Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2570/2023 19.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, X1 Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin polis leytenantı Şəhriyar Həsənli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP5790739 saylı inzibati qərarın ləğv olunması barədə şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin polis leytenantı Şəhriyar Həsənli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP5790739 saylı inzibati qərardan şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, o etibarnamə əsasında idarə etdiyi “Chevrolet aveo” markalı, 90SV449 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman qarşı tərəfin avtomobil sürücüsünün təqsiri ucbatından yol qəzası baş vermişdir. Həmin qəzadan sonra Binəqədi rayon DYPŞ-nin polis leytenantı Şəhriyar Həsənli tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və daha sonra xx.xx.2023-cü il tarixli, TP5790739 saylı inzibati qərar qəbul edilmişdir. Avtoqəzaya qarşı tərəf səbəb olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq X3 və Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər.Buna görə də, məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasiyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və həmin tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 17:30-da X8 tərəfindən “Chevrolet aveo” markalı, 90SV449 dövlət qeydiyyat nişanlı avtomobil ilə İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. O, 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan videodiskdən görünür ki, X2 aveo” markalı, 90SV449 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və nəticədə tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət rədd olunmalıdır.Belə ki, Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin polis leytenantı Şəhriyar Həsənli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP5790739 saylı inzibati qərara əsasən məlum olur ki, X8 “Chevrolet aveo” markalı, 90SV449 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və nəticədə tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, şikayətinin əsaslı olmasına dair inzibati xəta törətməməsi barədə əlavə sübutları iş materiallarına əlavə etməmiş və ya məhkəməyə təqdim etməmişdir.Belə olan halda, məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin polis leytenantı Şəhriyar Həsənli tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP5790739 saylı inzibati qərarın ləğv olunması barədə şikayəti əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin polis leytenantı Şəhriyar Həsənli tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP5790739 saylı inzibati qərarın ləğv olunması barədə şikayəti rədd edilsin. Qərardan rəsmi qaydada verildikdən və ya təqdim olunduqdan sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-2570/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2570/2023
19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver