5» X8i inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-in 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-in 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair məsuliyyətə cəlb edilmə müddəti inzibati xəta aşkara çıxarıldığı müddətdən ən geci üç ay keçənədək verilə bilər. Ona görə də, məhkəmə «Ə.D.Məlikov adına X5» X8i barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, «Ə.D.Məlikov adına X5» X8i Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən tərtib edilmiş 26.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə İXM-in 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməsi üçün müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53, 105, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: «Ə.D.Məlikov adına X5» X8i Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar